Məhkəmə qərarları › İş №3(033)-62/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-62/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-62/2022 17.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X2, X3 və protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru polis serjantı X9 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 03 fevral 2022-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 08 avqust 2021-ci il tarixdə saat 10:20 radələrində idarə etdiyi “Ford tranzit yük” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayon Çobankol kəndi ərazisindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı. Hərəkəti təhlükəsizliyi təmin olunması və hadisənin qarşısının alınması məqsədi ilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib qarşı tərəfdən eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “İJ” markalı motosikleti ötmə əməliyyatı apararkən idarə etməni itirərək ehtiyyatsızlıqdan avtomobilin sağ tərəfi ilə motosikletin arxa tərəfindən vurması nəticəsində yol nəqliyyat hadisəsi baş verərək nəticədə motosikletin sürücüsü X4 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və X1 zərər vurmayan xəsarət yetirilməsi ilə müşayiət olunan xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən rayonu Zaqatala rayonu yol patrul xidməti inspektoru polis serjantı X12 izahatında göstərdi ki, Şəxs 08 avqust 2021-ci il tarixdə saat 10:20 radələrində idarə etdiyi “Ford tranzit yük” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayon Çobankol kəndi ərazisindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı. Hərəkəti təhlükəsizliyi təmin olunması və hadisənin qarşısının alınması məqsədi ilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib qarşı tərəfdən eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “İJ” markalı motosikleti ötmə əməliyyatı apararkən idarə etməni itirərək ehtiyyatsızlıqdan avtomobilin sağ tərəfi ilə motosikletin arxa tərəfindən vurması nəticəsində yol nəqliyyat hadisəsi baş verərək nəticədə motosikletin sürücüsü X4 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və X1 zərər vurmayan xəsarət yetirilməsi ilə müşayiət olunan xəta törətmişdir. Zaqatala RPŞ-nin 20 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Zaqatala RPŞ-nin DYPB-nə göndərilmişdir. Bunun əsasında onun haqqında 03 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, Gəncə şəhəri Nizami rayonu Məhrəsə bağı ev 20 mənzil 36- da valideynləri ilə birlikdə yaşayır. Ford tranzit yük markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsastnda idarə edir. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Təxminən 3 ilə yaxındır ki, Bakı şəhərindən və Gəncə şəhərindən telefon aksesuarlan alıb idarə etdiyi avtomobillə Zaqatala şəhərinə gətirərək qeyd etdiyi aksesuarları çörək pulu qazanmaq məqsədi ilə telefon mağazalarına satır. 08 avqust 2021-ci il tarixdə təxminən saat 08 radələrində telefon aksesuarlarını idarə etdiyi avtomobilə yükləyib Zaqatala şəhərinə gəlmək məqsədi ilə Gəncə şəhərindən çıxmışdır. O, idarə etdiyi avtomobillə Qax şəhəri ərazisindən keçib Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən Çobankol kəndi ərazsində mərkəzi yolun sağ tərəfi ilə hərəkətdə olduğu vaxt onunla eyni istiqamətdə, yəni idarə etdiyi avtomobilin qarşısında olan motosikleti ötməyə hazırlaşdıqda tanımadığı motosikletin sürücüsü idarə etdiyi motosikleti sol tərəfə manevr etdikdə özünü itirərək idarə etdiyi avtomobilin sükanını sol tərəfə manevr edərkən idarə etməni itirib avtomobilinin sağ tərəfi motosikletlə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra motosikletdə olan sürücünün və sərnişinin xəsarət aldığını görüb mobil telefonu ilə 103 xidəmətinə və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra Zaqatala rayon mərkəzi xəstəxanasının təcili yardım avtomaşını gəlib xəsarət alan motosikletin sürücüsünü və sərnişini ilk tibbi yardım almaq məqsədi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. Yol nəqliyyat hadisəsi baş verərkən idarə etdiyi avtomobillə motosikletin ara məsafəsi təxminən 2 metr olmuşdur. Yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl Çobankol kəndi ərazisində idarə etdiyi avtomobili saatda 70-80 km sürətlə idarə edirmişdir. Yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl mən spirtli içki qəbul etməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi onun ehtiyatsızlığı nəticəsində baş verdiyi üçün onun heç bir şikayəti və tələbi yoxdur. Hal-hazırda zərərçəkmiş şəxslərin səhhətləri yaxşıdır. Zərərçəkmiş şəxslərlə barışmışdır, onların hər hansı şikayət və tələbi yoxdur. Qeyd olunanlarla bağlı polis şöbəsində izahat vermiş, etdiyi əməli etiraf etmişdir. O, izahatına əlavə olaraq göstərdi ki, etdiyi hərəkətdən çox peşmandır. Bir səhvdir edib. Bir də belə hərəkətlərə yol verməyəcəyini söz verir. Onun barəsində cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X7 polis şöbəsində verdiyi izahatını təsdiq etdiyini bildirdi. Eyni zamanda məhkəməyə əriuzə təqdim edərək göstərdi ki, Şəxs ilə barışmışdır, ona dəymiş zərər tam ödənilmişdir. Onun barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X8 polis şöbəsində verdiyi izahatını təsdiq etdiyini bildirdi. Eyni zamanda məhkəməyə əriuzə təqdim edərək göstərdi ki, Şəxs ilə barışmışdır, ona dəymiş zərər tam ödənilmişdir. Onun barəsində yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxslərin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 327.8, 333.1 və ya 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Həmin Məcəllənin 115.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxslərlə barışmasını, həmçinin onun xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozması halının olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Zərərçəkmiş şəxslərə izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilərlər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxslərə və Zaqatala rayon polis şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar