Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-77/2021 02.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu Şəxs barəsində Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, müəyyən etdim: Çinarov X1 Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 3(033)-258/2020 nömrəli qərarı ilə müəyyən edilmiş 1500 manat cərimə məbləğini qərar qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində heç bir əsas olmadan icra etmədiyinə görə inzibati xəta haqqında 02 fevral 2021-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində olan material baxılması üçün Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Protokol ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə göndərildikdən sonra Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi məhkəməyə məktub göndərərək inzibati xəta haqqında materialın baxılmadan geri göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsində iş o zaman başlayır ki, inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilsin. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola baxılması üçün protokol tərtib edən şəxs məhkəməyə müraciət etmək hüququna malik olduğu kimi, verdiyi protokoldan imtina etmək hüququna da malikdir. Ona görə də, Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 02 fevral 2021-ci il tarixli MN ******* nömrəli protokol baxılmamış saxlanılmalı və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 02 fevral 2021-ci il tarixli MN ******* nömrəli protokol baxılmamış saxlanılsın və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-77/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-77/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver