Məhkəmə qərarları › İş №3(033)-51/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-51/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-51/2025 22.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3, Zaqatala rayon X7 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EQ 25418597 nömrəli inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, yazılan cərimənin silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Şikayət verən X5 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində saat 16:43 radələrində X11 küçəsi ilə üzü aşağı doğru şəxsi avtomobili ilə hərəkət edərkən anidən avtomobildə nasazlıq hiss edərək avtomobili yolun sağ hissəsinə çəkmiş və avtomobildən enmədən yaranmış nasazlığın səbəbini müəyyən etməyə çalışmışdır. Bu zaman digər nəqliyyat vasitələrinə heç bir maneə törətməmişdir. Heç bir xətlənmə və başqa qadağanedici nişanın olmadığı yerdə həəkətdə olan və arxadan gələn yol patrul xidməti əməkdaşı xidməti avtomobildən düşmədən hərəkət edərək onun avtomobilinin şəkillərini çəkib 346.4-cü maddəsinə əsasən elektron cərimə protokolu tərtib etmişdir. Səbəbini soruşarkən əsaslı arqument göstərə bilmədiyi üçün bu cərimənin əsassız olduğunu hesab edir. Şikayət verən şəxs X5 şikayət ərizəsini müdafiə edərək şikayətində göstərilənlərə uyğun izahat verdi və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon X7 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 inzibati tənbeh vermə haqqında qərarın və onun qəbul edilməsinə əsas olmuş protokolun əsaslı olduğunu, 99HA086 dövlət nömrə nişanlı Hyundai Tucson minik markalı avtomobilin sürücüsü tərəfindən xx.xx.2021-ci il tarixdə avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlanmışdır. Şikayətin rədd edilməsini və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EQ 25418597 nömrəli inzibati xəta haqqında elektron qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, surəti işdə olan səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 25418597 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X5 Azərbaycan Respublikası İXMin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Əksinə Zaqatala rayon X7 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş və inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də görünür ki, X5 xx.xx.2025-ci il tarixdə idarə etdiyi 99HA086 dövlət nömrə nişanlı Hyundai Tucson minik markalı avtomobili dayanma və durma qaydalarına zidd olaraq yolun hərəkət hissəsinin kənarında ikincicərgədə saxlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, “Hyundai Tucson” minik markalı 99HA086 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (idarə edən) X5 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi arqumentləri və bu səpkidə məhkəmə iclasında verdiyi izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X3 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzibolunmaz və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən barəsində xx.xx.2025-cü il tarixdə tərtib edilmiş EQ 25418597 nömrəli inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar