Məhkəmə qərarları › İş №3(033)-557/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-557/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-557/2025 04.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi Qanuni nümayəndə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X2 nümayəndəsi X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X1 daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məxsus yeməkxanada xx.xx.2025-ci il tarixdə formalaşan tullantı suları kənara təyinatsız axıdılmış, nəticəsində Şəxs barəsində 20 oktyabr 2025-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X1 Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X2 nümayəndəsi X9 protokolu müdafiə edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, çirkab suların axıdılması davam edir, həmin yerdə suların axıdılması nəticəsində çirkab sular toplanmışdır. Bu halın şirkətin fəaliyyətini dayandırıb-dayandırmaması ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, restoranın ərazisinə iri buynuzlu mal-qaranın daxil olması nəticəsində borular bir-birindən ayrılmışdır. Restoran isə mövsümi fəaliyyət göstərdiyindən o bu haldan xəbərdar olmamışdır. Restoranın mövsümi fəaliyyət göstərməsi və hadisə baş verən zaman fəaliyyətini dayandırmış statusda olması vergilər idarəsindən əldə edilmiş sənədlə də təsdiq olunur. Belə ki, həmin sənəddə restoranın fəliyyətini xx.xx.2026-cı il tarixdədək dayanıdrması göstərilmişdir. Qeyd edir ki, bu hal onun iradəsindən kənar baş vermişdir, o bilərəkdən bu hala yol verməmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 30 aprel 2025-ci il tarixli, “11/FƏ” saylı əmri ilə təsdiq edilmiş 07 oktyabr 2025-ci il tarixli, 0024 saylı sərəncamdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin regional bölmələrinin Əsasnaməs ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı nəzarət tədbirləri aparmaq məqsədi ilə 12 saylı X2 baş məsləhətçi-müfəttişi İlkin Saramanova, aparıcı məsləhətçi-müfəttişi X14 və Balakən rayon inzibati ərazsində 04 (dörd) gün müddətində nəzarət tədbirlərinin aparılması tapşırılmışdır. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X2 002435 sayılı, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktının surətindən görünür ki, Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X2 07 oktyabr 2025-ci il tarixli 0024 saylı sərancamına əsasən xidməti ərazi üzrə Zaqatala rayonunda, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan, qanunların, qaydaların və qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə nəzarət tədbirləri həyata keçirilmişdir. 08 oktyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Zaqatala rayonu, Car kəndində yerləşən Şəxs MMC-yə məxsus yeməkxanada formalaşan tullantı sularının çirkab quyusuna axıdılması üçün mövcud olan 100 mm-lik plastik borunun nasaz vəziyyətdə olması və bu səbəbdən tullantı sularının kənara axıdılması faktı tərəflərindən aşkar olunmuşdur. Yerində araşdırma zamanı məlum olmuşdur ki, həmin MMC-nin direktoru X3r. O, əraziyə dəvət edilmiş və aşkar edilmiş nöqsanlar ona yerində göstərilmişdir. Eyni zamanda aşkar olunun faktla bağlı yerində fotoşəkillər və videogörüntü çəkilmişdir. Aşkar olunun faktla bağlı H.Zaqatalskinin yerində izahatı alınmış və ona tərəflərindən su qanunvericilinin tələbləri izah edilmişdir. H.Zaqatalski verdiyi izahatında hüquqpozmanın məsuliyyətini dərk etdiyini etitaf etmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsinin” 103-cü maddəsinin və “Su Təchizatı və Tullantı Suları haqqında” Qanunun tələblərini pozmuşdur. Qeyd edilən halları əks etirən fotoşəkillər akta əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin 17 oktyabr 2025-ci il tarixli, 3-21-2-19/2- 30589/2025 saylı məktubundan görünür ki, Zaqatala rayonu, Car kəndində yerləşən Şəxs MMC sahibkarlıq obyekti vergi orqanında hüquqi şəxs kimi Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) adına 13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X2 3-53-1-12/2-578/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, bölməmin 07 oktyabr 2025-ci il tarixli, 0024 saylı sərəncamına əsasən, 08 oktyabr 2025- ci il tarixində Zaqatala rayonu ərazisində su qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar bölmə əməkdaşları tərəfindən monitorinqlər aparılmışdır. Aparılan monitorinqlər zamanı Zaqatala rayonu, Car kəndində yerləşən və fəaliyyət göstərən Şəxs MMC-nə məxsus yeməkxanada formalaşan tullantı sularının təyinatsız kənara axıdılması faktı aşkar olunmuşdur. Yuxarıda qeyd olunan faktla bağlı tərəflərindən 08 oktyabr 2025-ci il tarixli, 0005 nömrəli qərardadla inzibati araşdırma başlamışdır. Aşkar olunan fakt, “Su təchizatı və tullantı suları haqqında” 28 oktyabr 1999cu il tarixli Azərbaycan Respublikasının Qanununun və İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələblərini pozduğu üçün inzibati xəta tərkibi yaradır. Bununla bağlı Şəxs MMC xx.xx.2025-ci il tarixində, saat 11:00-da özünün və ya səlahiyyətli nümayəndəsinin (etibarnamə əsasında) Şəki şəhəri H.Əliyev prospekti, 220 ünvanına gəlməsinin təmin edilməsi, əks halda iştirakları olmadan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsinə əsasən müvafiq prosessual tədbirlər görüləcəyi və işə baxılacağına dair xəbardar edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X1 daxil olmuş materialla tam təsdiq olunur. Azərbaycan Respublikasının Su Məcəlləsinin 45-ci maddəsinə əsasən sudan istifadə edənlər su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək;sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək; tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək; su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək; su obyektlərindən təyinatına görə istifadə etmək; su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq; sudan istifadənin uçotunu aparmaq; bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək; Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək vəzifələrini daşıyırlar. Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda, yəni su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Belə ki, işdə olan sənədlərin tədqiq nəticəsində məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxsnə məxsus yeməkxanada formalaşan tullantı suları kənara təyinatsız axıdılmışdır. Bu fakt Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X4 tərəfindən toplanmış iş materialları və təqdim edilmi şəkilmiş fotoşəkillərlə təsdiq edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdılması halında su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi Qanuni nümayəndə MMC-nin vergi orqanında fəaliyyətini dayandırması və ona görə də məsluliyyət daşımaması ilə bağlı izahatına hüquqi qiymət verərək bildirir ki, qanunvericiliyin tələbinə əsasən vergi orqanında fəaliyyətinin dayandırılması Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi fəaliyyətinə xitam verilməsi, fəaliyyətinin ləğv olunması demək deyildir. Fəaliyyətinin dayandırılması halında da hüquqi şəxs Şəxs ********** nömrəli VÖEN daşıyıcısı olmaqla hüquqlardan istifadə edir və suların istifadəçisi kimi qanunvericliklə müyyən olmuş vəzifələr yerinə yetirməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İsfadəsinə və X7 Xidməti 12 saylı X1 daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, hüquqi şəxsi xarakterizə edən halları, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar