Məhkəmə qərarları › İş №3(033)-97/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-97/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-97/2023 03.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, tərcüməçi X3 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X4 iştirakları ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Şəxs Zaqatala Rayon Məhkəməsinin 2(033)-146/2012 nömrəli 22 fevral 2012-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 03 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X1 Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala rayon İcra və probasiya Şöbəsinin rəisi X5 məhkəməyə məktub təqdim edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-146/2012 nömrəli 22 fevral 2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs barəsində verilmiş 03 aprel 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil 03 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasına etirazları olmadıqlarını bildirdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından görünür ki, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə göndərildikdən sonra Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi məhkəməyə məktub təqdim edərək inzibati xəta haqqında materialın baxılmadan geri göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsində iş o zaman başlayır ki, inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilsin. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola baxılması üçün protokol tərtib edən şəxs məhkəməyə müraciət etmək hüququna malik olduğu kimi, verdiyi protokoldan imtina etmək hüququna da malikdir. Ona görə də, Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 03 aprel 2023cü il tarixli MN ******* nömrəli protokol baxılmamış saxlanılmalı və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 03 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokol baxılmamış saxlanılsın və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar