Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-53/2021 18.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Şikayət verən şəxs X3 və Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis serjantı X9 iştirakları ilə, Şikayət verən şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X4 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, onun barəsində tərtib edilmiş qərardan görünür ki, 07 yanvar 2021-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E220” minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax-Zaqatala-Gürcüstan yolunun 119-cu kilometrliyində müəyyən edilmiş hərəkət surətini 46 km/saat həddində aşmışdır. Halbuki o, həmin vaxt Əliabad qəsəbəsində hərəkətdə olmuşdur. Eyni zamanda onun idarə etdiyi avtomobil ilə 106 km/saat surət həddini yığmaq mümkün deyil. Çünki onun avtomobili dizel yanacağı ilə işləyir. Elektron qərarda əks olunmuş avtomobil onun idarə etdiyi avtomobildir. Surət həddini aşdığına görə yol polis əməkdaşı tərəfindən cərimə edilmişdir. Buna görə də, həmin qərardan narazı olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərar ləğv edilməlidir. Hesab edir ki, şikayəti əsaslıdır. Şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis serjantı X10 izahatında göstərdi ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 150 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən, onlardan asılı olmadan həmin texniki vasitə avtomobilin surət həddini müəyyən edərək məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə ötürür. Məlumata əsasən isə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilir. X4 07 yanvar 2021-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E220 minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə surət həddini aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Yevlax-Zaqatala-Gürcüstan yolunun 119-cu kilometrliyində 07 yanvar 2021-ci il tarixdə saat 15:43-də “Mercedes Benz E220” minik markalı ** GU *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 rayonu Əliabad qəsəbəsində yolda müəyyən edilmiş hərəkət surətini 46 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərara alınmışdır ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 50-ci maddəsinin birinci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Həmin Qanunun 50-ci maddəsinin ikinci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, yəni idarə etdiyi avtomobili ilə sürət həddini aşmadığını göstərsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Lakin iş materiallarından görünür ki, X4 07 yanvar 2021-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan yolunun 119-cu kilometrliyində “Mercedes Benz E220” minik markalı ** GU *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Zaqatala rayonu Əliabad qəsəbəsində yolda müəyyən edilmiş hərəkət surətini 46 km/saat həddində aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X3 və səlahiyyətli orqanın nümayəndəsinin izahatları ilə yanaşı, tədqiq edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərara əsasən X3 07 yanvar 2021-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan yolunun 119-cu kilometrliyində “Mercedes Benz E220” minik markalı ** GU *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Zaqatala rayonu Əliabad qəsəbəsində yolda müəyyən edilmiş hərəkət surətini 46 km/saat həddində aşdığı müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərarının ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-53/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-53/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver