Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-91/2024 27.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, onun müdafiəçisi X4, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- 25 mart 1980-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sahibkarlıqla məşğul olan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatında olan və yaşayan. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 27 fevral 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 21 yanvar 2024-cü tarixdə saat 14:00 radələrində arvadı X1 çantasından dartan zaman yıxılaraq sağ baldırında qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Qeyd edilən material üzrə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayan X6 21.01,2024-ci il tarixdə saat 14:00 radələrində Zaqatala şəhəri Şıxəli Qurbanov küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı X1 çantasından telefonunu götürmək istəmişdir. Sevil Qurbanova həmin vaxt əl çantasını qucaqlayıb dizi üstə yerə oturmuşdur. Buna baxmayaraq Səlim Qurbanov dartışdıraraq Sevil Qurbanovanın əlindən çantasını alıb içərisindən sonuncuya məxsus “Samsung” markalı telefonu götürmüşdür. Səlim Qurbanov telefonunu almaq üçün Sevil Qurbanovanı dartışdırdığı zaman sonuncuya sağ baldırında qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bunun əsasında X3 haqqında cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində tədbir görülməsi üçün qərarın surəti Zaqatala Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bundan sonra onların izahatı alınmış və onun haqqında 27 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasında verdiyi izahatında polis şöbəsində verdiyini izahatını təsdiq etdiyini qeyd etmiş, əlavə olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, əməlindən peşmandır. Söz verir ki, Qurbanova Sevilə qarşı heç bir zorakı hərəkət törətməyəcək, zərərçəkmiş şəxsdən üzr istəyərək bağışlanmasını istəyir, barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, Səlim Qurbanovla övladlarının təkidi ilə barışır, əlavə olaraq məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qurbanov Səlim barəsində ona qarşı törətdiyi telefonunu götürərək qaçması faktı ilə işin araşdırılmasını istəmir. Təhqiqat orqanının xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarı ilə razıdır. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və zərərçəkmiş şəxs X1 ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 zərərçəkmiş şəxs X2 ilə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, X3 barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən 27 fevral 2024-cü il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokolda X3 21 yanvar 2024-cü tarixdə saat 14:00 radələrində arvadı X1 çantasından tutan zaman yıxılaraq sağ baldırında qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə inzibati xəta törətməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və zərərçəkmiş şəxs X2 məhkəməyə ərizələr təqdim edərək barışmışlar və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 zərərçəkmiş şəxs X2 ilə barışdığından onun barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən 27 fevral 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X6 zərərçəkmiş şəxslə barışdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən 27 fevral 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-91/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-91/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver