Məhkəmə qərarları › İş №3(033)-92/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-92/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-92/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vl Tağım Yol patrul xidmətinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vİ Tağım Yol patrul xidmətinin səlahiyyətli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, (İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X5 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Dəmiryolçular (Sanqaçal) ərazisində ona məxsus MERCEDES BENZ AXOR YÜK yük markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilimlə hərəkətdə olarkən Vİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən saxlanılaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o 600 (altı yüz) manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surəti ona kağız daşıyıcı ilə təqdim olunmadığına görə həmin qərarın kim tərəfindən tərtib olunması və qərarın nömrəsini şikayət ərizəsinə əlavə edə bilmir. İnzibati tənbeh vermə haqqında qərardan narazıdır. Hesab edir ki, qərar ləğv edilməlidir. Bildirir ki, onun hərəkətlərində heç bir inzibati xəta tərkibi yoxdur. İnzibati xətanın törədilməsini sübuta yetirmək vəzifəsi vəzifəli şəxsin üzərinə düşür. Onun Konstitusiyon hüquqları pozulmuşdur. O, milliyətcə saxurdur. Vİ Tağım Yol patrul xidməti X4 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən tərcüməçinin iştirakı təmin edilməmişdir. İnzibati xəta haqqında protokola ona təsir olunduğundan imza çəkmişdir. Belə ki, əks hada yük avtomobilini idarə etməsindən kənarlaşdırılacağı izah olunmuşdur. Ona təqdim edilən inzibati xəta haqqında protokolun forması və məzmunu düzgün tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunarkən- xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Eyni zamanda hal şahidlərinin iştirakı təmin olunmalıdır. Halbu ki, inzibati xəta haqqında protokolda qeyd etdiyim xüsusatlar barədə məlumatlar öz əksini tapmamışdır. Odur ki, barəsində tərtib olunmuş protokol və onun əsasında verilmiş qərar ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə məlumat verilməsinə baxmayaraq İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı qərarından şikayət verən şəxs şikayətin məzmununa uyğun izahat verib, onun dəlillərini müdafiə etdiyini bildirdi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə prosesində göstərmişdir ki, o, azərbaycan dilində sərbəst danışır, yazıb və oxuya bilir və tərcüməçiyə ehtiyacı yoxdur. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin polis-polkovniki X6 tərəfindən tərtib edilərək qəbul edilmiş 16 mart 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 14:33-də Bakı şəhəri Dəmiryolçular (Sanqaçal) ərazisində ona məxsus MERCEDES BENZ AXOR YÜK markalı ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş ölçmə vasitəsinin nəticəsinə dair çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:32-də Bakı-Qazax yolunun DYPİ N719 ərazisində tərəzi vasitəsi ilə çəkilən MERCEDES BENZ AXOR YÜK markalı ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin buraxıla bilən çəki 32000 kq olduğu halda 47080 kq-dır. İş materiallarından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 14:33-də Bakı şəhəri Dəmiryolçular (Sanqaçal) ərazisində ona məxsus MERCEDES BENZ AXOR YÜK markalı ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuşdur. Buna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Vİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin polis-polkovniki X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə X2 600 manat inzibati cərimə edilməsinə dair 16 mart 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin polis-polkovniki X3 inzibati tənbeh vermə haqqında 16 mart 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarından hazırki şikayəti verərkən şikayət vermə müddətini ötürməmişdir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən irqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X2 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, məhkəmə prosesində DYP tərəfindən təqdim edimiş DVD diskə keçirilmiş baxışla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işə əlavə edilmiş ölçmə vasitəsinin nəticəsinə dair çıxarışla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayətində göstərdiyi xüsusatlar, xüsusi ilə də onun azərbaycan dilini bilməməsi iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə ümumilikdə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin polis-polkovniki X3 inzibati tənbeh vermə haqqında 16 mart 2023-cü il tarixli TP seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar