Məhkəmə qərarları › İş №3(033)-427/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-427/2021

08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-427/2021 08.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis mayoru Muradov Amil İsrayıl oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili İsmayılov Azər Həşim oğlunun iştirakları ilə, xx.xx.1978-ci ildə Zaqatala rayonu Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Muğanlı kəndində yaşayan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 07.10.2021-ci il tarixdə saat 18:30 radələrində sərxoş vəziyyətdə Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında ictimai yerdə nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq etdiyinə görə Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Muradov Amil İsrayıl oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 510-cu maddəsi ilə 08.10.2021-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07.10.2021-ci il tarixdə saat 18:30 radələrində sərxoş vəziyyətdə Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında gələrək ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq etmişdir. Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Muradov Amil İsrayıl oğlu məhkəmə prosesində izahat verərkən bildirmişdir ki, Şəxs 07.10.2021-ci il tarixdə saat 17:00 radələrində DİN-in “102” xidmətinə etdiyi şikayətlə bağlı şöbəyə dəvət edildiyindən saat 18:30 radələrində şöbəyə sərxoş vəziyyətdə gələrək növbətçi hissədə ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan hərəkətlər yəni xırda xuliqanlıq etmişdir. O, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o, özünü təqsirli hesab edir. Həmin günü qardaşı ilə mübahisə etdiyindən əsəbi olmuş və sərxoş vəziyyətdə şöbəyə gəlmişdir. Etdiyi hərəkətin səhf olduğunu dərk edir. Əməlindən peşmandır. Odur ki, onun barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon Vəkil Bürosunun vəkili İsmayılov Azər Həşim oğlu çıxışında Şəxs ilki dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq cərimə növündə inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinin məsul növbətçisi, polis polkovnik-leytenantı Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 07.10.2021-ci il tarixdə Zaqatala RPŞ-nin Növbətçi Hissəsində xidmətdə olduğu zaman DİN “102” xidmətindən daxil olan məlumatla əlaqədar Şəxs ilə əlaqə saxlanılması tələb olunmuş və həmin şəxslə 051 332 48 58 nömrə ilə əlaqə yaradaraq polis şöbəsinə dəvət etmişdir. Təxminən saat 18:30 radələrində Şəxs Zaqatala RPŞ-nə gələrək 1-ci postda ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin şəxsi Zaqatala RPŞ-in inzibati binasına dəvət etdikdə ondan kəskin spirtli içki iyi gəlmişdir. Şəxs inzibati binada ünvansız və nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Onu nizam intizama dəvət etsələrdə hərəkətlərinə davam etmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş 07.10.2021-ci il tarixli 421 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktdan görünür ki, tibbi müayinə zamanı 1978-ci il təvəllüdlü Şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Zaqatala RPŞ-in polis sahə rəisi, polis mayoru Muradov Amil İsrayıl oğlu tərəfindən 07.10.2021-ci il tarixdə tərtib olunmuş “İnzibati qaydada tutma haqqında” protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07.10.2021-ci il tarixdə saat 23:40-da inzibati qaydada tutulmuş və 08.10.2021-ci il tarixdə saat 09:40-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və inzibati protokolu tərtib etmiş şəxsin, iş üzrə şahidlərin izahatlarını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs 07.10.2021-ci il tarixdə sərxoş vəziyyətdə Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında ictimai yerdə nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Yenə Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini və əməlini səmimi etiraf edərək peşmançılığını bildirməsini onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. Azərbaycan Respublikası İXM-33.1-ci və 33.1.7-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hazırkı inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun inzibati məsuliyyətini ağırlaşdıran hal qismində qiymətləndirirəm. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alınaraq, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs inzibati qaydada tutulub saxlanıldığı müddət, yəni 2021-ci il 07 oktyabr saat 23:40-dan 08 oktyabr saat 09:40-a kimi olan müddət ona təyin edilmiş inzibati həbsin müddətinə hesablanmaqla, inzibati həbs müddətindən çıxılsın və üzərində 04 (dörd) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. Həbs etmənin əvvəli onun həbsə alındığı 08 oktyabr 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, müdafiəçiyə, Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar