Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-71/2021 15.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaları törətməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni ödəməmiş və cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Zaqatala RPŞ-in DYPB-in YPX-nin İnspektoru, polis baş leytenantı X2 tərəfindən 28.01.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin dispozisiyasında müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06.10.2019-cu il tarixdə «Mercedes Benz 0403» avtobus markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşdığına görə 06.10.2019-cu il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron protokol tərtib olunmuş və barəsində qəbul edilmiş 06.10.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş 06.10.2019-cu il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində həmin inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də, onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün 0,5 manat dəbbə pulu hesablanaraq həmin məbləğ 50,5 manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati protokola əlavə edilmiş DİN-nin DYP internet portalının 27.01.2021-ci il tarixli çıxarışından görünür ki, Şəxs barəsində tərtib edilmiş 06.10.2019-cu il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında eyni tarixdə qəbul edilmiş 50 manat məbləğində inzibati cəriməni barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl ödəmişdir. Belə vəziyyətdə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsi olmamışdır. Ona görə də hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl müvafiq cəriməni və dəbbə pulunu tam ödədiyinə və onun əməlində inzibati xəta hadisəsi mövcud olmadıgına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməli, o, inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 48- 51, 53.0, 114-117, 128-130-cu maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Zaqatala Rayon Polis X4 X5 Patrul Xidmətinin İnspektoru, polis baş leytenantı X2 tərəfindən 28.01.2021-ci il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti Şəxs və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-71/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-71/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver