Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-65/2024 18.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissənin şəxsi heyət üzrə şöbənin baş zabiti mayor X7, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil, X1, Deməsinə görə Pakistan İslam Respublikasının vətəndaşı olan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N saylı hərbi hissəsindən daxil olmuş inzibati qaydada tutulma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2024-cü il tarixdə 21:15 radələrində N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının xidmət ərazisindən qeyri-qanuni yolla Gürcüstan ərazisinə keçərkən saxlanılmış deməsinə görə Pakistan İslam Respublikası vətəndaşı Şəxs şəxsiyyətinin təsdiq edən sənədləri olmadığına görə onun inzibati qaydada tutulması barədə protokol tərtib edilmişdir. Sərhəd pozucusu kimi saxlanmış və X10 Respublikası vətəndaşı kimi təqdim edən Şəxs inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 18 fevral 2024-cü il tarixli protokol və toplanmış materiallar Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissənin şəxsi heyət üzrə şöbənin baş zabiti mayor X9 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə 21:15 radələrində N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının xidmət ərazisindən qeyri-qanuni yolla Gürcüstan ərazisinə keçərkən saxlanılmış Pakistan İslam Respublikası vətəndaşı Şəxs şəxsiyyətinin təsdiq edən sənədləri olmadığına görə onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün onun inzibati qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və X10 Respublikası vətəndaşı kimi təqdim edən Şəxs verdiyi izahatında göstərmişdir ki, Pakistan İslam Respublikasının Gujranwala şəhərində yaşayır, subaydır, işsizdir. O, Azərbaycana işləmək üçün gəlmişdir. Bu zaman ona burada işləyə bilməyəcəyi bildirilmiş, işləmək üçün Gürcüstan Respublikasına getməsini tövsiyə edilmişdir. Sərhədi keçmək iştəyərkən isə saxlanılmışdır. Əməlindən peşmandır. Belə ki, onu aldatmışdırlar. Ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil Şəxs barəsində tutmanın tətbiq olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə X10 Respublikası vətəndaşı kimi təqdim edən Şəxs izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, Şəxs üzrərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X10 Respublikası vətəndaşı kimi təqdim edən, deməsinə görə 14 aprel 1993-cü ildə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının Gujranwala şəhərində yaşayan Şəxs 3 (üç) gün müddətində inzibati qaydada tutulsun. Tutulmanın əvvəli 17 fevral 2024-cü il tarixdən, saat 21:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissənə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-65/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-65/2024
18.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver