Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-642/2025 08.12.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Şəhla Saleh qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1990-ci ildə Zaqatala rayonu Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 08 dekabr 2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özünə məxsus motosikleti alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və nəticədə X1 yüngül zərər vurulmasına, X2 əmlakına 1902 manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X13 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, protokolu müdafiə edir. Həmçinin göstərdi ki, Şəxs 22 oktyabr 2025-ci il tarixdə saat 23:15 radələrində sürücü Şəxs sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi “Ural” markalı motosikleti ilə Zaqatala rayonu Maqov kəndi ərazisində hərəkətdə olarkən «X11» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin «yol harəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» və 42-ci maddəsinin 1 -ci hissəsinin «sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır» tələblərini pozmaqla əks hərəkət zolağından kənarda yol çiynində dayanmış halda olan X3 məxsus “VAZ-2110” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə çırpılaraq sonuncuya 1902 manat məbləğində maddi ziyan vurmuşdur. Toqquşma nəticəsində “Ural” markalı motosikletin sürücüsü Şəxs az ağır və sərnişini X7 isə yüngül dərəcəli bədən xəsarətləri almışdırlar. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd olunmuşdur.Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsinin tərkibi olduğundan 08 dekabr 2025-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, 07 dekabr 2025-cü il tarixdə motosikleti sərxoş halda idarə etmişdir, hərəkətinin yanlış olduğunu dərk edir və çox peşmandır, zərərçəkmiş şəxslərlə barışmış və onlara vurulmuş ziyanı ödəmişdir. Mümkün olduğu halda barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Avtomobillərin texniki xidmət sexinin 20.11,2025-ci il tarixli 94 nömrəli arayışından görünür ki, sürücü Şəxs yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Zaqatala rayonu Maqov kəndində yaşayan X3 1902 manat məbləğində maddi zərər vurulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işi başlanması rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarında göstərilən Məhkəmə tibbi ekspertiza Pataloji Anatomiya Birliyi X10 ci il tarixli 364 №-li rəyindən görünür ki, vət. X4 məhkəmə-tibbi ekspertizası müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət - sol diz oynağı nahiyəsində əzilmiş-cırılmış yara - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX PHŞ-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddir. İnzibati xəta haqqında protokola əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 22 oktyabr 2025-ci il tarixli 75 nömrəli aktdan görünür ki, tibbi müayinə zamanı 1990-ci il təvəllüdlü Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş ərizədən görünür ki, 22 oktyabr 2025-ci il tarixdə saat 23:15 radələrində sürücü Şəxs sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi “Ural” markalı motosikletin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona 1902 manat məbləğində maddi ziyan dəymişdir. O,Şəxs şikayətçi deyil ona vurulmuş ziyan ödənmişdir Zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş ərizədən görünür ki, 22 oktyabr 2025-ci il tarixdə saat 23:15 radələrində sürücü Şəxs sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi “Ural” markalı motosikletin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun sağlamlığına xəsarət yetirilmişdir. O, Şəxs şikayətçi deyil, ona vurulmuş ziyan ödənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə ona görə də hesab edir ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-642/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-642/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver