Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-594/2025 13.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X19 Əli qızının katibliyi ilə, Şikayət verən şəxs X9 və Zaqatala Rayon Polis X7 Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş 20 oktyabr 2025-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə X9 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Şikayət verən şəxs X17 ərizə ilə məhkəməyə müraciət edərək, X20 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin rəis müavini X18 xx.xx.2025-ci il tarixli, MN N ******* nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qərarın ləğv edilməsinə və ya işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X20 Xidmətinin Şəki Zaqatala regional şöbəsinin rəis müavini X21 xx.xx.2025-ci il tarixdə sahibkar X11 MN N ******* nömrəli protokol yazaraq İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, 3000 (üç min) manat cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli MN N ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” tərtib etmişdir. Qərarda yazılmışdır ki, X2 rayonu Car kənd ərazisində olan özünə məxsus fermada X10 təxminən 1 il əvvəldən çoban kimi işə götürmüş və ən azı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X20 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəis müavini X18 xx.xx.2025-ci il tarixli qərarını qanunsuz hesab edir. Ona görə ki, X13 onun işçisi deyil, onun qonşusudur. Digər bir qonşusu öz torpaq sahəsinə iri buynuzlu heyvanlar girdiyinə görə Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsi də bunu araşdırarkən digər qonşusundan izahat almışdır və orada qeyd etmişlər ki, guya Rəfael Abakarov onun işçisidir və ona pislik etmək məqsədi ilə Əmək Müfəttişliyinə bildirmişlər ki, guya o müqaviləsiz işçi işlədir.Qərarı xx.xx.2025-ci il tarixdə almışdır. Şikayət müddətini ötürməmişdir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar İXMəcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, qərar onun iştirakı olmadan tərtib olunmuş və Məcəllənin tələbləri pozulmuşdur. Yəni kifayət qədər araşdırma aprılmayıb. Polisin göndərdiyi material qanuni hesab edilə bilməz. Həmin materialda göstərilənlər yoxlanılmalı, araşdırma parılmalı onun inzibati xətaya yol verib vermədiyimə dair kifayət qədər subut toplanmalı idi. Bir nəfərin izahatı ilə ona cərimə yazılır. İnzibati xəta törədildiyi yerdə aşkar olunmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun deyildir. Kifayət qədər subut təqdim olunmayıb. Məhkəməyə vəsatət verir ki, onun işçi kimi qələmə verilmiş həmin şəxs məhkəmə iclasında dindirilsin. O, fermada yaşayır və onun heç bir işçiyə ehtiyacı yoxdur.“ Ona görə də həmin qərar ləğv edilməli və ya dəyişdirilməlidir. Zaqatala Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 3(033)-594/2025 saylı qərarı ilə şikayətçi X9 ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş 20 oktyabr 2025-cü il tarixli MN ******* saylı qərarın ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan X20 Xidmətinin Hüquq İdarəsi tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(3- 10)-12/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 3(033)-594/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X17 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş 20 oktyabr 2025-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala Rayon Polis X7 Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 izahat verərək göstərdi ki, tərəfindən toplanmış materiallar əsasında X17 tərəfindən X8 əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyi təsdiq olunmuşdur. Həmçini bildirmişdir ki, tərəflərin izahatı alınarakən tərəfindən onlara qarşı hər hanıs təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 izahat verərək göstərdi ki, X17 onun qonşusudur və o bir qoşu kimi X1 köməklik etmiş, aralarına hər hansı əmək münasibəti olmamışdır. Məhkəmə şikayət verən şəxs X9 şikayətini, iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət təmin edilməməlidir Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş 20 oktyabr 2025-cü il tarixli MN ******* saylı qərarından görünür ki, X17 tərəfindən X5 əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyindən İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir İş materiallarına əlavə edilmiş X8 Zaqatala rayon Polis Şöbəsinə verdiyi xx.xx.2025ci il tarixli izahatdan məlum olur ki, X9 işlətdiyi fermada müqavilə bağlanmadan işlərə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdrarəsinin 03 sentyabr 2025-ci il tarixli 3-21-2-19/2-26147/2025 saylı məktubundan görünür ki, Zaqatala rayonu, Car kəndində qeydiyyatda olan X17 xx.xx.2016-cı il tarixə vergi orqanında fiziki şəxs kimi vergi uçotuna alınmışdır. Hal-hazırda çayxanalar tərəfindən xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərir və vergi orqanının elektron baza məlumatlarına əsasən hüquqi qüvvəyə minmiş əmək müqaviləli işçisi yoxdur. İcraat aparılan zaman qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən “Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir”. Lakin, müəssisə tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək adıçəkilən işçi hüquqi qüvvədə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X17 barəsində başlanmış inzibati xəta haqqında icraat müvafiq olaraq Zaqatala rayon polis şöbəsinin ilkin araşdırması zamanı alınmış tərəflərin izahatları, müvafiq vergi orqanına alınmış sorğuya cavab məktubu əsasında olmuşdur. X17 hazırda şikayətində X8 onun işçisi deyil, onun qonşusu olduğunu, onu hər hansı əmək fəaliyyətinə cəlb etmədiyini bildirsə də, bu hal öz növbəsində şəxslərin polis şöbəsində verdiyi etiraf edici izahatı ilə təkzib olunmuşdur. İşin hallarından da görünür ki, X3 Rəfael Məmmədvəli oğlunu əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyindən qanun pozuntusuna yol vermiş, məhz vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi (sahibkar VÖEN :**********) qanuna müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X9 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, tədqiq edilmiş iş materiallarından X17 tərəfindən X5 əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə şikayətçi X9 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X9 “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş 20 oktyabr 2025-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-594/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-594/2025
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver