Məhkəmə qərarları › İş №3(033)-602/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-602/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-602/2025 13.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏNETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaları törətməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni ödəməmiş və cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin polis kapitanı X1 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 3(009)-2814/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun tərəfindən müvafiq cərimə və dəbbə pulu tam ödənildiyinə görə xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin dispozisiyasında müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə «CHEVROLET AVEO» minik markalı **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsinin tələblərini pozmaqla idarə etmiş, buna görə barəsində xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat inzibati cərimə edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 30 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 80 manat təşkil etmişdir. Azərbaycan Respublikası İXM-in 109.2-ci maddəsinə əsasənbBu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. “İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi“ adlanan Azərbaycan Respublikası İXM-in 529-cu maddəsinin Qeydində müəyyən edilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarına əlavə edilmiş cərimənin ödənilməsi barədə portalın çıxarışından görünür ki, yuxarıda qeyd olunan qərara əsasən yazılmış cərimə və dəbbə pulu ödənilmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən müvafiq cərimə və dəbbə pulu tam ödənilmişdir. Belə vəziyyətdə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində artıq inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə qərarı qəbul edilənədək, müvafiq cəriməni və dəbbə pulunu tam ödədiyinə və onun əməlində artıq inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 48- 51, 53.1, 53.1.2, 114-117, 128-130-cu maddələrinə əsaslanaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata o, müvafiq inzibati cəriməni və dəbbə pulunu tam ödədiyinə görə xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti Şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə təqdim edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar