Məhkəmə qərarları › İş №3(033)-80/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-80/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-80/2023 13.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, X1 “Zaqatala rayonu polis leytenantı X4 25 dekabr 2021-cı il tarixli TP ******* nömrəli onun cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi” barədə şikayətini nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X3 10 mart 2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət vermə müddətinin onun təqsiri üzündən buraxılmadığından buraxılmış müddətin səbəbini üzürlü hesab edərək müddətin bərpa edilməsinə, şikayətin isə icraata götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, o şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu polis leytenantı X4 25 dekabr 2021-cı il tarixli TP ******* nömrəli onun cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qanunsuz qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş müddətin bərpa edilməsinə dair ərizəyə və şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X3 16 avqust 2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət vermə müddətinin onun təqsiri üzündən buraxılmadığından buraxılmış müddətin səbəbini üzürlü hesab edərək müddətin bərpa edilməsinə, şikayətin isə icraata götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-251/2022 nömrəli 25 avqust 2022-ci il tarixli qərardadı ilə Zaqatala rayonu polis leytenantı X4 25 dekabr 2021-cı il tarixli nömrəli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 vəsatəti rədd edilmiş, şikayətin inzibati xəta törətmiş şəxs X2 geri qaytarılması, qərardadın surətinin Zaqatala Rayon Polis Şöbəsinə və vəsatət verən inzibati xəta törətmiş şəxs X2 təqdim edilməsi qərara alınmışdır. Həmin qərardad 26 avqust 2022-ci il tarixdə X2 göndərilmiş, onun tərəfindən isə 04 sentyabr 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə şəxsən təhvil alınmışdır. Göründüyü kimi, X1 Zaqatala rayonu polis leytenantı X4 25 dekabr 2021-cı il tarixli TP ******* nömrəli qərarından şikayət verilməsi müddətinin bərpasına dair ərizəsinə bir dəfə baxılmış, qərardad qəbul edilmiş, həmin qərardad qanuni qüvvəsini almışdır. Hazırda isə o, eyni şikayət və ərizə ilə məhkəməyə yenidən müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5 və 57.5.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X3 tərəfindən Zaqatala rayonu polis leytenantı X4 25 dekabr 2021-cı il tarixli TP ******* nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 tərəfindən Zaqatala rayonu polis leytenantı X4 25 dekabr 2021-cı il tarixli TP ******* nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar