Məhkəmə qərarları › İş №3(033)-523/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-523/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-523/2025 09.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X4 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Zaqatala rayonu, Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-249/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və e-2(009)- 1776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə yaranmış 9620 manat aliment borcunun ödəmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X8 izahatında göstərmişdir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-249/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, 05 may 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. Həmçinin Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2(009)-1776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-249/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılaraq, 220 manat sabir pul məbləğində alimentin tutularaq X2 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclunun hazırda 9620 manat borcu qalmışdır. Həmçinin borclu Şəxs aliment ödənişlərini vaxtlı-vaxtında, tam şəkildə ödədiyini bildirsə, müvafiq ödəniş qəbzlərini təqdim edə bilmədiyi üçün qeyd etdiyi ödənişlərin nəzərə alınması mümükün olmamışdır. Belə ki, tələbkarın hesabından əldə edilmiş çıxarışlarla, borclunun bildirdiyi ödəniş tarixləri və məbləğləri uyğun gəlsə də, ödənişləri “milliön” vasitəsilə edildiyindən onların təyinatını və kim təfərindən ödənilməsini aydınlaşdıra bilməmişdilər. Protokol məhkəməyə təqdim edildikdən və məhkəmə iclasına fasilə verildikdən sonra borclu tələbkara ümumilikdə 5500 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin icra vərəqələrinə əsasən 05 may 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay uşaq üçün sabit pul məbləğində manat aliment tutularaq X3 ödənilməlidir. Məhkəmə qərarlarından xəbərdardır. Bildirir ki, o aliment ödənişlərini hər ay tam şəkildə, vaxtlı-vaxtında ödəmişdir. Lakin maşın qəzası keçirdiyi zaman ödəniş qəbzlərini itdiyindən, hazırda etdiyi ödənişləri sübut edə bilmir. Tələbkar da qəbzləri itirdiyini bildiyindən hazırda təfərindən edilmiş ödənişləri danır. Qeyd edir ki, aliment məhkəmə qərarı ilə 2020-ci ildə təyin edilmişdir və əgər o həmin vaxtdan indiyədək ödəniş etməsəydi, tələbkar elə həmin vaxt ondan şikayət edərdi və ya o uşaqla ünsiyyət üçün iddia qaldıran zaman bu hal bildirərdi. Hazırda 5500 manat ödəniş etmişdir və ona vaxt verilməsini istəyir. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 27 fevral 2024-cü il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-249/2020 nömrəli, xx.xx.2022-ci il tarixli və e-2(009)-1776/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədləri xx.xx.2024-cü il tarixdə ümumi icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən H***, T***, M**** qızının hesabına 4500 (dörd min beş yüz) manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən TAHİRA H**** hesabına 1000 (bir min) manat ödəniş edilmişdir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 249/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, 05 may 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ya 170 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. Həmçinin Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2(009)-1776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-249/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılaraq, 220 manat sabir pul məbləğində alimentin tutularaq X2 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-249/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və e-2(009)- 1776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunun böyük bir hissəsini, yəni 5500 manat hissəsini tələbkara ödəmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, borclu tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə (qəbz) də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar