Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-92/2025 12.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Şikayət verən şəxs X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X3 iştirakları ilə, Şikayət verən şəxs X2 Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 tərəfindən xx.xx.2025-cü il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXP ******* seriyalı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X5 şikayət ərizəsində göstərmişdir ki, Zaqatala rayonu ərasizində "Niva" markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən Zaqatala rayon X9 şöbəsinin əməkdaşı tərəfindən onun barəsində qanunsuz olaraq İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar tam əsassızdır. Onun barəsində AR İXM 329.1, 342.5, 342.2.2 ci maddələrinin əlamətləri göstərilsə də o, heç bir inzibati xəta hadisəsi törətməmişdir. Ona qarşı qərəzli olaraq İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X5 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin X9 bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə X5 tərəfindən yol vermilmiş pozuntular qeydiyyata alınmışdır və həmin görüntüləri məhkəməyə təqdim edir. O İnzibati xəta haqqında protokolun tam əsaslı olduğunu və onun əsasında qanuni qərar qəbul edildiyini qeyd edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 VAZ21213 minik markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir və həmin avtomobili normativ tələblər pozmaqla , avadanlığı dəyişdirilməklə və xarici işıq cihazları nasaz vəziyyətdə, təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1,342.5 və 342.2.2-ci maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 29 yanvar 2025-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol onu tərtib edən şəxs tərəfindən imzalanmışdır. X5 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, VAZ21213 minik markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin xarici işıq cihazları nasaz vəziyyətdə olmuş və avtomobilin arxa hissəsinin hündürlüyünü tənzimləyən qurğulara dəyişiklik edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu şikayət ərizəsinə əlavə etməmiş və o, öz mövqeyini şikayətində göstərdiyi bir neçə hallarla əsaslandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 29 yanvar 2025-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X2 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş video görüntü ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Fərid Qallayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə xətası sübuta yetirilməsə də bu hal ona tətbiq edilmiş tənbeh növünə və həcminə təsir etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Beləliklə, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, protokol tərtib edən şəxsin və şikayət verən şəxsin izahatları ilə yanaşı, işdə olan sübutlarla da X2 24 avqust 2023-cü il tarixdə, mülkiyyətində olan VAZ21213 minik markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili xarici işıq cihazları nasaz vəziyyətdə olmuş və qurğularını dəyişidirərək idarə etməsi müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 əməlində İXM-in 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 “Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 tərəfindən xx.xx.2025-cü il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-92/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-92/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver