Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-451/2025 22.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 Əli qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 17107553 nömrəli qərardan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ 17107553 saylı protokol əsasında barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-BA-*** dövlət qeydiyyat nişanlı “VAZ 210130” markalı, buraxılış ili 1981-ci il olan nəqliyyat vasitəsinə dair 26 iyul 2015-ci il tarixdə ona etibarnamə verilmişdir. Daha sonra həmin avtomobilə dair xx.xx.2019-cu il tarixdə X11 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdən sonra həmin avtomobil nə onun istifadəsində nə də ki, sahibliyində olmuşdur. Avtomobilə dair ona verilmiş etibarnamənin müddəti xx.xx.2025-ci il tarixə qədər qüvvədə olduğundan avtomobilə dair yazılmış inzibati cərimələr onun adına yazılmışdır. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Asan xidmətə müraciət edən zaman ona bildirilmişdir ki, sürücülük vəsiqəsində 2700 manat cərimə vardır. Uzun illərdir ki, avtomobil sürür. Heç vaxt onu polis əməkdaşı yolda saxlayıb bildirməmişdir ki, onun barəsində hər hansısa bir cərimə tətbiq edilmişdir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Asan xidmətə müraciət edənə qədər məlumatı olmamışdır ki, barəsində hər hansısa bir cərimə tətbiq olunmuşdur. Məhkəmə tərəfindən BDYPİ-nə məktub göndərilərək BDYPİ-dən inzibati xəta pozuntusunun törədilməsini əks etditən foto və video görüntülər təqdim ediləcəyi təqdirdə aşkar olunacaqdır ki, xx.xx.2019-cu il tarixdən sonra törədilmiş inzibati xəta pozuntularında onun təqsiri yoxdur və inzibati xəta pozuntuları onun tərəfindən törədilməmişdir. Qeyd edir ki, xx.xx.2019-cu il tarixdən sonra barəsidə tərtib edilmiş inzibati qərarların ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə ona məktub göndərilərək barəsində tərtib edilmiş qərarlardan ayrı-ayrılıqda məhkəməyə müraciət etməyi bildirilmişdir. Eyzni zamanda barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X18 ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-451/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, EQ seriyalı 17107553 nömrəli xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 şikayət verilməsi müddətini buraxması üzrlü hesab edilmiş və şikayət məhkəmənin icraatına qəbul edilib sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X18 şikayətini müdafiə edərək şikayətinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən şəxs X7 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X7 şikayəti qismən təmin edilməli, yəni xx.xx.2023-cü il tarixli, EQ 17107553 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 17107553 nömrəli elektron qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:24-də Yevlax-Zaqatala- Gürcüstan yolu 125.5-ci km-də VAZ 210130 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş portalın çıxarışlarından görünür ki, X4 məxsus olan VAZ 210130 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə X15 etibar edilmişdir(qüvvədədir). Həmin nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə X5 etibar edilmişdir(qüvvədədir). Həmin nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə X8 etibar edilmiş və xx.xx.2020-ci il tarixdə etibarnamə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə X1 etibar edilmiş, etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə X12 etibar edilmiş, etibarnamə xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi X11 xx.xx.2019-cü il tarixdə etibar edilmiş, etibarnamə xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X13 etibar edilmiş, etibarnamə xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X9 etibar edilmiş, etibarnamə xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X2 etibar edilmiş, etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə X2 etibar edilmiş, etibarnamə xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə X6 etibar edilmiş, etibarnamə xx.xx.2022ci il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi 1302.2022-ci il tarixdə X3 etibar edilmiş, etibarnamə xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə X3 etibar edilmiş, etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. X10 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, VAZ 210130 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2022-ci il tarixdən bugünədək onun istifadəsində və sahibliyindən olmuşdur. Məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X14 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddısinə əssən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X18 barəsində aparılan inzibati iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər baxımından işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin hallarından görünür ki, X7 barəsində xx.xx.2023-cü il tarixdə EQ 17107553 nömrəli elektron qərar qəbul edilsə də, inzibati xətanın həqiqətən X18 tərəfindən törədilməsi araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, VAZ 210130 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vəsitəsi bir çox şəxsə etibar edilmiş, eyni zamanda X10 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, VAZ 210130 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2022-ci il tarixdən bugünədək onun istifadəsində və sahibliyindən olmuşdur. Göründüyü kimi, səlahiyyətli orqan qərar qəbul edərkən işin hallarını tam araşdırmamışdır. Bu da, barəsində qərar qəbul edilən şəxsin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə də, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırmadan xx.xx.2023-cü il tarixli EQ 17107553 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17107553 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işin halları tam araşdırılmamış nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cu il tarixli, EQ 17107553 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17107553 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsi göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-451/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-451/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver