Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-89/2023 12.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Şikayət verən şəxs X5 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə Şikayət verən şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən 01 mart 2023-cü il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X12 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən tərtib edilmiş 01 mart 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən barəsində 01 mart 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmiş, həmin qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə görə 1500 (bir min beş yüz) manat inzibati cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Ona görə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Qərarın surəti ona poçt vasitəsi ilə xx.xx.2023cü il tarixdə çatdırılmışdır. Belə ki, Torpaq İslahatından bu yana ümumi birgə paylı mülkiyyətlərində olan torpaq sahəsində suvarma üçün su anbarı olmuşdur. Ailələrinin dolanacaq yeri əkinçilik olduğu üçün torpaq sahələrində suvarma üçün atası tərəfindən su anbarı yaradılmışdır. Su anbarının mövcudluğu 2016-cı ildə yaradılan kadastr xəritələrində peyk vasitəsi ilə qeydə alınmışdır. Ona görə də 20 ildən əvvəl yaradılan su anbarına görə inzibati tənbeh tədbiri tətbiq oluna bilməz. Aidiyyatı qurumlar torpaq sahələrində olan su anbarına görə onlara hər-hansı bir xəbərdarlıq etməmişlər. Lakin inzibati xəta haqqında protokolda hansı texniki vasitələrdən istifadə edilməsi qeyd olunsa da, onun göstəriciləri: adı, markası, lisenziyası qeyd olunmamışdır. Yalnız peyk sözü qeyd edilmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin, razılaşmadıqda onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Şikayət verən şəxs X12 məhkəmə iclası zamanı şikayətin məzmununa uyğun izahat verərək şikayəti müdafiə etdiyini bildirdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, həqiqətən də həmin torpaq sahəsində qazıntı işləri aparmış, lakin su anbarını o yaratmamış, ancaq o, traktor çağırmaqla həmin qazılmış ərazinin hüdudlarını genişləndirmişdir. Bunun qanun pozuntusu olduğunu bilməmişdir. Məhkəmə iclası zamanı protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Samir Rəşidov tərəfindən Zaqatala rayonu Mosul kəndində X7 məxsus torpaq sahəsində yerin təki qaydalarının pozulması aşkar edilmiş və bununla əlaqədar X15 Səlimovun və qazma işləri aparan ekskavatorun sahibi X8 izahatı alındıqdan sonra toplanmış materiallara əsasən X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Zaqatala rayon polis şöbəsi tərəfindən toplanmış materiallar və inzibati xəta haqqında protokol aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin materiallar və protokol əsasında əsasında X12 barəsində inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1500 manat inzibati cərimə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq həmin şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X8 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus traktorla Zaqatala rayonu Mosul kəndində yaşayan Səməd Səlimovun həyətyanı sahəsində qazıntı işləri aparmışdır. Daha sonra polis əməkdaşları işi dayandırmışlar. Qazıntı işləri aparması üçün hər hansı icazənin və sənədin olub olmaması ilə bağlı heç maraqlanmayıb. İş materiallarında olan X5 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətinə yaxın ərazidə torpağı qazıb su anbarı düzəltməsində ona Zaqatala rayonu Faldarlı kənd sakini Ramiz Əliyev öz traktoru ilə kömək edib. Qazıntı aparılan torpaq sahəsi ona məxsusdur, lakin qazıntı işlərinin aparılması üçün icazəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Məhkəmə X5 izahatında göstərdiyi hallara, yəni etdiyi hərəkətin qanunsuz olduğunu bilməməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Belə ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə X1 şikayətinin “20 il əvvəl atası tərəfindən su anbarının yaradılması” dəlili ilə bağlı isə aşağıdakıları qeyd edir. X1 və X8 Zaqatala Rayon Polis Şöbəsində, eyni zamanda Səməd Səlimovun məhkəmə iclasında verdiyi izahatlarından və inzibati xəta haqqında materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7 məxsus torpaq sahəsində xx.xx.2023-cü il tarixdə X10 məxsus traktor vasitəsi ilə qazıntı işləri aparılmış və onun yuxarıdakı məzmunda izahatı inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. İş materiallarından və şikayət verən şəxsin izahatından da məlum olur ki, Səməd Səlimov tərəfindən yerin təkindən istifadə üçün “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazə alınmamış, icazə alınması üçün qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ona icazə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Həmin qanunun 13-cü maddəsinə əsasən Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X5 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 və qərar qəbul edən orqanın nümayəndəsinin izahatları ilə yanaşı, tədqiq edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən toplanmış material və həmin materialda əks olunan fotogörüntülər də X12 tərəfindən ona istinad edilən əməli törətməsini sübut edir. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən 01 mart 2023-cü il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-89/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-89/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver