Məhkəmə qərarları › İş №3(033)-648/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-648/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-648/2025 14.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, X9 barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EQ 28573416 nömrəli inzibati xəta haqqında qanunsuz elektron qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28573416 nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qanunsuz qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X9 şikayət ərizəsində göstərmişdir ki, ** BX *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı nəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il tarixdə ona etibarnamə verilmişdir. X3 onun istifadəsində və sərəncamında olan ** BX *** dövlət qeydiyyat nişanlı VAZ 2106 minik markalı avtomobili idarə edərkən saxlanılmış və barəsində İXM-nin 332.1, 333.1 və 342.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati qərar qəbul edilmişdir. Ümid Qarakişiyevin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Qərardan narazı qalan X7 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin 3(033)383/2025 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən X3 barəsində İXM-in 333.1-ci maddəsinə əsasən tərtib edilmiş qərar ləğv edilməsi və X1 Azərbaycan Respublikası İXM-in 332.1-ci və 342.2.4-cü maddələri ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilmişdir. 2025-ci il dekabr ayında DYPB-nin əməkdaşı tərəfindən başqa avtomobili idarə edərkən saxlanılmışdır. Saxlanılarkən ona cərimələrinin olduğu bildirilmişdir. Cərimələr ilə maraqlandıqda ona məlumat verilmişdir ki, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sonuncu etibarnamə ona verildiyindən Ümid Qarakişiyev tərəfindən törədilmiş inzibati cərimələr (xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində İXM-nin 339.1-1 (Nəqliyyat vasitəsini Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) onun adına qeydiyyata alınmışdır. ** BX *** dövlət qeydiyyat nişanlı VAZ 2106 minik markalı avtomobil faktiki olaraq X1 istifadəsində olmuş və sonuncu tərəfindən inzibati xətalar törədilmişdir. Ümiddən cəriməni hansı səbəbə əsasən ödənilməməsi barədə məlumat aldıqda ona bildirilmişdir ki, İXM-in 333.1-ci maddəsinə əsasən barəsində tərtib edilmiş qərar sistemdə silinmədiyindən cəriməni ödəyə bilmədiyini bildirmişdir. Həmin cərimələrdən məlumatım olmamış, avtomobili o, idarə etməmişdir. X4 istifadəsində olmuşdur. İnzibati xəta pozuntusu törədilməsində onun təqsiri yoxdur. Qərardan narazı olduğundan hazırki şikayət ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şikayət verən şəxs X9 məhkəməyə gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, elektron qərar qəbul etmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə şikayət verən şəxsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, surəti işdə olan səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 tərəfindən qəbul edilmiş 14 iyun 2025-ci il tarixli EQ seriyalı 28573416 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X9 Azərbaycan Respublikası İXMin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat inzibati cərimə və 30 manat dəbbə pulu olmaqla 80 manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. Həmin Qanunun 30-cu maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Həmin Qanunun 30-cu maddəsinin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. X5 şikayətində göstərdiyi “** BX *** dövlət qeydiyyat nişanlı VAZ 2106 minik markalı avtomobil faktiki olaraq X1 istifadəsində olmuş və sonuncu tərəfindən inzibati xətalar törədilmişdir. Ümiddən cəriməni hansı səbəbə əsasən ödənilməməsi barədə məlumat aldıqda ona bildirilmişdir ki, İXM-in 333.1-ci maddəsinə əsasən barəsində tərtib edilmiş qərar sistemdə silinmədiyindən cəriməni ödəyə bilmədiyini bildirmişdir”, dəlili ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hallar heç də nəqliyyat vasitəsinin sahibi olan X9 tərəfindən həmin nəqliyyat vasitəsini dövlət texniki baxışından keçirmədən istismar etməsi və həmin nəqliyyat vasitəsinin yol hərəkətində iştiraka buraxılması üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, “VAZ2106” minik markalı 62BX434 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (idarə edən) X9 tərəfindən həmin nəqliyyat vasitəsini dövlət texniki baxışından keçirmədən istismar etməsi və həmin nəqliyyat vasitəsinin yol hərəkətində iştiraka buraxılmasını müəyyən etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X5 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EQ 28573416 nömrəli inzibati xəta haqqında qanunsuz elektron qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar