Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-95/2022 03.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1994-cü il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 02 mart 2022ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 01 mart 2022-ci il tarixdə oğurluqda şübhəli olduğu üçün polis şöbəsinə gətirilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Rəhbər Əliyev raportla şöbənin rəisinə müraciət edərək göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə Zaqatala şəhəri ərazisində Zaqatala RPŞ-nin CAB-nin kiçik inspektoru polis baş serjantı Rauf Nurullayev ilə birlikdə Zaqatala şəhəri Nizami küçəsi ev 54-də yerləşən X6 evində baş verən 95 manat dəyərində bijuteriya oğurlanması faktında şübhəli olduğu üçün RPŞ-yə dəvət edilərkən Şəxs polis şöbəsinə gəlmək istəmədiyini bildirərək yüksək səslə səs-küy salıb boyun qaçırmağa çalışmışdır. Onlar onu nizam-intizama və ictimai qaydaya riayət etməyə dəvət etsələr də, o, öz əməllərini davam etdirərək polisin qanuni tələbinə qəsdən qərəzli şəkildə tabe olmamışdır. Bu səbəbdən onu məcburi şəkildə avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Onun izahatı alınmış, bunun əsasında onun haqqında 02 mart 2022ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Çüdülübinə kəndində mal-qara otararaq çobanlıq edir. 01 mart 2022-ci il tarixdə polis əməkdaşları onun malları otardığı əraziyə gəlmişlər. Ona bildirmişlər ki, oğurluqda şübhəlidir. Polis şöbəsinə getməlidir. O, da sakit bir şəkildə polislərlə bir qədər piyada gələrək onların avtomobilinə əyləşib polis şöbəsinə gəlmişdir. O, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Əksinə o, polisin qanuni tələbinə tabe olaraq polis əməkdaşları ilə birlikdə polis avtomobilinə minib şöbəyə gəlmişdir. O, həmin vaxt hər hansı qərəzli hərəkətlər etməmişdir. Ona polis şöbəsində oğurluq etməsini deməyini bildirmişlər. O, isə etmədiyi bir əməllə bağlı hər hansı fikir bildirməmiş, oğurluq etmədiyini bildirmişdir. Polis əməkdaşları da bundan istifadə edib, onun barəsində belə bir protokol tərtib edərək məhkəməyə vermişlər. Ona görə də, inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X9 izahatında göstərdi ki, 01 mart 2022-ci il tarixdə Zaqatala şəhəri ərazisində Zaqatala RPŞ-nin CAB-nin kiçik inspektoru polis baş serjantı Rauf Nurullayev ilə birlikdə Zaqatala şəhəri Nizami küçəsi ev 54-də yerləşən X6 evində baş verən 95 manat dəyərində bijuteriya oğurlanması faktında şübhəli olduğu üçün RPŞyə dəvət edilərkən Şəxs polis şöbəsinə gəlmək istəmədiyini bildirərək yüksək səslə səsküy salıb boyun qaçırmağa çalışmışdır. Onlar onu nizam-intizama və ictimai qaydaya riayət etməyə dəvət etsələr də, o, öz əməllərini davam etdirərək polisin qanuni tələbinə qəsdən qərəzli şəkildə tabe olmamışdır. Bu səbəbdən onu məcburi şəkildə avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Onlarda ancaq şifahi məlumatlar olmuşdur ki, oğurluq cinayətini Şəxs törətmişdir. Başqa hər hansı məlumatları yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Şəxs onun bağ qonşusudur. O, həyətdə işləyirdi. Bir də uzaqdan Məhəmmədi və yanında iki polis əməkdaşını görmüşdür. Onlar sərbəst bir şəkildə söhbət edə-edə piyada gələrək polis əməkdaşlarının avtomobilinə əyləşmişlər. Həmin vaxt o, Məhəmməddən nə məsələ olduğunu soruşduqda Məhəmməd ona cərimə borcu olduğunu bildirmişdir. O, gördüyü müddətdə Məhəmmədin polislərə qarşı tabesizlik və ya hər hansı başqa hərəkət etməsini görməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, protokol tərtib etmiş şəxsin, şahidlərin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda isə onun 01 mart 2022-ci il tarixdə oğurluqda şübhəli olduğu üçün polis şöbəsinə gətirilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmaması bildirilsə də, həmin vaxt onun polisin qanuni tələbinə qəsdən tabe olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, Şəxs əməlində polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi bir halın olması da müəyyən edilmədi. Belə ki, həm inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, həm də şahidlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatlarından müəyyən edilir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən müşahidə edilməmiş, həmçinin, inzibati xəta haqqında protokol tərtib edən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı ictimai qaydanın mühafizə vəzifələrini icra etməmişdir. Eyni zamanda Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmiş, inzibati araşdırma zamanı sənədləri imza etməkdən və izahat verməkdən imtina etmişdir. Həmçinin, onun polisin qanuni tələbinə qəsdən tabe olmaması şahid qismində dindirilmiş X1 izahatı ilə də təkzib edilir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, yəni öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi polis sahə rəisinin üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Şəxs 01 mart 2022-ci il tarixdə oğurluqda şübhəli olduğu üçün polis şöbəsinə gətirilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmaması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Belə vəziyyətdə hesab edirəm ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 02 mart 2022-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 02 mart 2022-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-95/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-95/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver