Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-676/2025 13.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X10 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsi Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1967-ci il tarixdə Rusiya Federasiyası vətəndaşı, vəzifəli şəxsi, ünvan 1 ünvanında yaşayan Vəzifəli şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidməti 12 saylı X1 daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsi Şəxs xx.xx.2025-ci il tarixdə Zaqatala rayonu Muxax kəndi Zaqatala SMSİİ-nin balansında olan 24/194 reper nömrəli subartizian quyusuna fəaliyyət göstərdiyi kafenin qanunsuz qoşulmaqla suyun talanması aşkar edilmiş və barəsində inzibati protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidməti 12 saylı X1 Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidməti 12 saylı X2 nümayəndəsi X9 protokolu müdafiə edərək bildirdi ki, Şəxs Zaqatala rayonu Muxax kəndi ərazisində kafe işlədir. Həmin kafenin su təminatı Zaqatala rayonu Muxax kəndi Zaqatala SMSİİ-nin balansında olan 24/194 zeper nömrəli subartizian quyusu hesabına həyata keçirilir. Şəxs subartiziyana qoşulmaq üçün icazəsi mövcud deyil. Belə olan halda o suyun talanmasına yol vermiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsi Şəxs çıxış edərək bildirdi ki, o Zaqatala SMSİİ-nə Zaqatala rayonu Muxax kəndində yerləşən subartiziana qoşulmaq üçün müraciət etdiyini bildirmişdir.30 ildir həmin kafeni işlədir və bundan Zaqatala SMSİİ-nin məlumatı olub. Hemin artiziana heç kim müqavilə əsasında qoşulmayıb, lakin yalnız onun barəsində protokol tərtib edilib.3 ildir artizian işləmir və o artiziana qoşulmayıb, sadəcə şlanq vasitəsi ilə su götürüb. İş materiallarında olan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidməti 12 saylı X2 18 dekabr 2025-ci il tarixli 002446 nömrəli aktından görünür ki, keçirilmiş nəzarət tədbirləri zamanı Zaqatala rayonu Muxax kəndində yerləşən kəndi Zaqatala SMSİİ-nin balansında olan 24/194 reper nömrəli subartizian quyusuna həmin kənddə yerləşən və quyudan 50-60 metr yuxarıda olan “Muxax” kafesində qanunsuz qoşulma aşkar edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Zaqatala rayonu Muxax kəndi ərazisində yerləşən 24/194 reper nömrəli subartizian quyusuna təxmini 1 il əvvəl qoşulmuşdur. Kafedə formalaşan çirkab suları kafenin ərazisində olan çirkab quyusuna axıdılır. Sənədləri qaydasında olmadığı üçün müqaviləsi yoxdur və su ilə bağlı heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Muxax kafenin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X7 Xidməti 12 saylı X1 daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 25.1.-maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Şəxs məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Muxax» kafesinin vəzifəli şəxsi Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, eyni zamanda borclunun əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Muxax» kafesinin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №3(033)-676/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-676/2025
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver