Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-98/2024 01.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Yasamal rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 müraciəti əsasında Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri X7 tərəfindən 08-ix-24 nömrəli material üzrə araşdırma aparılmışdır. Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri X4 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və haqqında olan materialın baxılması üçün Yasamal rayon prokurorluğu tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, X6 “Nurusta" MMC ilə arasında olan əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi bağlanaraq o, ixtisassız fəhlə işinə cəlb olunmuşdur. Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs rəhbəri X14 vəsatətlə müraciət edərək Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri X4 29 fevral 2024-cü il tarixli və 01 mart 2024-cü il tarixli qərarlarından verilmiş şikayətə baxılıb mahiyyəti üzrə qərar qəbul edilənədək Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tədbir görülməsinə dair göndərilmiş müraciəti üzrə məhkəmədə baxılan 3(033)-98/2024 saylı inzibati işin icraatını dayandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X14 tərəfindən Yasamal rayon prokurorluğunda verilmiş izahatından görünür ki, direktor olduğu Nurusta MMC 2021-ci ildən fəaliyyət göstərir. Şirkət podrat müqavilələr əsasında tikinti-söküntü işləri ilə məşğuldur. 2023-cü ilin oktyabr ayının əvvəllərində yanına Bayram Şirinov yaxınlaşaraq özünün də Zaqatala rayonundan olmasını və çörək pulu qazanmaq üçün işə qəbul olmaq istədiyini bildirmişdir. Həmin vaxt onun bilmədiyi banka borcu olduğu üçün sənədlərində problemlər olmuşdur və həmin vaxt işə qəbul olunması üçün bəzi sənədləri, həmçinin şəxsiyyət vəsiqəsini ona təqdim edə bilməmişdir. Bu zaman o ona yalnız sənədləri hazır olduğu halda işə rəsmi qəbul oluna biləcəyini bildirmişdir. Lakin Şirin ona maddi vəziyyəti pis olduğunu və pula ehtiyacı olduğunu bildirərək müqavilə bağlananadək işləməsinə icazə verməsini xahiş etmişdir. Ona nə qədər etiraz etsə də Şirin hər gün iş yerinə gəlib digər fəhlələrə kömək edirdi. Artıq 27 oktyabr 2023-cü il tarixdə Şirin çatışmayan sənədlərini təqdim etmiş və onunla rəsmi əmək müqaviləsi bağlanmışdır. Şirin Bayramova gündəlik olaraq 25 manat məbləğdə nağd şəkildə pul ödənilirdi. Onların tikinti ilə məşğul olan "xxxx" MMC ilə podrat müqaviləsi mövcuddur və həmin müqavilə əsasında fərqli ərazilərdə müvafiq işləri görürlər. Şirin Bayramovla əmək müqaviləsi bağlandıqdan sonra o da həmin işlərə cəlb edilmiş və 2024-cü ilin fevral ayının 9-na kimi işləmişdir. Fevral ayının 9-da o iş yerinə nəzarət etdiyi zaman Şirin Bayramovu içkili gördüyündən onunla əmək müqaviləsinə xitam vermişdir. Şirin Bayramov fəhlə işlərini görərək ustalara köməklik göstərirdi. Ş.Bayramov həqiqətən də, ustalarla birlikdə işləyib, lakin o, bədən quruluşca tək ustanın gördüyü işi bacara bilmədiyi üçün və hər zaman digər usta ilə birlikdə işlədiyi üçün ona fəhlə maaşını ödəyib. Ş.Bayramovla əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Lakin sonuncu oktyabr ayının 8-dən 27-kimi arada bir gəlib fəhlələrə kömək etmiş və günə ona digər fəhlələr kimi 25 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş X6 xx.xx.2024-cü il tarixdə Yasamal rayon prokurorluğuna verdiyi izahatından görünür ki, Yasamal rayon prokurorluğuna ünvanladığı ərizə ilə bağlı bildirmişdir ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində Yasamal rayonu, Hind klinikasının yanında soküntü işlərin aparılmasını görmüş və həmin vaxt işsiz olduğundan orada işləyən adını xatırlamadığı fəhlələrin birinə yaxınlaşaraq usta işlərini görə bildiyini və iş axtardığını söyləmişdir. Həmin fəhlə ona işlədiyi yaxınlıqda olan Şəxs MMC-nin direktoru Əli Şabanovun yanına yaxınlaşmağını və onunla danışmağını bildirmişdir. Bu zaman o şirkətin rəhbəri Əli Şabanovla tanış olmuş və işə düzəlmək istədiyini bildirərək ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bu zaman Əli ona vəsiqənin müddətinin keçməsini deyərək vəsiqəni dəyişənədək digər sənədləri gətirməyini və bir iki günə işə cəlb oluna biləcəyini söyləmişdir. Bildirmək istəyir ki, o işə təxminən 08 oktyabr 2023-cü il tarixdə çıxmışdır. Qeyd etmək istəyir ki, Nurusta MMC SR Construction MMC-nin podratçısı olduğuna görə o, SR Construction tərəfindən tikinti aparılan ərazilərdə usta kimi işləyirdi. O, Nurusta MMC-də xx.xx.2023-cü il tarixdən təxminən xx.xx.2024-cü il tarixə kimi usta fəaliyyətini göstərsə də, ona usta maaşı deyil, adi fəhlə, yəni yük daşıyan maaşı verilirdi. Hətta fəhlələr üçün şirkət tərəfindən 35-40 manat pul vəsaiti ayrılsa da, ona 25 manat pul verilirdi. Həmin vaxt o hər hansı narazılıq etməmişdir, ona görə ki, şirkətdə bu cür iş qaydasının olduğunu düşünürdü. Lakin sonradan digər ustalardan öyrənmişdir ki, onlar onun gördüyü işi görsələr də əmək haqları günə deyil, işlədikləri 1 kvadrata görə hesablanır. Bundan sonra o bu barədə şirkət rəhbərliyinə bildirsə də, ona heç bir pul ödənilməmiş, hətta işdən qovulacağı ilə təhdid edilmişdir. Lakin bundan sonra aralarında yaranmış mübahisə nəticəsində o işdən çıxmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Yasamal rayon prokurorluğundan daxil olmuş materialla və iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. İnzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işin hallarından da görünür ki, həm Şəxs rəhbəri X14, həm də X1 rayon prokurorluğunda izahat verərkən göstərmişlər ki, X2 MMC-də əmək müqaviləsi bağlamadan işlərə cəlb edilmiş, bu isə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında yaranan münasibətlər olmaqla əmək münasibətləri hesab edilir və Şəxs X9 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlamasına baxmayaraq sonuncunu müqavilə bağlanmazdan əvvəl xx.xx.2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixinədək işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İşin faktik hallarından görünür ki, Şəxs nəinki Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, hətta əmək müqaviləsi bağlamadan X8 işlərin yerinə yetirilməsinə cəlb etdiyi müəyyən olunmuşdur. Şəxs nümayəndəsi tərəfindən də prokurorluqda araşdırma zamanı X5 Nurusta” Məhdud Məsuliyyətli Cəmiyyətində gündəlik 25 manat əmək haqqı müqabilində faktiki olaraq xx.xx.2023-cü il tarixdən işə cəlb edildiyini etiraf etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs rəhbəri X12 icraatın dayandırılması ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması əsasları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104-cü maddəsi ilə müəyyən edilmişdir və hazırda həmin maddədə nəzərdə tutulan icraatın dayandırılmasına əsas ola biləcək hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yasamal rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Yasamal rayon prokurorluğuna təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-98/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-98/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver