Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-64/2025 05.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs- xx.xx.1973-cü il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayon Əliabad bələdiyyəsinin sədri işləyən, Zaqatala rayonu Əliabad qəsəbəsində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Əliabad bələdiyyəsinin sədri Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Əliabad bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyə fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana- Şəki Regional Ədliyyə İdarəsinə mütləq təqdim edilməli olan Əliabad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 nömrəli iclasında qəbul edilən aktların (qərarların) qanunvericilikdə nəzərdə tutulan müddətdən gec təqdim edilmiş, buna görə də onun barəsində 13 yanvar 2025-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə vəzifəli şəxs Zaqatala rayon Əliabad bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir, lakin protokol tərtib etmiş orqan məhkəməyə ərizə göndərərək Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Zaqatala rayon Əliabad bələdiyyəsinin sədri vəzifəsində işləyir. Qeyd etmək istəyir ki, onun barəsində protokol ona görə tərtib edilmişdir ki, Əliabad bələdiyyəsinin xx.xx.2024-cu il tarixli 18 nömrəli iclasında qəbul edilən protokolu Şəki Regional Ədliyyə İdarəsinə qanunvericilikdə nəzərdə tutulan müddət ərzində göndərməmişdir. Lakin onun tərəfindən bu müddət pozulmamış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin protokolda qeyd etdiyi akt vaxtında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokola əsasən, Zaqatala Rayon Əliabad qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 18 saylı iclas protokolu 3 gün müddətinə Şəki Regional Ərazi İdarəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası “X1” qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” AR Qanunun 6.1.6-cı maddəsinə əsasən bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin araşdırılan hallarından görünür ki, Zaqatala Rayon Əliabad qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 saylı iclasın protokolunun surətini xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Zaqatala rayon Əliabad bələdiyyəsinin sədri Şəxs hərəkətlərində AR İXM-nin 549.2-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-cı maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” AR Qanununun 6.1.6-cı maddəsi üzrə dəyişiklik xx.xx.2024-cü il tarixdə edilmiş, bu barədə məktub Şəki regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına daxil olan rayonlarda fəaliyyət göstərən bütün bələdiyyələrə xx.xx.2025-ci il tarixdə elektron qaydada imzalanaraq ən tezi həmin tarixdən göndərilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.6, 114-118-ci və 128-130-cu maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 18 nömrəli inzibati xəta haqqında protokola əsasən, vəzifəli şəxs Zaqatala rayon Əliabad bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə və vəzifəli şəxs Zaqatala rayon Əliabad bələdiyyəsinin sədri Şəxs təqdim edilsin (poçtla göndərilsin). Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-64/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-64/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver