Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-53/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5, Zərərçəkmiş şəxs və Zaqatala rayon yol patrul xidməti baş inspektoru polis kapitanı X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs xx xxxxxx 1986-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 09 yanvar 2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə saat 04:05 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan sürücü Şəxs idarə etdiyi “Vaz 21013” markalı 11 BB414 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri N.Nərimanov küçəsində hərəkət istiqamətinin əksinə hərəkət etmiş və nəticədə X3 məxsus Mercedes markalı 44CB 071 avtomobillə toqquşaraq həmin avtomobilə 1995 manat maddi zərər vurulması ilə müşayiət olunan xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon yol patrul xidməti baş inspektoru polis kapitanı X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 04:05 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Qurbanov X8 şəhəri N.Nərimanov küçəsində hərəkət istiqamətinin əksinə Vaz 21013” markalı 11 BB414 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək yol kənarında dayanmış X3 məxsus Mercedes markalı 44CB 071 avtomobillə toqquşmuş və nəticədə X3 1995 manat maddi zərər dəymişdir. Zaqatala Rayon Polis X1 və Şəxs izahatı alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 09 yanvar 2025-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 04:05 radələrində yaşadığı evdən çıxaraq “Vaz 21013” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və yolu qısaltmaq məqsədi ilə hərəkət istiqamətinin əksinə hərəkətə başlamışdır. Sonradan avtomobili saxlamaq istəmiş və əyləcə basmış, lakin avtomobilin idarəsini itirərək yolun sol tərəfindən dayanmış, Mercedes markalı ** CB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığını qeyd edir. Hərəkətindən peşmandır və nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs Şəxs qarşı şikayətinin və tələbinin olmadığını, avtomobillə bağlı hər hansı maddi zərərin olmadığını bildirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməli və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. İnzibati xətanın anlayışı AR İXM-da belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi, bu maddədə törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt qoyulub. Birincisi, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olmasıdır. Əgər hər hansı əməl AR İXM-də nəzərdə tutulmayıbsa, həmin əməlin edilməsi Məcəllədə bilavasitə göstərilmiş və Məcəllə ilə qorunan ictimai münasibətlərə zidd deyilsə, onda həmin əməl inzibati xəta hesab oluna bilməz. İkinci şərt hüquqazidd olmasıdır. Hüquqazidd hərəkət dedikdə də AR Konstitusiyasına, AR İXM-yə və digər qanunvericilik aktlarına zidd olan hərəkətlər də başa düşülür. Üçüncü şərt əməlin təqsirli sayılmasıdır. Təqsirli əməl də iki formada olur: qəsdən törədilən əməl və ehtiyatsızlıqdan törədilən əməl. "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur" (AR İXM 13-cü maddə). "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya həəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur" (AR İXM 14-cü maddə). Nəhayət sonuncu şərt törədilən əməlin inzibati məsuliyyətə səbəb olmasıdır. Burda da yenə iki hal var. Şəxsin həm hərəkəti, həm də hərəkətsizliyi inzibati məsuliyyətə səbəb ola bilər. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, mövcud hadisə ilə bağlı Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etməsi nəticəsində ya zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmalı, ya da zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. Zərərçəkmiş şəxs öz izahatında sağlamlığına zərər vurulmadığını etiraf etmişdir. Lakin Zərərçəkmiş şəxs hadisə nəticəsində avomobilinə maddi zərər dəyməsini bildirsə də, hazırki halda Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər dəyməsi müəyyən edilməmişdir və bu hallar iş materialları, tərəflərin izahatları ilə sübuta yetirilmir. “Vaz 21013” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər dəyməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır ki, bu da öz növbəsində Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin mövcudluğunu istisna edir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyündən və məhkəməyə hadisə vaxtı Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər dəyməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin hazırkı halda inzibati protokol tərtib edən orqan tərəfindən Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər dəyməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Zaqatala Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-53/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-53/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver