Məhkəmə qərarları › İş №3(033)-97/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-97/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-97/2024 04.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6033909 nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan şikayət verilmə müddətinin bərpa edilməsi tələbinə dair barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X2 şikayətini məhkəmənin binasında nəzərdən keçirərək, müəyyən etdim: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətlə müraciət edərək Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, İXP - ******* nömrəli inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarını o xx.xx.2024-cü il tarixdə almışdır, inzibati qərardan məlumatının olmadığını, onun həmin inzibati qərarla tanış olmadığını və müdafiə hüququnun pozulduğunu nəzərə alaraq Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP - ******* nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati qərarından şikayət müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin buraxılmış prosessual müddətin bərpasına dair şikayətə Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP6033909 nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarından şikayət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunan normaların məzmunundan görünür ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi nəzərdə tutulmuş və bunun üçün 10 gün müddət müəyyən edilmişdir. İnzibati qanunvericilikdə eyni zamanda inzibati qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyü halda da şikayətin verilməsi imkanı nəzərdə tutulmuş və bunun üçün şikayət və ya protest vermiş şəxsin vəsatətinin (buraxılmış prosessual müddətin bərpasına dair) olması və həmin vəsatət əsasında müddətin hakim (səlahiyyətli orqan) tərəfindən bərpa edilməsi zəruridir. Yuxarıda şərh edilən normalardan aydın olur ki, yalnız inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verildiyi halda, yəni inzibati xəta haqqında qərardan şikayət və ya protest vermiş şəxs buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət verə bilər. Məhkəmə X5 tərəfindən verilmiş şikayət adlandırılan müraciətə qiymət verərək hesab edir ki, həmin müraciət mahiyyəti etibarı ilə Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6033909 nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X2 vəsatətidir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6033909 nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X5 tərəfindən qanunla müəyyən edilmiş şikayətin verilməsi müddəti ötürüldükdən sonra xx.xx.2024-cü il tarixdə şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmiş, lakin həmin vəsatətə şikayət əlavə edilməmişdir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6033909 nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X2 vəsatəti geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6033909 nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X2 vəsatəti geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Zaqatala rayon X6 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6033909 nömrəli inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərarından şikayət verilməsi üçün üzrlü səbəbdən ötürmüş müddətin bərpa edilməsi barədə vəsatətlə və şikayətlə müraciət edə bilmək hüququ şikayət verən şəxs X3 izah edilsin. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar