Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-674/2025 26.12.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X8 qızının katibliyi ilə, X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxmağa baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X3 inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. İş materiallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, X3 tərəfindən verilmiş şikayət ərizəsi isə 10 gündən artıq müddət keçdikdən sonra, yəni 17 dekabr 2025-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 130, 132-ci maddələrini rəhbər tutub QƏRARAALDİ: X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hakim: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №3(033)-674/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-674/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver