Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-590/2025 05.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ31196257 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, EQ31196257 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, onun telefonuna bir neçə gün əvvəl xx.xx.2025-ci il tarixli SMSRadar.az-dan mesaj gəlmişdir ki, EQ31196257 nömrəli protokola əsasən o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsi ərazisində İXM-nin 346.4-cü maddəsi ilə 2 bal və 80 manat cərimə edilmişdir. Onun idarə etdiyi avtomobil kimi CHRYSLER LHS markalı, 90CF351 qeydiyyat nişanı minik avtomobil göstərilmişdir. Lakin SMSRadar.az-dan gələn fotoşəkildən də aydın görünür ki, inzibati xətanı törədən 99CF351 qeydiyyat nişanı olan Ford tranzitdir. Odur ki, hesab edir ki, ona yazılan protokol və qərar texniki səhvdir. Ona görə də qərar ləğv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məlumat verilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ31196257 nömrəli inzibati tənbeh vermə haqqında elektron protokol və eyni tarixli qərar barədə SMS məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixdə X2 idarə etdiyi CRAYSLER LHS markalı ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binə qəsəbəsi ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli EQ31196257 nömrəli inzibati tənbeh vermə haqqında elektron protokol və eyni tarixli qərar barədə SMSRadar.az-dan çıxarılan fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsi ərazisində İXM-nin 346.4-cü maddəsi ilə 2 bal və 80 manat cərimə edilən avtomobil ağ rəngdə olan 99CF351 qeydiyyat nişanı olan Ford tranzitdir. “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, CHRYSLER LHS markalı, 90CF351 qeydiyyat nişanı gümüşü rəngdə olan minik avtomobili xx.xx.2008ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Məhkəmə şikayət verən şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X1 xx.xx.2025-ci il tarixdə CHRYSLER LHS markalı, 90CF351 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 31196257 nömrəli xx.xx.2025-ci il tarixli elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 31196257 nömrəli xx.xx.2025-ci il tarixli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №3(033)-590/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-590/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver