Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-51/2024 19.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 20 aprel 1990-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 42-də qeydiyyatda olan və orada da yaşаyan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 Rayon Məhkəməsinin 2(033)-879/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon icra və probasiyası şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X11 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-879/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X6 hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 320 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Lakin icra sənədi üzrə ödənişlər zamanında edilməmiş nəticədə 1700 manat aliment borcu yaranmışdır. Borcun ödənilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tələb olunsa da, o, borcunu ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı protokol məhkəməyə təqdim ediləndən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 aliment borcundan 1000 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, həmin borcundan 1000 manat ödəmişdir. Buna görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Zaqatala Rayon vəkil bürosunun vəkili X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra vərəqəsinin icra edilməsindən qərəzli olaraq yayınmadığını və həmin borcdan 1000 manat ödəniş etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-879/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqisi üzrə X7 1700 manat aliment borcu yaranmış, icra sənədi üzrə tələb təmin olunmamışdır. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dinara Həsrətova tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, iş üzrə icraata başlanılması, borclu X9 icranı 10 gün müddətinə könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş X7 məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, yaranmış aliment borcunun 1000 manatını xx.xx.2024-cü il tarixədək ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri X11 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 08/2024 saylı məktubdan görünür ki, icraatda olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-879/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X7 barəsinə protokol verildikdən sonra tələbkar X2 xeyrinə 1000 (bir min) manat ödəniş edilmişdir. Məhkəmə borclu X7 borcundan 1000 manat ödəməsini nəzərə alaraq hesab edir ki, hazır ki məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, hesab edirəm ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-879/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə haqqında inzibati iş üzrə icraat aparılan şəxs X13 barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icra məmurunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-51/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-51/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver