Məhkəmə qərarları › İş №3(033)-539/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-539/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-539/2025 24.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ30426311 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ30426311 nömrəli xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, onun telefonuna bir neçə gün əvvəl xx.xx.2025-ci il tarixli SMSRadar.az-dan mesaj gəlmişdir ki, EQ30426311 nömrəli protokola əsasən o, xx.xx.2025-ci il tarixdə Bakı- Şamaxı-Yevlax yolu 77.5-ci km Bakı istiqamətində hərəkətdə olan zaman radara düşərək AR İXM-nin 469.3-cü maddəsi ilə 50 AZN cərimə edilmişdir. Avtomobilin qeydiyyat nişanı 62BG010 göstərilmişdir. **-BG-*** qeydiyyat nömrəli avtomobil AUDİ-6 markalı minik avtomobilidir, həmin avtomobil 2017-ci ildən yanaraq məhv olmuşdur. Nömrəsi isə mənim adımda qalmaqdadır. Belə bir avtomobil artıq yoxdur. Ona yazılan protokol və qərar texniki səhvdir. Ona görə də qərar ləğv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Həmin SMSRadarın çəkdiyi şəkildən də görünür ki, radara düşmüş avtomobil AUDİ deyil VİTA- Mersedes markalı avtomobildir və onun nömrəsi **-BO-***-dur. Göründüyü kimi radar texniki vasitə nömrənin seriyasında olan “O” hərfi ilə “G” hərfini səhv oxunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məlumat verilməsinə baxmayaraq İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ30426311 nömrəli inzibati tənbeh vermə haqqında elektron protokol və eyni tarixli qərar barədə SMS məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat X2 idarə etdiyi AUDİ-6 Minik markalı 62BG010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax yolu 77.5-ci km Bakı istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi DYMX Zaqatala Rayon Dövlət yanğından mühafizə hissəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 236 nömrəli arayışdan görünür ki, 15 yanvar 2016-cı il tarixində baş vermiş yanğın nəticəsində AUDİ-6 Minik markalı 62BG010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salon hissəsi yanmışdır. Məhkəmə şikayət verən şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş arayışdan görünür ki, 62BG010 dövlət nömrə nişanlı minik avtomobili yanmışdır və yarasız vəziyyətdədir və protokola əlavə edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, xəta törətmiş nəqliyyat vasitəsinin nömrəsi aydın şəkildə müəyyən edilə bilmir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X1 xx.xx.2025-ci il tarixdə AUDİ-6 Minik markalı 62BG010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 30426311 nömrəli xx.xx.2025-ci il tarixli elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 30426311 nömrəli xx.xx.2025-ci il tarixli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar