Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-96/2025 05.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X2, Azərbaycan Respublikası X9 X13 İdarəsinin nümayəndəsi, ümumi işlər şöbəsinin müdiri X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası X9 X13 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ünvan 1 ünvanında yerləşən “Saloğlu” obyektinin reklamları barədə X13 İdarəsinin verdiyi yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmişdir. Buna görə də, Azərbaycan Respublikası X9 X13 İdarəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə 06 fevral 2025-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X9 X13 İdarəsinin nümayəndəsi, ümumi işlər şöbəsinin müdiri X3 göstərmişdir ki, hüquqi şəxs Şəxs barəsində tərəflərindən xx.xx.2025-ci il tarixdə “Reklam” haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddələrinin tələblərinin pozmaqla açıq məkanda qeyd edilən ölçülərdə reklamların müvafiq icazə sənədi olmadan yerləşdirilməsi və yayımlanmasına dair akt tərtib edilmiş, eyni zamanda açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılmasına dair yazılı göstəriş verilmişdir. Göstəriş akt əlavə edilməklə Şəxsnə ünvanlamış, xx.xx.2025-ci il tarixdə isə cəmiyyətin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Lakin cəmiyyət tərəfindən göstərişin tələblərinə əməl olunmamış, cəmiyyətin qanuni təmsilcisi Əhməd Mehdiyev yazılı göstərişin tələbləri vaxtında və tam icra olnumadıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağına dair xəbərdar edilmiş, həmçinin protokolun tərtib ediləcəyi yer və vaxt barədə məlumatlandırılmışdır. Lakin xx.xx.2025-ci il tarixdə Şəxs nümayəndəsi protokolun tərtib edilməsində iştirak etməmiş, elə həmin gün barəsində protokol tərtib edilmiş, elə həmin tarixdə də idarənin hesabına müvafiq məbləğdə pul ödənilmiş, lakin ödənilən pulun təyinatı qeyd edilməmişdir. Belə ki, idarə tərəfindən müvafiq bildiriş verildikdən sonra, həmin bildiriş əsasında 5 iş günü ərizində rüsum ödənilməli idi. Qeyd edilən müddətdə rüsum ödənilmədiyindən müraciət qüvvədən düşmüşdür. Odur ki, yazılı göstərişin tələblərinə əməl edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X4 Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək, izahatında göstərmişdir ki, ona məxsus şirkətin reklamının yolun kənarında olan reklam lövhəsində yerləşdirilməsi üçün dəfələrlə Agentliyə müraciətlər etmişdir, elektrik kabellərinin reklam lövhəsinin üzərinə düşdüyünü bəhanə edərək həmin lövhəni ona verməmişlər. Lakin həmin lövhə tərəflərindən başqa şirkətə verilmişdir. Bu səbəbdən aralarında mübahisələr yaranmışdır. O, uzun müddətdir ki, intizamlı şirkət rəhbəri kimi vaxtı-vaxtında reklama dair dövlət rüsumlarını dövlət büdcəsinə ödəyir. X7 işçilərinin ona qarşı qərəzli olmaları onda ruh düşkünlüyü yaratmışdır. Qeyd edilən ödənişlə bağlı bildirir ki, o, qeyd edilən rüsumun ödənilməsinə dair bildirişi almış, lakin hüququ savadı olmalığı üçün mahiyyətini dərk etməmişdir. Müvafiq icazənin verilməsi üçün özü daimi olaraq idarənin əməkdaşları ilə əlaqə saxlamış, maddi durumunda yaranmış çətinlik səbəbindən ödəniş edə bilmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə isə idarə əməkdaşları rüsumu ödəmədiyi təqdirdə cərimə olunacağını bildirmişdirlər, o isə elə həmin gün dərhal rüsumu onların hesabına ödəmişdir. Bu barədə müvafiq çıxarışları da məhkəmə təqdim edir. Beləliklə o, məktubdan qeyd edilən rüsumu 05 fevral tarixdə idarənin hesabına ödənilməsinə dair müvafiq əməliyyatı etmiş, ödəniş 06 fevral tarixdə isə İdarəsini hesabına oturmuşdur. Həmçinin bildirir ki, o, artıq 3 ildir ki, açıq məkanda reklam yayımına görə idarəyə haqq ödəyir və üç ildir ki, açıq məkanda reklamın yerləşdirilməsi üçün icazə alır. Odur ki, qeyd edilən rüsumu ödədiyindən barəsində başlanmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Vergi ödəyicilərinin məlumatından görünür ki, Şəxs nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Onun hüquqi ünvanı: Zaqatala rayonu, Yuxarı Taladır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X9 X13 İdarəsi tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 11-3-5/2-017/2025 saylı yazılı göstərişdən görünür ki, ünvan 5 ünvanında, açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının X9nə (X13 İdarəsinə) müraciət etməsi tələb olunmuş, bu tələblər yerinə yetirilmədikdə, müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyinə dair xəbardar edilmişdir. İş materiallarına əlavə edilmiş 14 yanvar 2025-cü il tarixli 000724 saylı “açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə” aktdan görünür ki, Şəxs “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin tələblərini pozmaqla açıq məkanda 1.70m x 6m x 1 ədəd= 10.20 kv.m (fasad) və 0.40m x 2.96m x 1 ədəd=1.18 kv.m (fasad) ölçülərdə reklamları müvafi icarə sənədi olmadan yerləşdirib, yayımlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X9 X13 İdarəsinin əməkdaşı X5 Şəxs nümayəndəsi X2 iştirakı ilə tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli aktdan görünür ki, Zaqatala rayonu, Yuxarı Tala, Tala prospekti ünvanında yerləşən reklam daşıyıcılarının ölçüləri və növü 6x1.7x1=10.2 m2 (fasad) və 2.96x0.4x1=1.18 m2 kimidir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası X9 X13 İdarəsinə ünvanlanmış və xx.xx.2024-cü il tarixdə həmin idarəyə daxil olmuş ərizədən göürünür ki, ərizənin əlavəsində göstərilən qurğu və ünvanda xx.xx.2024-cü il tarixdən etibarən 12 ay müddətinə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsinə razılıq verilməsi xahiş edilmişdir. Eyni zamanda icazənin verilməsi görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun, həmçinin rüklam yayımına görə haqqın ödənilməsinə zəmanət verilmişdir. İş materiallarına əlavə edilmiş yayım haqqının ödənişi üçün M**********0001 nömrəli hesab-fakturadan görünür ki, reklam yayımı üçün Şəxs tərəfindən 341.52 manat faktura, 61.47 manat ƏDV olmaqla, cəmi 402.99 manat məbləğ ödənilməlidir. İş materiallarına əlavə edilmiş yayım haqqının ödənişi üçün M**********0001 nömrəli hesab-fakturadan görünür ki, reklam yayımı üçün Şəxs tərəfindən 56.92 manat məbləğ ödənilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X9 X13 İdarəsi tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli ərizə ilə açıq məkanda reklam yayımına icazə almaq üçün edilmiş müraciətə əsasən dövlət rüsumunun ödənişi üçün bildiriş verilmişdir. Tərəflərindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumu tam şəkildə və vaxtında ödənilmədiyi halda müraciətin qüvvədən düşəcəyi qeyd edilmişdir İş materiallarına əlavə edilmiş “PAŞA Bank Biznes” internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası X9nin hesabına 341.52 manat məbləğində pul köçürülməsi əməliyyatı etmişdir. Əməliyyat tamamlanmışdır satatusu almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 000İPX1250371C61 saylı ödəniş tapşırığından görünür ki, Şəxs Məhdud Məsuliyyətli hesabından Azərbaycan Respublikası X9nin hesabına 341.52 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş **********183879 saylı qəbzdən və xx.xx.2025-cil il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası X9nin hesabına “ƏDV köçürülməsi” təyinatı ilə 61.47 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “PAŞA Bank Biznes” internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası X9nin hesabına 56.92 manat məbləğində pul köçürülməsi əməliyyatı etmişdir. Əməliyyat tamamlanmışdır satatusu almışdır. İş materiallarına əlavə edilmiş 25 dekabr 2023-cü il tarixli, İ**********0003 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən görünür ki, Azərbaycan Respublikası X9 X13 İdarəsi Şəxsnə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Zaqatala rayonu, Yuxarı Tala kəndi, Tala prospekti küçəsində yerləşən 6.00 metr x 1.70 metr ölçüdə növü “digər fasad reklamarı”na aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2023-cü il tarixli, İ**********0004 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazədən görünür ki, Azərbaycan Respublikası X9 X13 İdarəsi Şəxsnə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Zaqatala rayonu, Yuxarı Tala kəndi, Tala prospekti küçəsində yerləşən 2.96 metr x 0.40 metr ölçüdə növü “digər fasad reklamarı”na aid edilmiş reklamın yerləşdirilməsinə icazə vermişdir. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanununun 26.2-2, 26.2-2.1 və 26.2-3-ci maddələrinə əsasən reklam yayıcısı, həmçinin reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə üçün reklam yayıcısı (reklam qurğularının mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydanın 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına eyni zamanda bildirilməlidir; reklam yayıcısı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırıldığı barədə reklam yayıcısının müraciətindən sonra müddətin axımı bərpa olunur; reklam yayıcısı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində reklam yayıcısına təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin Qaydanın 2.8 və 2.9-cu bəndlərinə əsasən reklam yayıcısı aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazə alınması üçün müvafiq quruma ərizə ilə təkrar müraciət edə bilər; icazə verilməsinə görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu muüvafiq qurumun verildiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin Qaydanın 2.7-ci bəndinə əsasın müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərir və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edir. İcazənin verilməsindən imtina haqqında inzibati akt müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin verilməsindən imtina haqqında inzibati akt bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Həmin Qaydanın 3.1, 3.2 və 3.3-cü bəndlərinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir; reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb qaldırılmadığını yoxlayır. Həmin Qaydanın 3.4 və 3.5.1-ci bəndlərinə əsasən yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum: reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və X9 X13 İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədlərə hüquqi qiymət verməklə hesab edir ki, hazırki başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X9 X13 İdarəsinin böyük müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan göründüyü kimi "xxxx" MMC İdarənin verdiyi reklam yayımının dərhal dayandırması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının X9nə (X13 İdarəsinə) müraciət etməsinə dair yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Agentliyin əməkdaşı Ramin İsazadənin və reklam yayıcı Şəxs MMC-nin qanuni təmsilçisi Əhməd Mehdiyevin iştirakı ilə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün reklam daşıyıcılarının faktiki ölçülərinin və növünün müyyənləşdirilməsi barədə akt tərtib edilmiş və Şəxs MMC xx.xx.2024-cü il tarixdə aktda göstərilən qurğu və ünvanda xx.xx.2024-cü il tarixdən etibarən 12 ay müddətinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün ərizə ilə İdarəyə müraciət etmişdir. İdarə xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məktub ünvanlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun tam şəkildə və vaxtında ödənilməsi tələb etmiş, əks halda müraciətin qüvvədən düşəcəyi bildirilmişdir. Şəxs MMC-nin nümayəndəsi isə bu müddət ərzində daim İdarənin əməkdaşları ilə əlaqədə olmuş, MMC-nin maddi vəziyyətində yaranmış problemlərlə bağlı ödəniş edə bilmədiyini bildirmişdir. İnzibati orqan isə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın tələblərinə əsasən ərizənin baxılmamış saxlanılması və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul etməmiş və bu barədə məlumatı 2 iş günü müddətində reklam yayıcısına təqdim etməmişdir. Şəxs MMC isə haqlı olaraq hələ də İdarənin icraatında olan ərizəsinə və həmin ərizə əsasında ona ünvanlanmış bildirişə əsasən protokol tərtib edilməzdən 01 gün əvvəl “PAŞA Bank Biznes” internet səhifəsindən əldə edilmiş çıxarışdan və müvafiq çıxarışlardan da göründüyü kimi xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası X9nin hesabına 341.52 manat, 61.47 manat və 56.92 manat məbləğində pul köçürülməsi əməliyyatı etmişdir. Əməliyyat tamamlanmışdır satatusu almışdır. Qeyd edilənlərə baxmayaraq inzibati orqan xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən reklam yayının dayandırılmaması və müvafiq icazənin alınması üçün 5 gün müddətində X13 İdarəsinə müraciət etməməsi barədə protokol tərtib edərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərmişdir. X13 İdarəsi (inzibati orqan) icraatında müvafiq icazənin alınması dair ərziə olmasına baxmayaraq, müraciət edənən təkrar müraciət etməsinə dair yazılı göstəriş vermiş, həmçinin, inzibati orqanın iddia etdiyi kimi, ərizə qvvədən düşdüyü halda, müraciət edən tərəfindən ödənilmiş dövlət rüsumunun nə üçün geri qaytarmadığını əsaslandırmamış, ərizə qüvvədən düşdüyü halda pulun qaytarılacağı barədə məlumatı reklam yayıcısına verməməsinin səbəblərini əsaslandıra bilməmişdir. Beləliklə inzibati orqan qanunun tələblərinə riayət etməmiş müvafiq müraciətin baxılmamış saxlanması və ya icazənin verilməsindən imtina olunmasına dair inzibati aktı olmadığı halda hüquqi şəxslərin üzərinə yenidən müraciət etməsi ilə bağlı əlavə öhdəlik qoymuş, həmçinin ərizənin qüvvədən düşdüyünü iddia etsə də, bu badədə reklam yayıcısını məlumatlandırmamış, qeyd edilən ərizə üzrə verilmiş bildiriş əsasında ödənilmiş rüsumu reklam yayıcısına geri qaytarmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsinə əsasən, heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsində qeyd olunur ki, inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənini 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bununla yanaşı, hətta hüquqi şəxsin əməlində inzibati xətanın tərkib elementləri olmuş olsa idi belə, işin mübahisəsiz hallarından göründüyü kimi icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu xx.xx.2025-ci il tarixdə idarənin hesabına ödənilmiş və rüsum idarə tərəfindən geri qaytarılmamış və ya icazənin verilməsindən imtina edilməsinə dair hər hansı inzibati akt qəbul edilməmişdir. Bununla da inzibai xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, əməl öz təhlükəliliyini itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il Qərarına əsasən İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Məhkəmə hesab edir ki, reklam yayıcısı tərəfindən dövlət rüsumu tam şəkildə ödənildiyindən inzibati xətanın təhlükəliliyi aradan qalxmışdır və inzibati əməl zərər yetirmək təhlükəsi yaratmayan əməl hesab edildiyi üçün inzibati xəta hesab edilməməlidir. Həmçinin hüquqi şəxsin qeyd edilən protokol əsasında minimal olaraq 5000 manat miqdarında inzibati məsuliyyətə cəlb edilməsi həmin şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə manelər yarada, həmin şəxsin və onunla əlaqədar olan digər şəxslərin hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıra və eləcə də, ona və digər şəxslərə iqtisadi, maddi və s. zərər vura bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1, 38, 53, 105.1, 112-114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-96/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-96/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver