Məhkəmə qərarları › İş №3(033)-93/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-93/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-93/2025 21.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Şikayət verən şəxs X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şikayət verən şəxs X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Vİİİ Tağım YPX inspektoru polis serjantı X1 TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin Vİİİ Tağım YPX inspektoru polis serjantı X1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının ləğv olunması və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X4 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:00 radələrində idarə etdiyi "Hyundai Elantra" markalı 77SQ963 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunun 235-ci km-də, Qazax istiqamətində yolun hərəkət hissəsinin eyni istiqamətli sol zolağı ilə ötmə əməliyyatını həyata keçirən zaman, magistral yolun hərəkət hissələrini ayıran beton sədlərin arasında dayanmış ** YP *** dövlət nişanlı YPX avtomobili ilə xidmətdə olan YPX əməkdaşları əl işarəsi ilə saxla əmri verərək avtomobili yolun sol zolağında qəza şəraiti yaradaraq dayanmağa məcbur etdilər. Həmin vaxtı eyni istiqamətdə yolun sağ zolağı ilə başqa avtomobillər hərəkətdə olduğu üçün sol zolaqdan - sağ zolağa keçmək qəza vəziyyətinə səbəb ola bilərdi. Həmçinin YPX əməkdaşları ona əl ilə işarə edərək avtomobilini sol zolaqda saxlamağı əmr etmişdir. Avtomobilinin saxlandığı yer, yəni, Bakı-Qazax magistral yolu - yol ayrıcı beton sədlərlə ayrılmış iki hərəkət hissəsindən, iki hərəkət istiqamətindən və dörd hərəkət zolağından ibarətdir. Həmin yolda isə stasionar post olmamışdır. Avtomobilini yolun sol zolağında saxladıqdan sonra Azərbaycan Respublikası DİN BDYPİ-nin Vİİİ Tağım YPX inspektoru polis serjantı sonradan adını bildiyi X2 avtomobilinə yaxınlaşaraq, ondan sənədlərini tələb etmişdir. YPX əməkdaşından saxlamağın səbəbini soruşduqda, sol hətəkət zolağı ilə hərəkət etdiyini bildirmişdir. O isə ona həmin vaxtı ötmə əməliyyatını yerinə yetirdiyini və barəsində tərtib ediləcək protokolla razılaşmadığını bildirmişdir. Buna baxmayaraq, YPX ispektoru, polis serjantı X2 Azərbaycan Respublikası İXM-nin 327.1 ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində qanunsuz olaraq xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib etmiş və 40 manat məbləğində inzibati cərimə olunmağına dair eyni tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul etdi. Lakin bildirmək istəyir ki, barəsində tərtib olunmuş protokol və onun əsasında verilmiş qərar əsassızdır. Bildirmək istəyir ki, onun saxlanıldığı yerdə ayırıcı zolaq olan beton maneə ilə yol iki hissəyə ayrılmışdır. Onun hərəkət etdiyi yolun hissəsi isə bir hərəkət istiqamətli və iki zolaqlı yol olmuşdur. Bundan başqa o, heç bir ötmə və ya manevr etmə qaydalarını pozmamışdır. Ümumiyyətlə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan heç bir inzibati xətanı törətməmişdir. Halbuki, barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” Qərarda tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə inzibati xətanın törədilməsinə görə tənbeh verilməsi qərara alınsa da, konkret olaraq hansı xətanın törədilməsi göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə məlumat verilməsinə baxmayaraq İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:25-də X4 idarə etdiyi X6 markalı ** SQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 236-cı km hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 250 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət verən şəxs X3 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Əksinə şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. xx.xx.2025-ci il tarixdə saat 16:25 radələrində X6 markalı ** SQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 16:25 radələrində X6 markalı ** SQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2025-ci il tarixli elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2025-ci il tarixli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar