Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-77/2024 04.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayişə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1966-cı il tarixdə Zaqatala rayonu, Suvagil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayon Aşağı Çardaxlar bələdiyyəsinin sədri işləyən, Zaqatala rayonu Uzunqazmalar kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Aşağı Çardaxlar bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyə fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana-Şəki Regional Ədliyyə İdarəsinə mütləq təqdim edilməli olan Aşağı Çardaxlar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 21 saylı iclasının aktları qanunvericilikdə nəzərdə tutulan müddətdən gec təqdim edilmiş, buna görə də onun barəsində 24 yanvar 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə vəzifəli şəxs Zaqatala rayon Aşağı Çardaxlar bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir, lakin protokol tərtib etmiş orqan məhkəməyə ərizə göndərərək Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Aşağı Çardaxlar bələdiyyəsinin sədri Şəxs izahatında göstərmişdir ki, onlar bələdiyyə iclasının aktlarını portal vasitəsilə İdarəyə göndərirlər. Ucqar kənddə olduqları üçün internetlərində zaman-zaman problemlər yaranır. Belə ki, sonucu göndərdiyi üç məktubdan ikisi getmiş, geri qalan biri isə yaranan nasazlığa görə getməmişdir. Həmçinin qeyd etmişdir ki, Ədliyyə əməkdaşları tərəfindən izahatı alınmamışdır, əgər izahatı alınsaydı, qarşılaşdığı problemi onlara bildirəcəkdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Zaqatala rayon Aşağı Çardaxlar bələdiyyəsinin sədri Şəxs izahatını dinləyib, iş materialları təhlil edərək məhkəmə müəyyən etdi ki, vəzifəli şəxs Şəxs barəsində İXM-in 549.2-ci maddəsi ilə olan 24 yanvar 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, vəzifəli şəxs Zaqatala rayon Aşağı Çardaxlar bələdiyyəsinin sədri Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o dəvət edilməmiş və onun izahatı alınmamışdır. Halbuki, qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;... Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Aşağı Çardaxlar bələdiyyəsinin sədri Şəxs iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş, belə ki, belə bu barədə protokolda qeyd aparılsa da, vəzifəli şəxs Şəxs izahatına görə ona hüquq və vəzifələri izah edilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılan zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, vəzifəli şəxs Zaqatala rayon Aşağı Çardaxlar bələdiyyəsinin sədri Şəxs barəsində İXM-in 549.2-ci maddəsi ilə tərtib edilmiş 24 yanvar 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109, 110.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Vəzifəli şəxs Zaqatala rayon Aşağı Çardaxlar bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tərtib edilmiş 24 yanvar 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəinə geri qaytarılsın. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-77/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-77/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver