Məhkəmə qərarları › İş №3(033)-5/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-5/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-5/2023 06.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs rəhbəri X9 və Zaqatala rayon prokurorunun köməkçisi X15 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Zaqatala rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala rayonu Göyəm kənd sakini X2 müraciəti əsasında Zaqatala rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X19 tərəfindən 153 C-22 nömrəli material üzrə araşdırma aparılmışdır. Zaqatala rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X10 05 dekabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə 153C-22 nömrəli materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət ışının başlanması rədd edilmiş, X20 və rəhbəri olduğu hüquqi şəxs «Favorite Group 62” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, "Favorite Group 62 MMC tərəfindən faktiki olaraq 8 nəfərin, yəni X5, X11, X16, X23. X24, X21, X32 və X6 işə cəlb olunması, Aytən Məmmədova istisna olmaqla digər şəxslərlə hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin bağlanılması müəyyən edilmişdir. Buna görə də, Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X33 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 22 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon prokurorluğu tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs rəhbəri X20 izahat verərək göstərdi ki, 28.02 2022-ci il tarixdə 13 saylı ərazi vergilər idarəsində qeydə alınmış Şəxs MMC-nin təsisçisi və direktorudur. Həmin MMC-nin fəaliyyəti təhsil sahəsində sair yardımçı fəaliyyətdən, yəni məktəbəqədər hazırlıq kursundan ibarətdir. Hazırda müəssisəsinin fəaliyyəti aktivdir. Məktəbəqədər hazırlıq kursu Zaqatala şəhəri Azərbaycan prospektində yerləşir. X4 MMC-də işlədiyi üçün tanıyır. Onunla arasında heç bir narazılıq ədavət yoxdur. “İnstagram" sosial şəbəkəsində verilmiş iş elanı əsasında Aytən Məmmədova bağçaya müraciət etmiş, həmin gün orada olmadığı üçün anası ilə danışmışdır. Belə ki, bəzən şəxsi işləri ilə əlaqədar olmayanda əvəzinə anası bağçaya gedərək işçilərin davamiyyətinə, bağçanın günə hazırlığına və digər zəruri işlərə nəzarət edir. X36 müəssisənin fəaliyyəti, iş qrafiki və müəssisə daxili qaydaları ətraflı şəkildə izah edərək daimi olaraq işləyəcəyi halda 200 manat əmək haqqı veriləcəyini bildirmişdir. Aytən Məmmədova şərtlərlə razılaşdığı üçün sınaq müddəti ilə işə qəbul edilmişdir. Bir müddət sonra isə Aytən Məmmədova işi mənimsəyə bilmədiyi və ondan narazılıq olduğu üçün işdən azad edilmişdir. Xatırladığı qədəri ilə Aytən Məmmədovanın işlədiyi müddətin əmək haqqı verilmişdir. Aytən Məmmədova işə sınaq müddəti ilə qəbul olunduğu üçün onunla əmək müqaviləsi bağlanılmamışdır. Hazırda rəhbərlik etdiyi müəssisədə X12, X16, X25, X26, X21, X32 və X17 adlı işçilər vardır. 13 saylı ərazi vergilər idarəsindən də müəssisəyə baxış keçirilmiş başqa hər hansı işçinin olmadığı müəyyən edilmişdir. Adlarını çəkdiyi işçilərlə əmək müqaviləsinin bağlanılması təmin edilmişdir. Fəaliyyətə yeni başladığı üçün işin həyata keçirilməsində müəyyən çətinliklər olur. O, qanunu bilmədiyindən X5 ilə müqavilə bağlamamışdır. Gələcəkdə belə səhvlərə yol verməyəcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən Zaqatala rayon prokurorunun köməkçisi X28 izahatında göstərdi ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Favorite Group 62 MMCnin direktor vəzifəsində işləyən X9 qanunsuz hərəkətləri ilə bağlı Zaqatala rayonu Göyəm kənd sakini X5 ərizə ilə rayon prokurorluğuna müraciət edərək Zaqatala şəhəri Azərbaycan prospektində yerləşən “Favorıt uşaq bağçasında” əmək müqaviləsi olmadan işə cəlb edildiyini və heç bır əsaslı səbəb olmadan işdən azad olunduğunu, işə cəlb olunmuş şəxslərlə də əmək müqaviləsi bağlanmadığını bildirmişdir Həmin müraciət üzrə araşdırmanın aparılması Zaqatala rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X13 həvalə edilmiş və onun tərəfindən 153 C-22 nömrəli material üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müvafiq şəxslərin əməllərində cinayət tərkibi olmadığından 05 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və toplanmış materiallar həmin qərarla birlikdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün prokurora təqdim edilmişdir. Qeyd edilən qərar, eləcə də toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə kommersiya qurumu kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirləri Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış (VÖEN **********), hüquqi ünvanı ünvan 1 sair yardımçı fəaliyyət" təşkil edir. Hal-hazırda müəssisənin fəaliyyəti aktivdir. Həmin MMC-nin rəhbəri X20 adı çəkilən idarəyə izahatında 7 nəfər işçisinin olduğunu və hər biri - X14, X16, X25, X26, X21, X32 və X18 ilə əmək müqaviləsinin bağlanılmasının təmin edildiyini bildirmişdir. Aytən Məmmədovanın təqdim etdiyi “Whatsapp” proqramı ilə “Nazəni M" adlı şəxslə aparılmış yazışmanın mətni də Aytən Məmmədovanın “Favorite Group 62 MMC-də işləməsini təsdiq edir. X46 62 MMC ilə əmək müqaviləsi bağlamış şəxslər arasında Aytən Məmmədovanın adı qeyd edilməmiş və onunla belə bir müqavilə bağlanmamışdır. Bu isə onu deməyə əsas verir ki, X5 əmək müqaviləsi olmadan işçi kimi işə qəbul edilmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmışdır. Bu halda Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyindən həmin münasibətlər məhz əmək müqaviləsi ilə rəsmiləşdirilməli olduğu halda X5 adlı şəxslə əmək müqaviləsi bağlanmamışdır. Qeyd edilənlər X2 və Favorite Group 62 MMC-nin direktoru X9 izahatları, eləcə də araşdırma materialına əlavə edilmiş digər sənədlərlə bir daha öz təsdiqini tapmışdır. Bununla da, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) inzibati xəta məhz hüquqi şəxs olaraq Şəxs MMC tərəfindən törədilmişdir. Qeyd olunanlar isə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsasdır. Qeyd olunanlara əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə VÖEN ********** nömrəsi ilə qeydiyyata alınmış, qanuni təmsilçi kimi X20 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokurorluğunun 05 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 153 C- 22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Whatsapp” proqramı ilə “Nazəni M" adlı şəxslə aparılmış yazışmanın mətnindən görünür ki, ismarışlar Aytən adlı şəxsə ünvanlanmış və ona “sənin gələn günlərinin ödənişini verəcəm amma işinə son verdim” ifadələrindən istifadə olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Zaqatala rayon prokurorluğundan daxil olmuş materialla və iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. İnzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işin hallarından da görünür ki, X1 Group 62 MMC-də əmək müqaviləsi bağlamadan xidmətlərin göstərilməsinə cəlb edilmiş, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyindən həmin münasibətlər məhz əmək müqaviləsi ilə rəsmiləşdirilməli olduğu halda onunla əmək müqaviləsi bağlanmamışdır. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs rəhbəri X20 məhkəmə iclasında bildirmişdir ki, o, qanunu bilmədiyindən X5 ilə müqavilə bağlamamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İşin faktik hallarından görünür ki, Şəxs nəinki Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, hətta əmək müqaviləsi bağlamadan X3 işlərin yerinə yetirilməsinə cəlb etdiyi müəyyən olunmuşdur. Şəxs nümayəndəsi tərəfindən də prokurorluqda araşdırma zamanı və məhkəmə iclasında həqiqətən X2 Favorite Group 62” Məhdud Məsuliyyətli Cəmiyyətində aylıq 200 manat əmək haqqı müqabilində faktiki olaraq işə qəbul edildiyini, mənimsəyə bilmədiyi və ondan narazılıq olduğu üçün işdən azad edildiyini, lakin onunla əmək müqaviləsi bağlanmadığını etiraf etmişdir. Eyni zamanda Zaqatala rayon prokurorluğunun böyük müstəntiqi tərəfindən 05 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar X9 rəhbəri olduğu Şəxs tərəfindən mübahisələndirilməmiş, qərar qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Zaqatala rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Zaqatala rayon prokurorluğuna təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar