Məhkəmə qərarları › İş №3(033)-61/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-61/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-61/2021 11.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cərimələri ödəməmiş və cərimələrin üzərinə dəbbə pulları hesablanmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsinin, X7 Bölməsinin (bundan sonra- Zaqatala RPŞ-nin DYPB) İnspektoru, polis baş leytenantı X5 tərəfindən 26.01.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən, işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ödəniş qəbzlərini təqdim edərək izahatında göstərdi ki, hazırda EQ 3188194, EQ ******* və EQ ******* nömrəli protokollar üzrə inzibati cərimələri və onlara hesablanmış dəbbə pullarını tam ödəmişdir. Lakin EQ 1730904, EQ ******* və EQ 597299 nömrəli protokollar üzrə Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətləri keçmişdir. Ona görə də, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun tərəfindən müvafiq EQ 3188194, EQ ******* və EQ ******* nömrəli protokollar üzrə cərimə və dəbbə pulları tam ödənildiyinə görə, eyni zamanda EQ 1730904, EQ ******* və EQ 597299 nömrəli protokollar üzrə Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinin tələbinə əsasən müddətin keçməsi ilə bağlı xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin dispozisiyasında müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırılmasında həmçinin müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 27.01.2019-cu il tarixdə «BMW 525İ» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax yolunun 398.1-ci km-də qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə bu barədə (xüsusi texniki vasitə) 27.01.2019-cu il tarixli EQ seriyalı 597299 nömrəli inzibati xəta haqqında elektron protokol tərtib olunmuş və barəsində qəbul edilmiş 27.01.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilmişdir. Məhkəmə araşdırılmasında həmçinin müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07.07.2019-cu il tarixdə «BMW 525İ» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Y.Səfərov küçəsi, Azəriqaz SC-nin qarşısında qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə bu barədə (xüsusi texniki vasitə) 07.07.2019-cu il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron protokol tərtib olunmuş və barəsində qəbul edilmiş 07.07.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilmişdir. Məhkəmə araşdırılmasında həmçinin müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 27.07.2019-cu il tarixdə «BMW 525İ» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində dayanma qaydalarını pozduğuna görə bu barədə (xüsusi texniki vasitə) 27.07.2019-cu il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində qəbul edilmiş 27.07.2019-cu il tarixli inzibati xəta haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) manat inzibati cərimə edilmişdir. Məhkəmə araşdırılmasında həmçinin müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01.01.2020-ci il tarixdə «BMW 525İ» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili icbari sığorta müqaviləsini bağlamadan idarə etdiyinə görə bu barədə (xüsusi texniki vasitə) 01.01.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində qəbul edilmiş 01.01.2020-ci il tarixli inzibati xəta haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21.02.2020-ci il tarixdə «BMW 525İ» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax-Zaqatala-Gürcüstan yolunun 133-cü km-də qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə bu barədə (xüsusi texniki vasitə) 21.02.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron protokol tərtib olunmuş və barəsində qəbul edilmiş 21.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilmişdir. Məhkəmə araşdırılmasında həmçinin müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21.02.2020-ci il tarixdə «BMW 525İ» minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili icbari sığorta müqaviləsini bağlamadan idarə etdiyinə görə bu barədə (xüsusi texniki vasitə) 21.02.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində qəbul edilmiş 21.02.2020-ci il tarixli inzibati xəta haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş 27.01.2019-cu il tarixli EQ seriyalı 597299 nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 30 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 80 manat təşkil etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş 07.07.2019-cu il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 30 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 80 manat təşkil etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş 27.07.2019-cu il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 20 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 12 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 32 manat təşkil etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş 01.01.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 30 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 80 manat təşkil etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş 21.02.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 30 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 80 manat təşkil etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş 21.02.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 30 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 80 manat təşkil etmişdir. “İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi“ adlanan Azərbaycan Respublikası İXM-in 529-cu maddəsinin Qeydində müəyyən edilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, 11.02.2021-ci il tarixdə onun tərəfindən dövlət büdcəsinə EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəmi 80 (səksən) manat, EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəmi 80 (səksən) manat və EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəmi 80 (səksən) manat pul ödənilmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən EQ seriyalı ******* nömrəli, EQ seriyalı ******* nömrəli və EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə cərimə və dəbbə pulları tam ödənilmişdir. Belə vəziyyətdə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində artıq inzibati xətanın tərkibi mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X3 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Məhkəmə araşdırılmasında həmçinin müəyyən edildi ki, Şəxs 27.07.2019, 07.07.2019 və 27.01.2019-cu il tarixli yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının qanuni qüvvəyə mindiyi vaxtdan isə 1 il 3 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0 və 53.0.6-cı maddələrinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs bu Məcəllənin 38-ci və 53.0.6-cı maddələrinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati məsuliyyətdən azad edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin hesab edirəm ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə qərarı qəbul edilənədək, müvafiq cərimələri və dəbbə pullarını tam ödədiyinə və onun əməlində artıq inzibati xətanın tərkibi mövcud olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 48- 51, 53.0, 53.0.2, 114-117, 128-130-cu maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Zaqatala RPŞ-nin DYPB-in İnspektoru, polis baş leytenantı X5 tərəfindən 26.01.2021-ci il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə, həmçinin müvafiq inzibati cərimələri və dəbbə pullarını tam ödədiyinə görə, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti Şəxs və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar