Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-55/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ******* Rusiya rublu məbləğində olan vəsaiti 15 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş, ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 16 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Buna görə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 09 yanvar 2025-ci il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 əri ilə müraciət edərək haqlarında tərtib olunmuş 09 yanvar 2025-ci il tarixli ER ******* saylı inzibati protokola xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən 2022-ci ilin noy ayının 20də Rusiya Federasiyasının YUJNOYE VİSOKOVOLTNOYE OBORYDOVANİYE şirkəti ilə saylı müqavilə bağlanmışdır. Həmən müqavilə əsasında xx.xx.2022-ci il tarixdə ödəniş tapşırığı ilə ******* Rus rublu məbləğində vəsait köçürülmüşdür. xx.xx.2023-cü il tarixində **********5562 sorğu nömrəli Gömrük bəyannaməsinə uyğun olaraq 114725 Rus rublu həcmində dəmir borular məhsulu gətirilərək, gömrük rəsmiləşdirilməsi keçirilmiş və müəssisəmizin anbarına mədaxil edilmişdir. 09 yanvar 2025-ci il tarixli ER ******* saylı inzibati protokolda göstərilmiş ******* Rus rublu Şəxs MMC tərəfindən 2023-ci ilin iyul ayıran 25-də Rusiya Federasiyasının YUJNOYE VİSOKOVOLTNOYE OBORUDOVANİYE şirkətinə göndərilmiş geri qaytarılma haqqında məktuba əsasən Şəxs MMC-nin KAPİTALBANK ASC-nin Mərkəz filialındakı hesabına 31 iyul 2023-cü il tarixdə geri qaytarılmışdır. Yuxanda qeyd olunan əməliyyatlar haqqında müştərisi olduqları KAPİTALBANK ASC-nin Mərkəz filialına sorğu əsasında məlumat verilmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: 15 dekabr 2022-ci il tarixli OX5 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs MMCnin hesabından ******* Rusiya rublu vəsaitin OOO YUJNOYE VİSOKOVOLTNOYE OBORUDOVANİYE şirkətinin hesabına ödənilməsinə dair tapşırıq verilmişdir. xx.xx.2023-cü il tarixli sorğu nömrəsi **********5562 olan qısa idxal bəyannaməsindən görünür ki, bəyannamə Rusiya Federasiyasından Şəxs MMC-yə göndərilən ümumi invoys dəyəri 114725 Rusiya rublu olan idxal olunan malla bağlı tərtib edilmişdir. Şəxs MMC məxsus bank hesabından görünür ki, xx.xx.2023-cü il tarixdə ******* Rubl vəsait Rusiya Federasiyası Dağıstan respublikası Dərbənd şəhərindən geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırmasında müəyyən etdim ki Şəxs ilə Rusiya Federasiyası OOO YUJNOYE VİSOKOVOLTNOYE OBORUDOVANİYE arasında bağlanmış müqavilə əsasında Şəxs 15 dekabr 2022-ci il tarixdə ******* Rusiya rublu məbləğində vəsaiti OOO YUJNOYE VİSOKOVOLTNOYE OBORUDOVANİYE-nin hesabına köçürmüş və xx.xx.2023-cü il tarixdə ümumi invoys dəyəri 114725 Rusiya rublu olan Rusiya Federasiyasından Şəxs ünvanına göndərilən mala dair qısa idxal bəyannaməsi tərtib edilərək həmin dəyərdə mal idxal edilmiş və xx.xx.2023-cü il tarixdə ******* Rubl vəsait Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərindən Şəxs hesabına geri qaytarılmışdır. Göründüyü kimi, Şəxs tərəfindən 15 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş ******* Rusiya rublu vəsait hesabına əldə edilmiş 114725 Rusiya rublu dəyərində mallar xx.xx.2023-cü il tarixdə idxal edildiyindən və qalıq qalmış ******* Rubl vəsait xx.xx.2023-cü il tarixdə Şəxsnə geri qaytarıldığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan məsuliyyətin yaranmasına əsas olmuş hal mövcud deyil. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 09 yanvar 2025-ci il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-118, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 09 yanvar 2025-ci il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-55/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-55/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver