Məhkəmə qərarları › İş №3(033)-76/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-76/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-76/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi ilə, Məhkəmə iclasının katibi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X6, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhad Qoşunları N nömrəli hərbi hissəsinin nümayəndəsi X9, X1nun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1995-ci il tarixdə Pakistan İslam Respublikası Peshavvar şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Pakistan İslam Respublikası Peshavvar şəhərində qeydiyyatda olmaqla yaşayan Şəxs inzibati qaydada tutulması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında material məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsi xx.xx.2025-ci il tarixdə müraciət edərək 28.01 2025-ci il tarixdə saat 13:00 radələrində N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının xidməti ərazisindən qeyri qanuni yolla Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə keçərkən saxlanılmış Pakistan İslam Respublikası vətəndaşı Şəxs şəxsiyyətini təsdiq edən sənədinin olmadığına görə onu inzibati qaydada tutulması məsələsinə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhad Qoşunları N nömrəli hərbi hissəsinin nümayəndəsi X10 izahat verərək Şəxs xx.xx.2025-ci il tarixdə Balakən rayonu ərazisindən Azərbaycan Respublikasına keçdiyini bildirmişdir. X1 vasitəsi ilə dindirilmiş Şəxs izahatında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Balakən rayonu ərazisindən qeyri qanuni yolla dağlıq və meşəlik ərazilərlə Gürcüstan Respublikasına keçdiyini xx.xx.2025-ci il tarixdə isə Azərbaycan Respublikasına qayıtmaq üçün Tbilisi şəhərindən yük avtomobili ilə yola çıxıb sərhəddə yaxın əraziyə gəlmiş və 13:00 radələrində Azərbaycan Respublikasının sərhədini Balakən rayonunda çayı keçərək keçdiyini bildirmişdir. Onun şiddətə məruz qalmadığını və ona qarşı qeyri-insani rəftarın olmadığını bildirmişidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 çıxış edərək ərazi aidiyyət qaydalarının pozulduğunu bildirmiş və inzibati xəta haqqında materialın Balakən Rayon Məhkəməsinə göndərilməsinin məqsədəmüvafiq olduğunu qeyd etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs inzibati qaydada tutulması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırki iş üzrə inzibati xəta haqqında protokoldan göründüyü kimi qeyd edilən inzibati xəta Balakən rayonu ərazisində törədilmişdir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 110.1, 114.3-cü və 118-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və protokol tərtib edən orqana təqdim edilsin (poçtla göndərilsin). Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar