Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-447/2025 08.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Məhkəmə iclas katibi X3 Əli qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 inzibati tənbeh vermə haqqında EQ seriyalı 15283335 nömrəli xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında EQ seriyalı 15283335 nömrəli xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən şikayət verən şəxs X4 məhkəməyə ərizə təqdim edərək şikayətinə baxılmasını istəmədiyini, şikayət ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayət verən şəxs X1 verdiyi şikаyətinin baxılmadan geri qaytarılması barədə müraciətini iş materialları ilə birlikdə аrаşdırıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə ərizə təmin edilməli və şikayət geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir (Maddə 128.2.3). “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.5-ci maddəsinə əsasən, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsində iş o zaman başlayır ki, qanunla səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət etmək hüququna malik olan şəxslər, o cümlədən zərər çəkmiş şəxs həmin məhkəməyə şikayət versin, müraciət etsin. Məhkəmə qeyd edir ki, hər kəs pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı dövlət orqanlarına müraciət etmək hüququna malik olduğu kimi, verdiyi şikayətdən imtina etmək hüququna da malikdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 şikаyətinin geri qaytarılması barədə ərizəsi təmin edilməli və inzibati tənbeh vermə haqqında EQ seriyalı 15283335 nömrəli xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın qanuniliyi üzrə yoxlama aparılmadan iş materiallarına əlavə olunmuş sənədlər şikayət verən şəxs X2 qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət verən şəxs X1 şikаyətinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İnzibati tənbeh vermə haqqında EQ seriyalı 15283335 nömrəli xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın qanuniliyi üzrə yoxlama aparılmadan iş materiallarına əlavə olunmuş sənədlər şikayət verən şəxs X2 qaytarılsın. Qərardaddan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-447/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-447/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver