Məhkəmə qərarları › İş №3(033)-544/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-544/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-544/2025 07.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X14 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili «De Fendo» Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Brəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 24 sentyabr 2025-ci il tarixli, 14000-02392/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən Əməliyyat-İstintaq Baş idarəsinə göndərilmiş 14000-00952/25 nömrəli material barəsində, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən xx.xx.2025-ci tarixli, 3-33/2-014337/2025 nömrəli məktub ilə daxil olmuş, 3- 33/1-014495/2025 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində İXM-nin 491.1-ci maddəsi ilə inzibati iş üzrə icraat başlanılması zərurəti yaradılmışdır. Araşdırma gedişində müəyyən edilmişdir ki, “Mercedes Traveqo17SHD A” markalı ME-555-TN qeydiyyat nişanlı olan NMB**********2734 Şassi/Ban nömrəli nəqliyyat vasitəsi ölkə ərazisinə 13 mart 2020-ci il tarixdə qanuni əsasla müvəqqəti qaydada gətirilmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, uzun müddətdir ki avtobus sürücüsü kimi çalışır. Pandemiya dövründən əvvəl Laqadexi- Bakı marşrutu üzrə sürücü kimi fəaliyyət göstərib. “Mercedes Travelqo” markalı, ME-555-TN qeydiyyat nişanlı avtobus ona məxsus olub. Həmin avtobusu 2017-ci ildə Türkiyədən İstanbul şəhərindən alıb. Həmin nəqliyyat vasitəsi ona məxsus olsa da, sənəd üzərində qardaşının Hüseynov Həmidin adına qeydiyyatdan keçirib. Həmin avtobusla Laqadexi - Bakı marşrutu üzrə sürücü kimi işləyib. 2020-ci ildə pandemiya ilə bağlı quru sərhədlər bağlı olduğu üçün həmin marşrut üzrə fəaliyyətini dayandırıb. 2021 -ci il tarixdə həmin nəqliyyat vasitəsini Rafail kimi tanıdığı X5 23000 ABŞ dolları borcu olduğu üçün aralarında olan razılaşmaya əsasən 20 min ABŞ dolları nağd verməklə və 3 min də borc əvəzinə “Mercedes Travelqo” markalı, ME-555-TN qeydiyyat nişanlı avtobusu ona satıb. Təhqiqat və istintaq prosesində Şəxs müvəqqəti qaydada ölkə ərazisinə gətirilən “Mercedes Traveqo17SHD A” markalı ME-555-TN qeydiyyat nişanlı olan NMB**********2734 Şassi/Ban nömrəli nəqliyyat vasitəsinin qanuni sahibi olduğunu və X1 izahatları ilə təsdiq etmişdir. İş üzrə Azərekspertiza Biriliyindən verilən 69 nömrəli, xx.xx.2025-ci il tarxili rəyə əsasən “Mercedes Traveqo17SHD A” markalı, 2005-ci il tarixli (üzərində 50FA760 nömrə nişanı bağlanmış) avtobusun qiyməti 110.000 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi məsuliyyətə səbəb olur. Beləliklə, Azərbaycan Respublikası vətəndaşı Şəxs ölkə ərazisinə müvəqqəti qaydada gətirdiyi və müddəti bitdikdən sonra ölkə ərazisindən çıxarmalı olduğu “Mercedes Travelqo” markalı, ME-555- TN qeydiyyat nişanlı avtobus nəqliyyat vasitəsini qanunsuz olaraq satmış, gömrük nəzarəti altında olan nəqliyyat vasitəsinin üzərində qanunsuz sərəncam vermişdir. Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarəti altında nəqliyyat vasitəsi ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz olaraq satıb üzərində sərəncam verərək Azərbaycan Respublikası İXM-nin 491.1-ci mədəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi və vəkili «De Fendo» Vəkil bürosunun vəkili Vəkil təmsil etdiyi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X4 icraatında olan 3- 33/1- 014495/2025 nömrəli material üzrə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 avqust 2025-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən hüquqlarını müdafiə etdiyim Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti zəruri sənədlərlə birlikdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X8 bölməsinə göndərilmişdir. Sözügedən Qərarın təsviri hissəsinə əsasən İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X4 gəldiyi nəticəyə görə Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük nəzarəti altında olan nəqliyyat vasitəsilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz olaraq satıb üzərində sərəncam verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 3-33/1-014495/2025 nömrəli material üzrə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 avqust 2025-ci il tarixli Qərarda qeyd olunanların qanunsuz və sübut əhəmiyyəti kəsb etməyən əsassız faktlara söykəndiyini müəyyən etdiyimizə görə hüquqlarını müdafiə etdiyim Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində icraatı aparılan 14000-02392/2025 nömrəli inzibati xəta haqqında iş üzrə yol verilmiş çoxsaylı prosessual pozuntuların mövcud olması, təqdim etdiyimiz vəsatətdə qaldırılan məsələlərə dair obyektiv mövqe sərgilənməyərək qanunamüvafiq qərarın qəbul ediləcəyinə dair əsaslı şübhələrimizin formalaşması, habelə müdafiə hüququmuzun kobud sürətdə pozulduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün yaşadığı yer üzrə (Zaqatala şəhəri, ÜşSadiqov k, ev 29), yəni Zaqatala Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət təqdim etmişik, vəsatətimiz təmin olunaraq material baxılması üçün məhkəməyə göndərilmiş və Sizin icraatınızdadır. İcraatınızda olan hazırki iş üzrə inzibati xəta haqqında protokoldan aşagıdakı səbəblərə görə razı deyilik və aşağıda sadaladığımız səbəblərdən inzibati xətalar qanunvericiliyinin hüquqtətbiqetmə normaları əsasında işin qiymətləndirilməsi və bunun da nəticəsi olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini Sizdən xahiş edir: 1) İlk öncə vurğulamaq istərdik ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X7 icraatında olan 3-33/1-014495/2025 nömrəli material üzrə icraat apararkən qüvvədə olan prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və toplanmış materiallarla sübut olunmayan məsələyə dair qanunsuz qərar qəbul etmişdir. Belə ki, sözügedən materiallarla hüquqlarını müdafiə etdiyim Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük nəzarəti altında olan nəqliyyat vasitəsilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz olaraq satıb üzərində sərəncam verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilsə də, onun “Mercedes Traveqo 17SHD A” markalı ME-555-TN dövlət qeydiyyat nişanlı avtobusu vətəndaş X2 faktı rəsmi sənədlərlə təsdiq edilməmişdir. 2) Azərbaycan Respublikasının vətəndaşı Şəxs 3-33/1- 014495/2025 nömrəli material üzrə izahat verərkən icraatı aparan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X7 onun izahatını kompüter vasitəsilə özü yazmış, həmin izahatda vətəndaş Şəxs “Mercedes Traveqo 17SHD A” markalı ME-555-TN dövlət qeydiyyat nişanlı avtobusu 2021-ci ildə vətəndaş X5 etibarnamə əsasında satdığı barədə qeyd olunanlara əsaslanmaqla onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmişdir. Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatşısı Səlmi Zeynalova isə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X4 icraatında olan 3-33/1-014495/2025 nömrəli material üzrə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 avqust 2025-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən apardığı 14000- 02392/25 nömrəli inzibati xəta haqqında iş üzrə icraat zamanı müstəntiqin yuxarıda qeyd olunan mövqeyini rəhbər tutaraq Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində 24 sentyabr 2025-ci il tarixli 14000-02392/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək sonuncunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmişdir. Halbuki, vətəndaş Şəxs “Mercedes Traveqo 17SHD A” markalı ME-555-TN dövlət qeydiyyat nişanlı avtobusu 2021-ci ildə vətəndaş X3 faktı iş materialları ilə təsdiq olunmamışdır. 3) Eyni zamanda Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatşısı Səlmi Zeynalova Şəxs barəsində tərtib etdiyi 14000-02392/25 nömrəli inzibati xəta haqqında protokolda həqiqəti əks etdirməyən məqamları göstərərək bildirmişdir ki, “Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, uzun müddətdir ki, avtobus sürücüsü kimi çalışır. Pandemiya dövründən əvvəl Laqadexi- Bakı marşrutu üzrə sürücü kimi fəaliyyət göstərib. “Mercedes Traveqo” markalı, ME-555-TN qeydiyyat nişanlı avtobus ona məxsus olub. Həmin avtobus 2017-ci ildə Türkiyədən İstanbul şəhərindən alıb. Həmin nəqliyyat vasitəsi ona məxsus olsa da, sənəd üzərində qardaşının Hüseynov Həmidin adına qeydiyyatdan keçirib. Həmin avtobusla Laqadexi- Bakı marşrutu üzrə sürücü kimi işləyib. 2020-ci ildə pandemiya ilə əlaqədar quru sərhədlər bağlı olduğu üçün həmin marşrut üzrə fəaliyyətini dayandırıb. 2021-ci il tarixdə həmin nəqliyyat vasitəsini Rafail kimi tanıdığı X5 23000 ABŞ dolları borcu olduğu üçün aralarında razılaşmaya əsasən 20 min ABŞ dolları nağd verməklə 3 min də borc əvəzinə “Mercedes Traveqo” markalı, ME-555-TN qeydiyyat nişanlı avtobusu ona satıb. Təhqiqat və istintaq prosesində Şəxs müvəqqəti qaydada ölkə ərazisinə gətirilən “Mercedes Traveqo” markalı ME-555-TN qeydiyyat nişanlı olan NMB**********2734 Şassi/Ban nəqliyyat vasitəsinin qanuni sahibi olduğunu və X1 izahatları ilə təsdiq etmişdir.” Bu yerdə xüsusilə vurğulamaq lazımdır ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalova inzibati xəta haqqında protokolda hansısa alqı-satqı müqaviləsinə istinad etdikdə ümumən maraqlanmamışdır ki, əgər hər hansı bir nəqliyyat vasitəsinin alqı-satqısından söhbət gedirsə, bu alqı-satqı əməliyyatı hansı rəsmi sənədlər və yaxud hansı notarial orqanda baş vermiş alqı-satqı əməliyyatı əsasında baş vermişdir və ən əsası da hansı səbəbdən bu faktı təsdiqləyən rəsmi sənədlər iş materiallarına əlavə edilməmişdir? Məhz bu səbəbdən də təkzibolunmaz fakt ondan ibarədir ki, fakt üzrə hər hansı bir alqı-satqı əməliyyatı baş verməmiş və nəqliyyat vasitəsinin digər şəxsin sərəncamına verilməsi faktı rəsmi sənədlərlə təsdiq olunmamışdır. 4) Bununla belə hətta izahata əsaslanaraq belə bir qənaətə gəlinsə ki, inzibati xəta faktı törədilib, bu halda isə nəzərə alınmalıdır ki, törədilən xətadan 4 (dörd) ilədək vaxt keçdiyi səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə əsasən Şəxs inzibati tənbeh tətbiq oluna bilinməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən isə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Sözügedən halda isə hüquqlarını müdafiə etdiyim Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmamış, müstəntiq tərəfindən qəbul olunmuş qərar material üzrə olmaqla Şəxs özü barəsində olmamış, yuxarıda qeyd olunan mötəbər əhəmiyyətli sübutlara görə isə ümumən əsassız olmuşdur. Məhz bu səbəbdən də, hüquqlarını müdafiə etdiyim şəxs barəsində ümumən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması tamamilə qanunsuz olmuşdur, çünki onun əməlində inzibati xəta tərkibinin nəinki bütün əlamətləri, hətta ümumən heç bir tərkib hissəsi mövcud omamışdır. Göründüyü kimi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatşısı Səlmi Zeynalovanın bu kimi qənaətə gəlməsi qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər müəyyən edilmişdir. Qeyd olunan halda isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X4 tərtib etdiyi 3-33/1- 014495/2025 nömrəli materialı olmuş və həmin material üzrə də müstəntiqin gəldiyi yanlış və əsassız nəticə Azərbaycan Respublikasının vətəndaşı Şəxs guya ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tələblərinin pozulmasından ibarət olmuşdur. Belə olan halda inzibati xətalar qanunvericiliyinin tələblərinə əsasən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalova sözügedən inzibati xəta haqqında iş üzrə icraat apararkən məhz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.5-ci maddəsinin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olan materiallların əsassız olması səbəbindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul etməli idi. Çünki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük nəzarəti altında olan nəqliyyat vasitəsilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz olaraq satıb üzərində sərəncam verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə qanusuz və əsassız olaraq təqsirləndirilsə də, onun “Mercedes Traveqo 17SHD A” markalı ME-555-TN dövlət qeydiyyat nişanlı avtobusu vətəndaş X2 faktı rəsmi sənədlərlə təsdiq edilməmişdir. Sözügedən halda isə, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı X15 Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X4 3-33/1- 014495/2025 nömrəli material üzrə əsassız nəticəyə gəlməsini müəyyən etsə də, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozmaqla sözügedən əsassız icraatı davam etmişdir. 5) Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalovanın tərtib etdiyi 14000-02392/25 nömrəli inzibati xəta haqqında protokolda isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5.4cü maddəsinin tələbləri pozulmaqla inzibati xətanın harada və nə vaxt törədilməsi ümumən qeyd olunmamışdır. Bu hal təəcüblü də deyil, çünki yuxarıda qeyd etdiyimiz kimi, Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X4 icraatında olan 3-33/1-014495/2025 nömrəli material üzrə də bu fakt müəyyən edilə bilməmişdir. 6) Xüsusən diqqətinizə onu da çatdırırıq ki, 27 yanvar 2025-ci ildə DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aparılmış ilkin yoxlama nəticəsində 50FA760 dövlət nömrə nişanlı “Mercedes Traveqo 17SHD A” markalı avtobusun qeydiyyat şəhadətnaməsində şassi/ban nömrəsində uyğunsuzluq müəyyən edildiyindən gömrük sərhədindən keçirilməsi üçün hüquq verən sənədin saxtalaşdırılması şübhəsi əsasında DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılmaqla toplanmış materiallar istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədilə AR Baş Prokurorluğundan NBPİ-nə daxil olmuş və faktla bağlı aparılmış araşdırma üzrə NBPİ İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Sərdar Rüstəmov tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmişdir. NBPİ İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Sərdar Rüstəmov cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 oktyabr 2025-ci il tarixli qərarı qəbul edərkən ona istinad etmişdir ki, AR ƏN MEM-nin 3-16-16/2-3/128-9/815/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, təqdim edilmiş “Mercedes Traveqo 17SHD A” markalı, 50FA760 dövlət nömrə nişanlı avtobusun “**********3651” ban nömrəsini bildirən rəqəmlər zavod üsulu ilə həkk edilmişdir. Lakin ban nömrəsi həkk edilmiş detalın (metal lövhənin) birləşən sahəsində qaynaq izi müşahidə edilir. Həmin detal avtobusun təmiri zamanı da qaynaq oluna bilər. Bu səbəbdən də konkret olaraq ban nömrənin dəyişdirilibdəyişdirilməməsini müəyyən etmək mümkün deyildir. Həmçinin araşdırma üzrə müəyyən edilmişdir ki, “Mercedes Traveqo 17SHD A” markalı, ME-555-TN qeydiyyat nişanı olan NMB**********2734 şassi/ban nömrəli nəqliyyat vasitəsi ölkə ərazisinə 13 mart 2020-ci il tarixdə qanuni əsaslarla müvəqqəti qaydada gətirilmişdir. Beləliklə araşdırılan bütün digər hallara əsasən və CPM-nin 21, 39.1.1, 41.1, 145.3 maddələrinə istinadən cinayət işinin başlanması rədd edilmişdir. 7) Bundan başqa əsas diqqət yetirilməli bir məqamı vurğulayırıq ki, həmin məqam hazırki iş üzrə icraata birbaşa xitam verilməsi üçün əsasdır. Belə ki, işin materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarılmış və avtobusun şəkli olan məlumatda “Mercedes-Benz Traveqo 17SHD” markalı, ME555TN nömrə nişanı olan avtobusun sürücüsü qismində Gumbatov Ganbar qeyd olunmuşdur. Görümdüyü kimi gömrük xidməti qarşısında birbaşa məsuliyyəti həmin şəxs daşıdığı halda ümumiyyətlə Gumbatov Ganbar icraata cəlb edilməmişdir. Beləliklə Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarılmış məlumatlara müstəntiq və təhqiqatçı tərəfindən diqqət yetirilməmiş və həmin hallar araşdırılmamış və hüquqlarını müdafiə etdiyim şəxs barəsində qanunsuz və əsassız prosedur aparılmışdır.. 8) Hazırki iş üzrə icraata birbaşa xitam verilməsi üçün digər bir məqam da odur ki, DYP-dən verilmiş cavab məktubunda “Mercedes Benz Traveqo17SHD A” markalı, 50FA760 qeydiyyat nişanı olan avtobusla bağlı “Qeyd” sətirində göstərilmişdir: “BDYP 3-13-16t/2-48958/2024 MERC.BENZ-C457 modelindən AV.İ və T.Ş. 3-13-5/2-7636/2024 ŞASSİ Q/Z ÜSULU İLƏ VURULUB”. Göründüyü kimi DYP tərəfindən verilmiş məlumatdan bir daha görünür ki, “Mercedes Benz Traveqo17SHD A” markalı avtobus MERC.BENZ-C457 modelindən çevrilmişdir və ME555TN nömrə nişanlı avtobusla əlaqəsi olmadığı bir daha öz təsdiqini tapır. Beləliklə, hazırki vəsatətlə tam sübuta yetirilir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tələbləri qətiyyən pozulmamış və onun tərəfindən sözügedən inzibati xətanın törədilməsi heç bir rəsmi sənədlərlə sübut edilməmiş, əksinə gömrük orqanı tərəfindən aparılmış araşdırma tamamilə əsassız, qanunsuz olmaqla gəldikləri nəticə hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən icraatı aparılmış 14000-02392/2025 nömrəli inzibati xəta haqqında iş üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli 14000- 02392/25 nömrəli inzibati xəta haqqında protokolun ləğv olunaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X9 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 sentyabr 2025-ci il tarixli, 14000-02392/25 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqpozma faktını törətmişdir. Belə ki, İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi məsuliyyətə səbəb olur. Beləliklə, Azərbaycan Respublikası vətəndaşı Şəxs ölkə ərazisinə müvəqqəti qaydada gətirdiyi və müddəti bitdikdən sonra ölkə ərazisindən çıxarmalı olduğu “Mercedes Travelqo” markalı, ME-555-TN qeydiyyat nişanlı avtobus nəqliyyat vasitəsini qanunsuz olaraq satmış, gömrük nəzarəti altında olan nəqliyyat vasitəsinin üzərində qanunsuz sərəncam vermişdir. Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarəti altında nəqliyyat vasitəsi ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz olaraq satıb üzərində sərəncam verərək Azərbaycan Respublikası İXM-nin 491.1-ci mədəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 491.1-ci maddəsinə əsasən, Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsinin çıxışını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X7 3-33/1- 014495/2025 nömrəli material üzrə icraat apararkən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun 2006-cı il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, NMB**********2734 şassi nömrəli, ME-555-TN dövlət qeydiyyat nişanlı avtobus olduğunu sübut edə bilməmiş, əksinə iş üzrə təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 3/128 9/815/2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan "Mercedes Traveqo 17SHD A" markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun **********651 şassi nömrəsi ilə ban nömrəsini bildirən rəqəmlər kustar yollarla deyil, məhz zavod üsulu ilə həkk edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-134446 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır və bununla da təsdiq olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA- *** dövlət qeydiyyat nişanlı avtobus Azərbaycan Respublikasının qüvvədə olan və bu sahəni tənzimləyən bütün qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasında tam qanuni qaydada qeydiyyata alınmış nəqliyyat vasitəsidir və ona dair verilmiş sənədlər də qanunauyğun verilmişdir. Bundan başqa, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Səlmi Zeynalovanın tərtib etdiyi 14000-02392/25 nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın harada və nə vaxt törədilməsi ümumən qeyd olunmamışdır. 27 yanvar 2025-ci ildə DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aparılmış ilkin yoxlama nəticəsində **-FA-*** dövlət nömrə nişanlı "Mercedes Travego 17SHD A" markalı avtobusun qeydiyyat şəhadətnaməsində şassi/ban nömrəsində uyğunsuzluq müəyyən edildiyindən gömrük sərhədindən keçirilməsi üçün hüquq verən sənədin saxtalaşdırılması şübhəsi əsasında DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılmaqla toplanmış materiallar istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədilə AR Baş Prokurorluğundan NBPİ-nə daxil olmuş və faktla bağlı aparılmış araşdırma üzrə NBPİ İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Sərdar Rüstəmov tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 08 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmişdir. NBPİ İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Sərdar Rüstəmov cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 oktyabr 2025-ci il tarixli qərarı qəbul edərkən ona istinad etmişdir ki, AR ƏN MEM-nin 3-16-16/2-3/128-9/815/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, təqdim edilmiş "Mercedes Traveqo 17SHD A" markalı, **-FA-*** dövlət nömrə nişanlı avtobusun "**********3651" ban nömrəsini bildirən rəqəmlər zavod üsulu ilə həkk edilmişdir. Lakin ban nömrəsi həkk edilmiş detalın (metal lövhənin) birləşən sahəsində qaynaq izi müşahidə edilir. Həmin detal avtobusun təmiri zamanı da qaynaq oluna bilər. Bu səbəbdən də konkret olaraq ban nömrənin dəyişdirilib-dəyişdirilməməsini müəyyən etmək mümkün deyildir. Həmçinin araşdırma üzrə müəyyən edilmişdir ki, "Mercedes Traveqo 17SHD A" markalı, ME-555-TN qeydiyyat nişanı olan NMB**********2734 şassi/ban nömrəli nəqliyyat vasitəsi ölkə ərazisinə 13 mart 2020-ci il tarixdə qanuni əsaslarla müvəqqəti qaydada gətirilmişdir. Beləliklə araşdırılan bütün digər hallara əsasən və CPM-nin 21, 39.1.1, 41.1, 145.3 maddələrinə istinadən cinayət işinin başlanması rədd edilmişdir. İşin materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarılmış və avtobusun şəkli olan məlumatda "Mercedes-Benz Traveqo 17SHD" markalı, ME-555-TN nömrə nişanı olan avtobusun sürücüsü qismində Gumbatov Ganbar qeyd olunmuşdur. Göründüyü kimi gömrük xidməti qarşısında birbaşa məsuliyyəti həmin şəxs daşıdığı halda ümumiyyətlə Gumbatov Ganbar icraata cəlb edilməmişdir. DYP-dən verilmiş cavab məktubunda "Mercedes Benz Traveqo17SHD A" markalı **-FA-*** qeydiyyat nişanı olan avtobusla bağlı "Qeyd" sətirində göstərilmişdir: "BDYΡ 3- 13-161/2- 48958/2024 MERC.BENZ-C457 modelindən AV.İ və T.Ş. 3-13-5/2-7636/2024 ŞASSİ QİZ ÜSULU İLƏ VURULUB". Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunması əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar