Məhkəmə qərarları › İş №3(033)-83/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-83/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-83/2025 27.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, İclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi ilə, Şikayət verən şəxs X2 “27 yanvar 2025-ci il tarixli İXP6852124 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı yer Zaqatala rayonu, Yuxarı Tala kəndi olduğu üçün inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə yəni, Zaqatala rayon məhkəməsində baxılmasını, Bakı şəhəri, DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X5 tərəfindən İXP6852124 №li 27 yanvar 2025-ci il tarixli cərimə protokolu əsasında qəbul edilmiş nömrəsiz qərarın ləğv edilməsi, inzibati xəta haqqında işin icraatına xitam verilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş İXP6852124 №li 27 yanvar 2025-ci il tarixli cərimə protokolu əsasında qəbul edilmiş nömrəsiz inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində onun barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X4 şikayət ərizəsində göstərmişdir ki, mülkiyyətində olan X9 markalı 77LY723 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə saat 16:17 radələrində Bakı şəhəri, Tbilisi prospektiilə İzmir küçəsinin kəsişməsində, A.Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X5 onun idarə etdiyi X9 markalı 77LY723 dövlət qedyiyyat nişanlı minik avtomobilini saxlayaraq qayda pozuntusu törətdiyini, işıqforun qırmızı işığında keçdiyini ona bildirmişdir. Lakin o, buna etiraz edərək qətiyyən belə bir qanun pozuntusunu etmədiyini, heç bir yol hərəkət qaydasını pozmadığını bildirmişdir. Lakin bütün bunlara baxmayaraq, onun barəsində protokol tərtib edəcəyini bildirdi. Bununla da inspektor Sabir Babayev onun barəsində qanunsuz olaraq İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib etmişdir. Onun qanunsuz olaraq tərtib etdiyi protokola əsasən xx.xx.2025-ci il tarixli inzibati qərarla 100 manat məbləğində və 3 bal həcmində cərimə olunmuşdur. Lakin o əminliklə deyə bilər ki, heç bir pozuntu etməmişdir, əgər həmin ünvanda yerləşən kamera görüntüləri əldə edilsə onun dediyinin doğru olduğu müəyyən oluna bilər. Bakı şəhəri, DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X5 tərəfindən barəsində tərtib edilmiş İXP6852124 №li 27 yanvar 2025-ci il tarixli cərimə protokolu əsasında qəbul edilmiş nömrəsiz qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. İXP6852124 nömrəli 27 yanvar 2025-ci il tarixli cərimə protokolu əsasında qəbul edilmiş nömrəsiz qərara heç bir əlavə edilmiş fotoşəkil və ya video görüntü inzibati materiallara əlavə olunmamışdır. Çünki fotoşəkil və ya hadisə zamanı çəkilmiş video görüntü işə əlavə olunsaydı, onun qırmızı işıqda keçmədiyi müəyyən olunacaqdı. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 27 yanvar 2025-cü il tarixdə, saat 16:17 radələrində idarə etdiyi X9 markalı, 77LY723 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində, A.Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə onun barəsində Bakı şəhəri, DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında 27 yanvar 2025-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 27 yanvar 2025-cü il tarixli qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Bakı şəhəri, DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X3 təqdim etdiyi yol nəzarət videokameraları vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmiş və Bakı şəhəri, DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X5 tərəfindən təqdim edilmiş çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1nun 27 yanvar 2025-ci il tarixdə, saat 16:17 radələrində idarə etdiyi Kia Sportage markalı, 77LY723 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində, A.Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməklə yol hərəkəti qaydalarını pozduğu müəyyən edilmişdir. Göründüyü kimi, şikayət verən şəxs X4 şikayətində qayda pozuntusu etmədiyini, ona əsassız və qanunsuz olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında bu hallar öz təsdiqini tapmamışdır. Məhkəmə şikayətin digər dəlillərinə münasibət bildirərək də qeyd edir ki, şikayətdə göstərilən heç bir hal şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Bundan başqa, Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin XV hissəsinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X2 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X2 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Bakı şəhəri, DYPİ yol patrul xidmətinin inspektoru polis serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X2 27 yanvar 2025-ci il tarixdə, saat 16:17 radələrində idarə etdiyi X9 minik markalı, 77LY723 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində, A.Əliyev küçəsi istiqamətinə hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi müəyyən edilir. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 “27 yanvar 2025-ci il tarixli İXP6852124 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar