Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-81/2023 28.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 07 avqust 1970-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada da yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Zaqatala Rayon İcra Şöbəsinin rəisi, Elvin Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 18 saylı region üzrə X3 xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə əlaqədar 4000 (dörd min) manat inzibati cəriməni üzrsüz səbəbdən ödəməmiş və nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru X2 izahatında qeyd edilən inzibati xəta haqqında protokolun dəlillərini müdafiə etdiyini bildirdi. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati cərimənin ödəməməsinin onun barəsində inzibati materialın İcra Şöbəsinin icraatında olmasından xəbardar olmaması olmuşdur. Belə ki, icraçı onu bu günə qədər İcra Şöbəsinə dəvət etməmiş, qanunda nəzərdə tutulmuş qaydada xəbərdarıq edilməmişdir, könüllü icra etməsi üçün vaxt verməmişdir. O, barəsində olan qərardan yeni xəbər tutduğu üçün həmin qərardan məhkəməyə şikayət ərizəsi ilə müracət edəcəkdir. Borclunun və icra məmurunun izahatlarını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutları araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 18 saylı region üzrə X3 xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarına əsasən, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat inzibati cərimə edilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə görə icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. Həmin Qanunun 8-ci maddəsində müəyyən edilmişdir ki, icra ilə əlaqədar icra məmuru borclunun yerinin, əmlakının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək və icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq hüququna malikdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydasını tənzimləyir. Məhkəmə araşdırılmasında müəyyən etdim ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərinə lazımınca əməl etməyərək, borclunu icra şöbəsinə dəvət edib ondan izahat almamış, borcun ödənilməsi ilə bağlı onun maddi vəziyyəti barədə tam araşdırma aparmamış və icra sənədinin icrasının təmin edilməsi üçün zəruri olan digər tədbirləri görməmişdir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təmin edilməsi üçün icra məmuru tərəfindən zəruri olan bütün tədbirlər görülmədiyinə görə belə qənaətə gəlirəm ki, borclu tərəfindən həmin qərarın üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Ona görə də borclunun əməlində Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsinin tərkibinin əlamətləri yoxdur. Eyni zamanda Azərbaycan Respublikası İXM-in 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bununla belə məlum olur ki, borclu Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 18 saylı region üzrə X3 xx.xx.2019cu il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının rəsmi şəkildə təqdim edilməsinə dair hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 18 saylı region üzrə X3 xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı borclu Şəxs təqdim edilmədiyindən, onun həmin qərardan məlumatı olmadığı üçün qərarı icra etməməsi əsası ilə borclu Şəxs barəsində onun Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Zaqatala Rayon İcra Şöbəsinun rəisi, Elvin Əhmədovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-118-ci və 128-130-cu maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 18 saylı region üzrə X3 xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı üzrə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Zaqatala Rayon İcra Şöbəsinun rəisi, Elvin Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-81/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-81/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver