Məhkəmə qərarları › İş №3(033)-487/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-487/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-487/2025 01.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X22 Əli qızının katibliyi, Şikayət verən şəxs X4 iştirakı ilə, Şikayət verən şəxs X4 “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında 19 avqust 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X5 məhkəməyə müraciət edərək, barəsində qəbul edilən xx.xx.2025-ci il tarixli MN №1932637 saylı inzibati tənbeh haqqında qərarın ləğv edib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta protokolu və onun əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN №1932637 saylı inzibati tənbeh haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Çünki protokolda və həmin qərarda əsassız olaraq guya onun lisenziya almadan tibbi fəaliyyətlə məşğul olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə 030210 (ixtisas şifri) Bərbərlik (ixtisas qrupu) altında - Bərbər, Bərbərvizajist-manikürçü, Bərbər-manikürçü, Bərbər-vizajist, Qrimçi-pastijor, Lazer epilyasiyası və depilyasiya texniki, Makiyaj ustası, Saç kəsimi və gözəllik xidmətlərinin təşkili ixtisasları göstərilmişdir. Həmin qərara əsasən bərbərlik ixtisas qrupu ilə işləmək üçün lisenziya tələb edilmir. O, da 2023-cü ilin yanvar ayından Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsi 50-də yerləşən binada “Lazer epilyasiyası və depilyasiya texniki” ixtisası üzrə fəaliyyət göstərir. Təyinatdan kənar da heç bir fəaliyyətlə məşğul deyildir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli, 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na və 7 sentyabr 2023-cü il tarixli, 313 nömrəli (Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə) qərara əsasən “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə 030210 ixtisas kodlu Bərbərlik ixtisas qrupu saxlanılmışdır. Lakin 27 iyun 2025-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsinin sahə rəisi X6 iş yerinə gələrək ondan birbaşa bərbərlik ixtisası üzrə lisenziya təqdim etməyini tələb etmişdir. O isə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən fəaliyyət göstərdiyi bərbərlik peşəsi üzrə lisenziya tələb olunmadığını izah etmişdir. X23 təqdim etdiyi əsaslarla razılaşmamış, izahatını dinləməmişdir. Sonra da ondan xəbərsiz obyektin çöl tərəfdən şəkillərini çəkərək materialları Səhiyyə orqanlarına göndərmişdir. Daha sonra 15 avqust 2025-ci il tarixdə mənzilinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X7 Publik hüquqi şəxsindən məktub göndərilmiş və həmin məktubla onu ünvan 1 ünvanına dəvət etmişdirlər. Qeyd olunan tarixdə həmin mərkəzə getdiyi zaman sonradan adını öyrəndiyi mütəxəssis X13 onu qarşılayan kimi izahını almışdır. İzahat zamanı ona Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən fəaliyyət göstərdiyi sahə üzrə lisenziyanın tələb edilmədiyini izah etsə də, X13 izahatını nəzərə almadan bu vəzifədə yalnız protokol tərtibatı ilə məşğul olduğunu bəyan etmişdir. Sonra da dərhal protokol tərtib etməyə başlamışdır. Bu müddətdə onun etirazları, eləcə də Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciətləri də nəzərə alınmamışdır. Bundan sonra qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsin qəbuluna düşmək üçün müraciət etmiş, agentlikdən ona bildirilmişdir ki, qərarlar Səhiyyə Nazirliyinin özündə hansısa vəzifəli şəxs tərəfindən baxılaraq qəbul edilir. O, dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etməyinə baxmayaraq qəbul edilməmişdir. Müraciətlər etsə də, inzibati tənbeh haqqında qərarı qəbul edən vəzifəli şəxslə görüşməyi təmin mümkün olmamışdır və o ümumiyyətlə həmin şəxsi görə bilməmişdir. Bu müddət ərzində isə inzibati tənbeh tətbiq edən orqandan ona inzibati xətalara dair icraat üzrə baxışa dəvət edən hər hansı məktub və ya bildiriş təqdim edilməmişdir. Bundan sonra 28 avqust 2025-ci il tarixdə ona poçt vasitəsilə vəzifəsi də aydın yazı xətti ilə göstərilməmiş X19 tərəfindən qəbul edilmiş inzibati tənbeh haqqında qərar göndərilmiş və həmin qərarla barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Halbuki bu hal, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tətbiqi üçün əsas vermir və inzibati icraat zamanı nəzərdə tutulan prosessual qaydalara əməl edilmədən qərar qəbul olunduğunu açıq şəkildə göstərir. Qeyd edilənlər aşağıdakı əsaslarla sübuta yetir: Guya lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağı barədə məlumatları ötürən Zaqatala Rayon Polis Şöbəsinin sahə rəisi X6 məlumatları toplayarkən onun izahatını dinləməmiş və izahat verməkdən guya imtina etdiyini göstərmişdir. Bu hal yalandır və həmin yalan məlumat onun 15 avqust, 18 avqust 2025-ci il tarixində 102 xidmətinə müraciətləri ilə təsdiq olunur. Materiallar Səhiyyə Nazirliyinin X11 göndəriləndən sonra toplanan məlumatlarda inzibati xətanın əlamətləri olmadığından həmin məlumatlar inzibati xəta protokolunun tərtib edilməsi üçün əsas deyildi. Bu halı hüquqi əsaslarla sübut edə bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 210cu maddəsinə (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) əsasən, 210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Onun işlədiyi sahə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə 030210 (ixtisas sifri) Bərbərlik (ixtisas qrupu) altında - Bərbər, Bərbərvizajist-manikürçü, Bərbər-manikürçü, Bərbər-vizajist, Qrimçi-pastijor, Lazer epilyasiyası və depilyasiya texniki, Makiyaj ustası. Saç kəsimi və gözəllik xidmətlərinin təşkili ixtisaslarına daxildir. O da həmin Qərara əsasən 2023-cü ilin yanvar ayından Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsi 50-də yerləşən binada “Lazer epilyasiyası və depilyasiya texniki” ixtisası üzrə fəaliyyət göstərir. Təyinatdan kənar da heç bir fəaliyyətlə məşğul deyildir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 sentyabr 2023-cü il, 313 nömrəli qərarı ilə peşə istiqaməti üzrə 030210 ixtisas kodlu bərbərlik ixtisas qrupu saxlanılmışdır. Bununla da sahə rəisinin göndərdiyi məlumatlarda inzibati xətanın əlamətləri yoxdur. Çünki onun fəaliyyəti lisenziya tələb etmir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs məlumatlarda inzibati xətanın əlamətləri olmadığını gördüyü halda icraata başlamamalı idi. Lakin buna baxmayaraq X7 mütəxəssisi X14 barəsində birbaşa inzibati xəta protokolu tərtib edərək inzibati icraat prosedurunu qanunsuz olaraq başlamışdır. Bununla yanaşı mütəxəssis tərəfindən tərtib edilmiş inzibati xəta protokolu baxılması üçün Səhiyyə Nazirliyinə göndərildiyi halda işə baxan X19 da İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə uyğun olaraq (53.1.1) icraata xitam verilməsi barədə qərar qəbul etməli idi. Lakin göstərilən bu hallar açıq-aşkar pozulduğundan obyektiv araşdırma aparılmamış, inzibati icraatın ədalətlilik və obyektivlik prinsipləri kobud şəkildə pozulmuşdur. Lisenziyalar və icazələr haqqında 15 mart 2016-cı il tarixli, 176-VQ saylı Azərbaycan Respublikasının Qanununda lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı göstərilmişdir. Həmin siyahının 2-ci bəndində “Özəl tibb fəaliyyəti” qeyd edilmişdir. Onun da həm hüquqi olaraq, həm də faktiki olaraq də bu sahə üzrə ümumiyyətlə fəaliyyəti olmayıb. Vergi orqanlarından bərbərlik fəaliyyəti üzrə qeydiyyatdan keçməklə indiyə kimi yalnız həmin ixtisas üzrə işləmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, inzibati qərardan şikayət müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-487/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə vəsatət təmin edilərək, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X9 MN seriyalı ******* nömrəli 19 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət verilməsi müddətini buraxması üzrlü hesab edilmiş və şikayət məhkəmənin icraatına qəbul edilib sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir Məhkəmə iclasında şikayət verən şəxs X5 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, şikayətin təmin edilərək barəsində qəbul edilən xx.xx.2025-ci il tarixli MN №1932637 saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiz Mərkəzinin baş hüquq mələhətçisi Nümayəndə2 izahat verərərk bildirmişdir ki, Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında Səhiyyə Nazirliyi X7 Tibbi Nəzarət şöbəsində müvafiq araşdırma aparılmış və X5 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyətlə (komotoloji) məşğul olması faktı aşkar edilmişdir. Buna görə onun barəsində Səhiyyə Nazirliyi X7 Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsi ilə 18 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol və onun əsasında 19 avqust 2025-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Qərarı müdafiə edir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Analitik X20 X28 Nəzarət Şöbəsinin mütəxəssisi X10 tərəfindən qəbul edilmiş 18 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsində “Bazarstore” binasının ikinci mərtəbəsində yerləşən 9-cu otaqda fəaliyyət göstərən X5 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət ilə (kosmetoloji) məşğul olması aşkar edilmişdir. X5 izahat versə də, protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nazir müavini X19 tərəfindən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, xx.xx.2025-ci il tarixli Zaqatala RPŞ tərəfindən tərtib edilmiş akta əsasən və xx.xx.2025-ci il tarixdə X5 tərəfindən verilmiş izahata əsasən Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən okyektdə X5 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət ilə (kosmetoloji) məşğul olması aşkar edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və 2000 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli, 3-21-2-19/2-Q-1xx-xx/2025 saylı məktubdan görünür ki, vergi orqanın baza məlumatlarına əsasən bildirirlər ki, tərəflərindən təqdim olunan ərizəyə əsasən əsas fəaliyyət növü “fərdi qaydada bərbər fəaliyyəti” (kod 9602901), əlavə fəaliyyət növü "qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi" (kod 9602004) olmaqla qeydiyyata alınmağı vergi orqanı tərəfindən nəzərə alınmışdır. Hazırda fəaliyyətiniz aktiv vəziyyətdədir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsində “Bazarstore” binasının ikinci mərtəbəsində yerləşən 9-cu otaqda fəaliyyət göstərən X5 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət ilə (kosmetoloji) məşğul olması aşkar edilmişdir. Buna görə onun barəsində Səhiyyə Nazirliyi X7 Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 18 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişvə onun əsasında 19 avqust 2025-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X5 hazırda inzibati xəta törətməməsini, həmçinin lazer epilyasiyasının bərbərlik peşə təhsil sahəsinə aid olmaqla lisenziya tələb etməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 19 avqust 2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində əsasən özəl tibb fəaliyyətinin subyektləri dedikdə tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər nəzərdə tutulur. Özəl tibbi fəaliyyət dedikdə qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi, özəl tibbi praktika dedikdə isə tibb ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət nəzərdə tutulur. Həmin Qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün subyekt ya özəl tibbi fəaliyyəti ilə (qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi) və yaxud özəl tibbi praktika ilə (tibb ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət) məşğul olmalıdır. Eləcədə Qanunun 4-cü maddəsindən də göründüyü kimi həmin fəaliyyətlə məşğul olan subyektin tibb fəaliyyətinin hansı növü ilə məşğul olması müəyyən olunmalıdır “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavə olan lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyətlə məşğul olmaq göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın (1 nömrəli əlavə) 2.13.2.-ci bəndinə əsasən kosmetoloj xidmətlər göstərilməsi “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər” hesab edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, lazer epilyasiyasının bərbərlik peşə təhsil sahəsinə aid olmaqla lisenziya tələb etməyən fəaliyyət olmasını bildirsə də, o, şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Belə ki, şikayətçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli, **********9 nömrəli Qərarı ilə təsdiq edilmiş Kosmetoloq (Texnik) Kvalifikasiya Standartılarına istinad edərək, həmin standartlarda Kosmetoloq (Texnik) (Səviyyə 4) - dəri növünə uyğun olaraq təmizləmə, qidalandırma, cavanlaşdırma, korreksiya etmə və s. kimi kosmetoloji prosedurları həyata keçirən şəxs kimi nəzərdə tutulduğunu və lazer epilyasiyasının da həmin prosedurlara aid olduğunu bildirmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 10 iyun 2022-ci il tarixli ********** nömrəli Qərarı ilə təsdiq edilmiş X8 əsasən Kosmetoloq kimi (Səviyyə 6) – müxtəlif əl və texniki (invaziv və invaziv olmayan) vasitələrdən istifadə etməklə üz və bədən dərisinin estetik problemlərini həll edən, xarici görünüşü, fiziki formasını və rifahını yaxşılaşdırmaq üçün digər kosmetik xidmətlər göstərən sertifikatlı tibb mütəxəssisi nəzərdə tutulmuşdur. Lazer Epilyasiyası prosedurunun, yəni saç follikulunu məhv edən lazer şüalanma impulslarından istifadə edərək epilyasiya prosedurunun isə məhz Kosmetoloq (Texnik) tərəfindən deyil, Kosmetoloq tərəfindən həyata keçirildiyi qəyd olunmuşdur. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 2.13.2.-ci bəndinə əsasən isə kosmetoloj xidmətlər lisenziya tələb edilən fəaliyyət kimi nəzərdə tutulmuşdur. Həmçinin şikayət verən şəxs X3 “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad edərək, lazer epilyasiyasının bərbərlik peşə təhsil sahəsinə aid olmaqla lisenziya tələb etməyən fəaliyyət olmasını bildirsə də, “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında lazer epilyasiyası və depilyasiya üzrə texniki fəaliyyət lisenziya tələb edilməyən bərbərlik peşə ixtisasına aid edilmiş, lakin lazer epilyasiyası peşə ixtisası kimi lisenziya tələb olunan peşə ixtisası kimi nəzərdə tutlmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 210.1-ci maddəsinə əsasən, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nın şikayətində göstərdiyi dəlillər ümumilikdə iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur Göstərilən əsaslarla məhkəmə X1nın şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında 19 avqust 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar