Məhkəmə qərarları › İş №3(033)-88/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-88/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-88/2024 28.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimova Şəhla Saleh qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən vəzifəli şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 29 yanvar 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən vəzifəli şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X3 və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 29 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayət verən vəzifəli şəxs X2 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X3 və Təbii Sərvətlər İdarəsinin “İnzibati Tənbeh vermə haqqında” 29 yanvar 2024-cü il tarixli MN -1440720 nömrəli qərarı ilə o, Zaqatala rayonu Göyəm bələdiyyəsinin sədri kimi vəzifəli şəxs qismində 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. "İnzibati Tənbeh vermə haqqında” 29 yanvar 2024-cü il tarixli MN-1440720 nömrəli qərar belə əsaslandırılmışdır ki, guya onun, yəni, Zaqatala rayonu Göyəm bələdiyyəsinin sədri tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mülafizəsi tələblərinə əməl edilməmişdir. "İnzibati Tənbeh vermə haqqında” 29 yanvar 2024-cü il tarixli MN -1440720 nömrəli qərarı aşağıda qeyd olunan səbəblərdən qanunsuz hesab edir: Belə ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X3 və Təbii Sərvətlər İdarəsinin “İnzibati Tənbeh vermə haqqında” 29 yanvar 2024-cü il tarixli MN - ******* nömrəli qərarı ilə Zaqatala rayon Göyəm bələdiyyəsinin sədri kimi vəzifəli şəxs qismində cərimə edilsə də, ümumiyyətlə qərarda hansı əsasla sırf bələdiyyə sədrinin cərimə olunması qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalarının 1.4-cü bəndinə əsasən bu Qaydalarda aidiyyatı qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarə etmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli fərmanı ilə müəyyən edilən inzbati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal təsərrüfat qurumları nəzərdə tutulur. Şikayət verən vəzifəli şəxs X2 məhkəmə iclasında izahatında göstərmişdir ki, şikayət ərizəsini müdafiə edir, ərizəyə uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, bələdiyyənin məişət tullantılarının yığılması, daşınması və təmizləməsi xidmətlərinin göstərilməsi kimi vəzifəsi yoxdur. Məhkəmə şikayət verən vəzifəli şəxs X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X2 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X3 və Təbii Sərvətlər idarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 29 yanvar 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X3 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Göyəm bələdiyyəsinin sədri X2 barəsində ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin (məcburi göstərişin) yerinə yetirilməməsinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X3 və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X3 və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 144 maddəsinin 1-ci hissəsinin 9 bəndinə əsasən yerli ekoloji proqramların qəbul və icra edilməsi bələdiyyələrin səlahiyyətlərindən biridir. Bununla yanaşı Konstitusiyanın 144-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərindən aydın olur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın olur ki, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri ilə bağlı yerli ekoloji proqramlar bələdiyyələrin maliyyə imkanlarına uyğun olaraq nəzərdə tutula bilər, məişət tullantıllarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. “Tullantılar haqqında” Qanunun 5-ci maddəsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli özünüidarə orqanları tərəfindən tullantıların idarə olunmasını qanunvericiliyə uyğun təmin etməlidir. “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinə əsasən şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi barədə Qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 10-cu hissəsinə görə yaşayış yerlərinin təmiz saxlanılmasına görə həm aidiyyəti qurumlar, həm də bələdiyyələr məsuliyyət daşıyırlar. “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində aidiyyəti qurumlar dedikdə həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Həmin qaydaların 10.5-ci bəndində, bələdiyyələrlə bağlı məsuliyyət isə bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilməsi olaraq göstərilir. Qeyd olunur ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9-cu bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kimi göstərilmişdir. həmçinin bələdiyyələrin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar əsassız inzibati xəta haqqında protokolların tərtib edilməsi hallarında onların ləğv edilməsi üçün inzibati və ya məhkəmə qaydasında müraciət edilməsi tövsiyə olunur. Yuxarıda sadalanan hüquqi aktlardan da göründüyü kimi bələdiyyələrin üzərinə qanunla məişət tullantılarının yığılması və daşınması xidmətlərinin göstərilməsi vəzifəsi qoyulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Zaqatala rayon Göyəm bələdiyyəsinin sədri X2 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X3 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X3 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 29 yanvar 2024cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin. Zaqatala rayon Göyəm bələdiyyəsinin sədri X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar