Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-5/2025 07.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Azərbaycan Respublikasının Qida X5 X2 nümayəndəsi- Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X12, Azərbaycan Respublikasının Qida X5 X2 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X14 iştirakı ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X7 tərəfindən X22 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X7 tərəfindən X22 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X5 X2 nümayəndəsi Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi X20 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”dən xx.xx.2024-ci il tarixli KY242260255 nömrəli Çıxarışına və Azərbaycan Respublikasının Qida X6 region bölməsinin xx.xx.2024-cü il tarixli ŞZRB-332 nömrəli “Yoxlamanın aparılması haqqında” bölməsinin xx.xx.2024-cü il tarixli ŞZRB-332 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əasasən Zaqatala şəhəri, Ş.Qurbanov küçəsi, “Bazarstore” mağazasının yaxınlığında fəaliyyət göstərən Şəxs məxsus “Dad” dönər evində 05-xx.xx.2024-cü il tarixlərində plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Sözügedən ünvanda yerləşən “Dad” dönər evinə xx.xx.2024-cü il tarixində AQTA-nın X2 əməkdaşları tərəfindən gedilmiş, obyekt açıq olsa da sahibkar yerində olmadığına görə telefon vasitəsilə əlaqə saxlanılmış və bildirmişdir ki, həmin gün yoxlamada iştirak edə bilmir. Növbəti gün xx.xx.2024-cü il tarixində isə obyektin işləmədiyini və yoxlamanın keçirlməsinin mümkün olmayacağını bildirmişdir. Ona görə də yoxlamanın sonuncu günü, yəni, xx.xx.2024-cü il tarixində obyektdə olacağını və yoxlamanın həmin gün aparılmasını xahiş etmişdir. Yoxlamanın sonuncu günü əməkdaşlarımız tərəfindən sözügedən ünvana təkrar gedilmiş, lakin yenə həmin şəxsin yerində olmadığı müəyyən edilmiş, telefonla əlaqə saxlanılmış, əsassız səbəblər gətirərək yoxlamanın aparılmasına şərait yaratmamışdır. Beləliklə də vəzifəli şəxs Şəxs yoxlamanın aparılmasına şərait yaratmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1 -ci maddəsinə uyğun olaraq MN № ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. O, protokolu müdafiə etdiyini bildirmiş və X22 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X5 X2 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri X1 Kərim Asif oğlu ilə oxşar məzmunda izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Şahid tərəfindən onlara “Dad” dönər evinə dair bəzi sənədlər təqdim edilmişdir. Lakin həmin sənədlər ətin keyfiyyətinə aid sənədlər olmuşdur. Dönərin yığılması və onun keyfiyyətinə dair sertifikatlar onlara təqdim edilməmişdir. O qeyd etmişdir ki, sahibkarların yoxlama zamanı reayət etməli qaydalar var. Bunlardan ilki qərar və çıxarışı qəbul edib həmin sənədlərlə tanış olmalarına dair qeyd aparmaqdır. X15 nədə ki “Dad” dönərin əvvəlki istifadəçisi Şahid bunu etməmişdir. Bundan əlavə yoxlama zamanı yoxlama aparan şəxslərin geyimlərini dəyişməsi və xalatların geyinilməsi üçün yerlər nəzərdə tutulmalıdır, obyekt daxilində və yoxla aparılan obyektdə ilkin müşahidələri onu deməyə əsas verir ki, obyektin belə bir şəraiti də olmamışdır. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan X22 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri onun xidmət verdiyi Dad dönərxanasına gələrkən o həmin obyekti yeni icarəyə götürmüşdür. Həmin obyektin icarəsi şifahi razılaşma əsasında baş tutmuşdur. Obyekti Şahid icarəyə şifahi razılıq əsasında götürmüşdür. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları onu zəng vuraraq obyektə çağırmış və o rayon ərazisindən kənarda olduğundan həmin gün obyektə yaxınlaşa bilməmişdir. Agentliyin əməkdaşları xx.xx.2024-cü il tarixdə obyektə yaxınlaşmasını bildirəndə həmin günün cümə günü olduğunu və cümə günləri xidmət göstərmədiklərini bildirmişdir. O, növbəti günlərin birində obyektə olacağını bildirmiş və həmin günlərdə gəlmələrini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları xx.xx.2024-cü il tarixdə obyektə gəldikdə o həmin gün orda olmamışdır və onunla telefon əlaqəsi yaradılmış və o obyektə yaxınlaşa bilməyəcəyini bildirmişdir. O, həmin obyektə yoxlamanın aparılmasına qarşı hər hansı maneçilik törətmədiyini qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, Dad dönərxanası ona məxsusdur və icarə müqaviləsi əsasında işlədib. Dekabr ayından dönərxananı X18 təhvil verib ki o işləyərək ailəsini gəlirlə təmin edə bilsin. O, obyekti yoxlamadan 2-3 gün əvvəl təhvil verdiyini, X14 ailə vəziyyətinin yaxşı olmadığını və xəstə atasına baxmaq üçün işləyib pul qazanmalı olduğunu bildiyi üçün ona verdiyini bildirmişdir. O, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi əməkdaşlarının qərəzli olaraq gəldiklərini və xalat və sair xüsusi geyim olmadan dönərxananın xidmət hissəsinə daxil olduqlarını bildirmişdir. O yoxlama barəsində qabaqcadan məlumat almadığını xx.xx.2024-cü il tarixdə onunla əlaqə saxlanılaraq obyektin olduğu yerə çağrıldığını və ora gəldikdən sonra yoxlamanı keçirən əməkdaşlara bütün zəruri sənədləri təqdim etdiyini qeyd etmişdir. Bu yoxlama hadisəsindən sonra X14 həmin dönərxananı yenidən ona qaytardığını və artıq orda işləmədiyini xüsusi ilə vurğulamışdır. İşə əlavə edilmiş 05 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, sahibkar X14 cari fəaliyyətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdəyoxlayıcılar X11 və X8 tərəfindən plandankənar yoxlanılmasına razılıq verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə cavab məktubundan görünür ki, Zaqatala şəhəri Ş.Qurbanov küçəsində yerləşən Dad dönər evində vergi ödəyicisi X22 (VÖEN **********) fəaliyyət göstərir. İşə əlavə olunmuş MN ******* nömrəli inzibati xəta haqqında 09 dekabr 2024-cü protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə aparılan plandankənar yoxlama zamanı sahibkar yoxlamada iştirak etməyərək yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. İşə əlavə edilmiş 09 dekabr 2024-cü il tarixli Yoxlayıcının texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxaran və skanerden) istifadəsi ilə bağlı yoxlanılan sahibkar və ya onun nümayəndəsinin məlumatın alınması faktını imzası ilə təsdiqləməsi aktından görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yoxlamanın aparılması haqqında xx.xx.2024-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışına əsasən aparılan yoxlama zamanı tərtib olunmuş sənədlərə və inzibati xəta protokoluna sahibkar X22 imza çəkməkdən imtina etmişdir. Yoxlama kamera vasitəsi ilə və telefon vasitəsi ilə foto və videolar çəkilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X22 fəaliyyət göstərən ictimai iaişə müəssisəsi olan “Dad” dönərdə yoxlamanın keçirilməsi üçün şərait yaradılmamış və qanuni yoxlamanın keçirilməsinə maneçilik törədilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün ifadəsi, habelə işdə olan video və digər materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununun 4-4-cü maddəsinə əsasən yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən bu Qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri) təqdim etmək; iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq; yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək; bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq; kommersiya, vergi və qanunla qorunan digər sirlərin qorunması məqsədilə qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və (və ya) elektron daşıyıcıda yoxlayıcıya təqdim etmək, habelə yoxlayıcıya yoxlama obyektinə dair məlumat olan informasiya sisteminə çıxış əldə etmək imkanı yaratmaq yoxlama zamanı sahibkarın vəzifəsidir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, hesab edir ki, X14 əməlində Azərbaycan Respublikası İnzibatoi Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilərək, cərimə olunmalıdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X14 vəsatətini və onun maddi vəziyyətini nəzərə alınaraq, İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən inizbati cərimə şərti tətbiq edilməli, törətdiyi hüquqpozmanı aradan qaldırmaq üçün müddət müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393- 1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. X18 hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cərimə ödənilməli olduğu izah edilməlidir. Həmçinin, X18 hüquqpozmanı aradan qaldırılması barədə məhkəməyə məlumat verməsi izah edililməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,114,116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat cərimə olunsun. İnzibati cərimə İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən şərti tətbiq edilsin. Hüquqpozmanı aradan qaldırmaq üçün bir ay müddət müəyyən olunsun. X18 hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cəriməni ödənilməli olduğu izah edilsin. X18 hüquqpozmanı aradan qaldırılması barədə məhkəməyə məlumat verməsi izah edililsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-5/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-5/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver