Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-1/2024 12.01.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “AS İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil Etibar oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tələblərini pozması ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə müraciət edərək “X15 haqqında” Qanunvericiliyin və Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinin tələblərini pozması nəticəsində törədilmiş inzibati xəta ilə əlaqədar “AS İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirli bilinərək, barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və toplanımş digər sənədlər üzrə Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinin tələbinə uyğun olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli sərəncamına əsasən Zəngilan rayon ərazsində X15 haqqında qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı reyd keçirilmiş, reyd zamanı Zəngilan rayonu, Rəbənd kəndinin ərazisində keçmiş dövrdə həyətyanı xüsusi mülkiyyətdə olan tam dağılmış evlərin torpaq sahəsinin üst münbit qatının strukturunun pozularaq daşındığı aşkar edilmişdir. Araşdırma zamanı üzərində “AS Nəqliyyat “emblemi olan “Hx 340 SR» markalı ekskavatorla 90-JD 194 dövlət nişanlı «Mersedes AXOR 33-40» markalı yükünü özü boşaldan nəqliyyat vasitəsinə torpağın yüklənməsinə "xxxx" MMC-nin işçisi kimi özünü təqdim edən Bəhruz adlı şəxsin rəhbərlik etməsi məlum olmuşdur. Araşdırma zamanı ana təşkilat olan "xxxx" MMC-nin törəmə təşkilatı olan “AS Nəqliyyat “MMC-nin digər törəmə təşkilatı olan Şəxs MMC-yə xidmət etməsi məlum olmuşdur. Bəhruz adlı şəxs yazılı izahat vermədən şifahi olaraq bildirmişdir ki, münbit torpaq və suxur yaxın vaxtda əhalinin istifadəsinə verilən Ağalı kəndindəki evlərin həyətyanı sahəsinə yayılmaq üçün Şəxs MMC tərəfindən daşınır. Şəxs MMC-nin mühafizə bölməsinin rəisi Ramin Qulamovla görüşmüş və** BP *** dövlət nömrə qeydiyyat nişanlı “Mutsubushi “ minik maşınını idarə edən Ramin Qulamov sorğularına şifahi olaraq bildirmişdir ki, torpağın daşınmasına dair səlahiyyətli orqanların heç bir icazə sənədi yoxdur, yerli nümayəndəliklə razılıq əsasında daşıyırlar. Torpağın üst qatının strukturunun pozulması nəticəsində korlanması dərhal dayandırılmış və qeyri bərabər vəziyyətə salınmış relefin nizamlanması tələb edilmişdir. Korlanmış torpaq sahəsinin münbit qatı dörd yerdə dağıdılmışdır. Şəxs MMC icazə olmadan torpaq daşınması faktı ilə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə inzibati xəta törətmişdir. O, pozuntunun aşkar edilməsində iştirak etməmiş, həmin ərazidə əvvəllərdə pozuntu olmuşdur. 15 noyabr 2023-cü il tarixdə onlar həmin ərazidə olmuşlar.13 noyabr tarixində onlar hadisə yerinə gəlmiş, pozuntular olmasını görmüş, araşdırmalar aparılmış və bir neçə gün torpağın kim tərəfindən daşımasını gözləmişlər. İkinci gün oraya gələndə orada Şəxs MMC-nin nümayəndəliklərini görmüşlər. Ondan başqa idarənin işçiləridə orada olmuş, akt tərtib olunmasında iştirak etmişlər. İsmayılov, Rəhimov onların idarəsinin rəis müavini gəlmiş, lakin Şəxs MMC-ti tərəfindən dəvət etdikləri nümayəndələr isə gəlməmişlər. Pozuntunu protokol yazılan "xxxx" emblemi olan «HX 340 SR» markalı ekskavatorla 90-JD 194 nişanlı «Mesedes AXOR 33-40» markalı yükü özü boşaldan maşınlar törətmiş, şəkilləri də var. "xxxx" emblemi olan «HX 340 SR» markalı ekskavatorla 90-JD 194 nişanlı «Mesedes AXOR 33-40» markalı yükü özü boşaldan maşın və arxada da çoxlu maşınlar olmuş, onlar sürüb çıxaraq uzaqlaşmışlar və yüklərini Şəxs MMC-nin ərazisinə aparmışlar. İş prosesində gördüklərini qeyd etmişlər. "xxxx"-ın bütün maşınlarının üstündə emblemləri var. "xxxx" və Şəxs hər birisi "xxxx" QSC-nin nəzdində yaranmış təşkilatlardırlar. Onlar kənar təşkilatla işləmirlər. Yalnız öz təşkilatları ilə sifariş götürürlər. "xxxx" və Şəxs arasındakı 27 bənddən ibarət olan müqavilə vardır. Onlar ayrı-ayrı Məhdud Məsuliyyətli Cəmiyyətdirlər. İlk izahat Bəhruz adlı şəxsdən alınmış və bildirmişdir ki, o, bu işləri bilmir və o, maşınlara cavabdehdir. Onlar aktda yazıb göstərmişlər. Onlar aktda bu adamın izahat verməkdən imtina etməsini də göstərmişlər. Ramin Qulamov həmin Şəxs Qrupunun adından torpaq sahəsinin daşınmasına sərəncam verən adamdır. Oda şifahi izahat vermiş və onlar dəfələrlə cərimə olunmuşlar.Şəxsən o, özü həmin idarəyə ilin əvvəlində cərimə yazmışdır. Nazirlikdən icazə alınır və təbiətə ziyan dəyməsin deyə onlar yer göstərirlər. Onlar bu mübahisəli məsələni araşdırmağa başlayanda məlum olmuşdur ki, Ağalı kəndində 300-ə qədər evin tikintisində, yolların qıraqlarına və həyətlərə torpağın hamısı ordan daşınmışdır. Onlar işi düzgün aparmışlar. Ramin Qulamov orada bütün mühafizəçilərin sərəncamsıdır. Kənar şirkətlər kənar yerlərdə fəaliyyət göstərirlər. Həmin ərazidə Şəxs fəaliyyət göstərir. Qum-çınqıl, torpaq yol kifləşməsinə getmir, daşınan torpaq sahəsi həyətyanı əkin üçün olan yerdir. Daşınmanı həmin gündən dayandırmışlar. Yerin təkindən mineral xammalın çıxarılmasına icazə agentliyi var, angentliyə həmin ərazidə kimlərə icazə verilməsi ilə bağlı müraciət edilmiş və cavab məktubunda təşkilatlar içərisində Şəxs MMC-nin adının olmaması bildirilmişdir. Bəhruz onların ümumi rəhbəridir. "xxxx"-ın özünə bir kiloda olsa torpaq lazım deyildir. Torpaq ehtiyacı olan Şəxs MMC-dir və oradan əlavə torpaqlar hara tökülür, hara yayılır və həmin ərazilər də getmişlər. "xxxx"-ın işçiləri torpağı heç bir başqa yerə aparmamışlar, birbaşa Şəxs MMC-nin ərazsinə tökmüşlər və torpaqda oradadır. Ekspertiza təyin edib göstərmək olar. Əgər nəqliyyat sifarişi veribsə daşıdığı məhsula görə cavabdehdirlər və bir başa məsuliyyət daşıyırlar. 13 gün içində kifayyət qədər onlar araşdırma aparmışlar. 13 noyabrdan 15 noyabra qədər Şəxs MMC-nin işçiləri ilə görüşmüş, yəni orada cavabdeh Rüzgar müəllim var, onunla da görüşmüşlər. Rüzgar müəllim konkret olaraq torpaq məsələsinin qutarmasını, sərəncamı verənin isə mühafizənin rəisi Ramin Qulamov olmasını bildirmişdir. Ramin Qulamov ilə danışıb pozuntularla bağlı akt tərtib olunacağını və izahat verilməsini bildirəndə o, akta imza etmək səlahiyyətinin olmadığını bildirmişdir. Akt tərtib etdikdə Şəxs MMC-nin rəhbərliyinə məlumat vermişlər. Rəhbər gəlib akt tərtib olunanda iştirak etmir, çünki ora böyük müəssədir, bildiriş və məktub göndərmişlər, sənədlərin içərsində var. İdarə rəhbərlərinin nümayəndəliyinin iştrakı ilə aktı və protokolu da 15 noyabr tarixində tərtib etmişlər. Akt tərtib edildiyi zaman rəhbərliyin məlumatı olmuşdur. Onlar hadisə yerində məsələni görəndən və Bəhruz onlara deyəndən sonra zəng etmiş, mühafizə dəstəsinin rəhbərinin köməkçisi onlara cavab verib əlaqə yaratmışdır. Məsələni deyəndən sonra onlara gəlib Ağalının ortasında yerləşən “Çinar” restoran tərəfində görüşüb söhbət etmələrini bildirmişlər. Orda gördükləri yerdə şəkillər var, həmin şəkilləri təqdim etmişdir. Soruşduqda şifahi olaraq buranın iştirakçısı o, amma onlara heç bir sənədə imza etməyəcəkləri barədə tapşırıq verilməsini bildirmişlər. Aktın özünü tərtib etməmişdən qabaq araşdırmağa başlamış, axşama qədər 13 noyabr, 14 noyabr və 15 noyabr səhər saat 11-12-yə qədər Şəxs MMC-nə dəfələrlə zəng etmişlər, konkret olaraq bu ünvan onlara deyilmiş, ünvana məktub göndərilmiş, məktuba cavab olaraq isə həmin yerdə işləmədiklərini yazaraq, sənədləri geri qaytarmışlar. Yerin təkinin pozulması dörd yerdə olmuş, dərinliyini, enini və uzunluğunu qeyd etmişlər. Bir maşından ibarət torpağın götürülməsi olanda artıq pozuntuya düşür. Miqdar və hədd qoyulmamış, 9-10-20000 kub daşınan məhsula görə cinayət məsuliyyəti yoxdur. Amma təbiətə, ağaca görə vurulmuş ziyan 1000 manatı keçəndə mütləq onlar onu prokrorluğa göndərməlidirlər. 61000-nin hesablanma qaydası var 0x7 vurub azaltmışlar.300-ə yaxın ev tikilmiş, hamısının həyətyanı sahələri və yol qıraqları torpaqlanmışdır. Şəxs MMC-ti bunu hardan almış, heç bir sənəd göstərilmir. Əgər torpaq daşımırlarsa nəyə görə məktubda yazırlar ki, bundan sonrada kömək göstərilməsini xahiş edirlər. Məktub Prezident aparatının nümayəndəliyinə göndərilmiş, onlar da, onların nazirliyinə müraciət etmiş, indiyə qədər də heç bir cavab, icazə yoxdur və icazəsiz istifadə etmişlər. "xxxx" MMC ilə Şəxs MMC arasında olan müqaviləyə əsasən Şəxs MMC (sifarişçi) nəqliyyat vasitələrini (texnika) sifariş verir, "xxxx" MMC (icraçı) isə ancaq nəqliyyat vasitələrini və texnikaları sifarişçiyə təqdim edir. Sifarişçi təşkilat icraçı təşkilatın yol verdiyi hüquq pozuntusuna və yol nəqliyyat hadisəsinə görə məsuliyyət daşımır. Torpaqları daşıyan sifariş əsasında "xxxx" MMC şirkətidir. Müqavilə ümumi yazılır, maşınların siyahıları qeyd olunur, 27 səhivəlik müqavilədir. Şəxs MMC hüququ şəxsdir. Onun nəyi nə vaxt daşıdığı müqavilədə yoxdur. Müqavilədə ancaq vəsaitlər göstərilir. Maşınları “AS İnşaat» MMC-nə təqdim edirlər. “AS İnşaat» MMC dövlət ekologiya agentliyində ekspertiza verilmiş rəydə açıq-aydın göstərilir ki, “AS İnşaat» inşaata başladıqları torpaq sahəsinin torpağını, qıraqda ehtiyyat bazasını saxlayıb sonra ondan istifadə edir. Kamazı torpaq yığılan zaman tutumuş və torpağın hara gedəcəyini yerində müəyyən etmişlər. Bir maşın deyil, bir neçə maşın olmuşdur. Noyabrın ayının 10da fakt aşkarlanmışdır. Azad Bağırlı ilə əlaqə saxlamaqları mümkün olmamışdır. İdarə rəhbəri ilə əlaqə saxlamış, akt tərtib olunandan sonra Şəxs MMC prezident aparatının nümayəndəliyinə məktub göndərilmişdir. Cənab nazirədə məktub göndərmişlər. 15 noyabrda hadisədən sonra həmin gün iki yerə məhkəməyə və iddia şəklində Azad Bağırlıya məktub hazırlanmışdır. Məktubu, birdə məktubun çatmasına dair xəbərnamə məhkəmənin elektron poçtuna göndərmişlər. 30 noyabrda göndərdikləri məktub 04 dekabrda qəbul edilmişdir. Protokol yazılana qədər tərəfə heç bir məktub göndərməmişlər. Şəxs MMC-nin işçisi Ramin müəllim onları bu gün sabah deyərək iki həftə gecikdirmiş, nazirlikdə onlara hesabtla bağlı təzyiq etmişdir. Onlar yenidən mineral xammala haralardan torpaq götürməyə icazə var deyə müraciət etmişlər. Onların məqsədləri olmuşdur ki, təşkilat konkret şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələblərini yerinə yetirsinlər. Onları da, bu sənədləşməni aparmağa təhrik edənlər Əmlak Komitəsinin işçiləri və Şəhər Salmanın işçiləri olmuşdur. Şəxs MMC-nin nümayəndələri həmin faktın olmadığını sübut etməyə çalışır. Lakin məhkəməyə təqdim olunmuş flaşkartda olan videonu arxitekturanın nümayəndəsi Həsən müəllimə Şadman adlı şəxs çəkib göndərmişdir. Şadman adlı şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında X8 və Şəhərsalma İdarəsində işləyir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında X8 və Şəhərsalma İdarəsininin məlumat verməyə səlahiyyəti var, dayandırmağa, protokol yazmağa amma onlar nəyə görəsə protokol yazmırlar çəkib onlara göndərirlər. Arxitekturanın nümayəndəsinin ona göndərdiyi video görüntüdə torpaq daşınması var. Videodada görünür ki, 90 AJ-389 markalı maşın «AS Nəqliyyat”ın maşınıdır. Ora Rəbənd kəndidir, videoda çəkilən evlərin hər birinin sahibi tanınır. "xxxx"-ın maşınlarının vasitəsi ilə Şəxs MMC-nə maşın daşınır. Onlara verilən məlumata görə orda 7-8 maşın olmuş, nümayəndə oraya gəlib işi dayandırandan sonra çəkiliş etmişdir. Bütün kənddəki evlər görüntüdə Rəbənd kəndində olmasının sübutudur. Videonu çəkib göndərən şəxsin adı Şadmandır.Torpağı "xxxx"-ın maşınları Şəxs MMC-nin ərazisinə daşıyır. 15 noyabr 2023cü il tarixli akt və protokol əsasında Zəngilan rayonu, Rəbənd kəndi ərazisində qanunsuz torpaq daşınması faktı Şəxs qrupu tərəfindən həyata keçirilmiş və bu fakt olaraq Şəxs-la” "xxxx" arasında olan müqavilə əsasında Şəxs-ın” sahələrinə, obyektlərinə torpaq daşınması faktıdır. Əvvəldən təqdim olunan şəkillər və sonradan təqdim olunan video çəkilşdə öz əksini tapmış və bu hal İXM-nin 228-ci maddəsinə uyğun gəldiyinə görə və onların müraciət etdikləri heç bir məsul şəxs təqsirini boynuna almadığına görə faktiki hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini onlar nəzərə almışlar. Görülən işlərin hamısı Kənd Təssərüfatı Nazirliyinin sifarişi əsasında “AS İnşaat “ MMC-nin icra etdiyi obyektlərdə olmuşdur. Dövlət rəhbəri tərəfindən təbiətə toxunmamaq mesajı dəfələrlə verilmişdir. Onların hüquqi şəxs barəsində inzibati qərar qəbul etmək səlahiyyətləri olmadığına görə İXM-nin 18.5-ci maddəsinə əsasən araşdırma aparılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərmişlər. Məhkəmədən isə öz qərarını çıxarmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “AS İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil Etibar oğlu izahatında bildirmişdir ki, hüquqi şəxs olaraq ittiham olunduqları İXM-nin 228-ci maddə ilə tərtib olunan protokol və akt qanunsuzdur. 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi onları İXM-nin 228-ci maddəsi ilə ittiham edir. Lisenziyada icazə olmadan torpağın daşınmasının faktı var və bunun hüquq pozuntusu olması bu hüquq pozuntusunun İXM-nin tələb etdiyi qaydada inzibati xəta pozuntusu olması, aşkar edilməsi kim tərəfindən həyata keçirilməsi mühüm sübut edilməli hallardan biridir. “ AS İnşaata”-da bu məsələni iki faktla bağlamağa cəhd edirlər. Birinci Şəxs MMC-nin həmin Ağalı kəndi ərazisində fəaliyyət göstərməsi, Ramin Qulamov adlı nümayəndənin ora gəlməsi ilə bağlı “AS İnşaat»-la əlaqə saxlamış və belə bir əməkdaşları olmasını bildirmişlər. Pozuntuyla əlaqədar həmin şəxsin rolunun nə olmasını soruşmuş və ona bildirmişdir ki, həmin günü "xxxx"-nın işarələri olan nəqliyyat texnikalarını ekologiyanın əməkdaşları saxlamış, onlara telefon zəngi gedəndən sonra, o hadisə yerinə gəlmiş, sadəcə nə baş verdiyini öyrənmək məqsədi ilə iştirak etmişdir. Verdiyi izahat aktda göstərildiyi kimi olmamışdır. Sadəcə həmin vaxt Ramin Qulamov nə baş verdiyini öyrənməyə gəlmiş və Bəhruz adında şəxsdən soruşmuş və bildirmişlər ki, idarənin əməkdaşları torpağın daşımasını qadağan etmişlər. Sonra məlum olmuşdur ki, inzibati xəta iki formada rəsmiləşdirilmişdir. Zərurət olduqda inzibati araşdırma aparmaq İXM-nin 102-ci maddəsi ilə, birdə zərurət olmadıqda fakt aşkar edildikdən sonra qarşı tərəfin verdiyi çıxışlar onun verdiyi şifahi mülahizələridir. Şəxs şirkətin “AS Nəqliyyat “-la müqaviləsi var. Onların xidməti müqavilədə torpaq daşınması nəzərdə tutulmamışdır. Onların orda çox saylı işləri var. İnzibati araşdırma aparılması zəruri olan bir vəziyyətdə 24 saat ərzində inzibati protokolun tərtib edilməsi qanuni deyildir. Şəxs-ın nümayəndəsi dəvət olunmalı idi. Araşdırma tamamilə formal aparılmışdır. “AS İnşaatın” əleyhinə olan heç bir dəqiq möhtəbər, inkar olunmaz sübut yoxdur. Hazırki inzibati xətada Şəxs təqsirləndirilə bilməz. Torpaq daşınmasına zərurət varmı, bəli Şəxs bu cür torpaq daşınmalarına ehtiyacı yaranmış, amma bunu qanunvericilik hüquq normalarına uyğun həyata keçirilir. Çünki onların bu məsələnin həyata keçirilməsi üçün 2-3 ay bundan qabaq torpaq daşıması, yol yataqlarının bərkidilməsi üçün ehtiyacları olmuşdur. Hal-hazırda yeni idarəetmə struktur qaydalarına görə həmin ərazidə bütün sahibkarlıq fəaliyyətinin subyektlərinin fəaliyyətinə dair məsələ birbaşa olaraq xüsusi nümayəndəlik vasitəsi ilə, daşıma ilə bağlı Zəngilan və Qubadlı zonası üzrə onlar həmin quruma müraciət etmişlər və 16 noyabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X22 X3 tərəfindən daşımaların aparılmasına icazə alınmışdır. Qanunsuz torpağın daşınmasına dair yol vərəqəsi "xxxx"-ın verdiyi yol vərəqəsi ilə daşınmışdırsa, qanunsuzluq “AS İnşaata” aid deyil, yol vərəqəsini verən quruma aiddir. Müqavilə ilə tanış deyildir. Onların maşınlar yükün daşınmasını müqaviləyə uyğun aparırlar. Onun əsasında hansı yük daşınacaqsa layihənin adı qeyd olunur və o gün üzrə kordinatlar təyin olunur. "xxxx" onlara avtomombil təqdim etmir, hər şeyi "xxxx" özünə məxsus avtonəqliyyatla həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertinin rəyinin onlarda olmasından məlumatsızdır. Yol vərəqəsini “AS Nəqliyyat» verir. Onlar sadəcə olaraq nə qədər yükün daşınacağına dair onlara kilometrlə, kubla daşınmış yükə görə onlara hesab verirlər. Onlar yük daşımalarına sifariş verir, birdə yükün həcmini müəyyən edib hansı nəqliyyat vasitəsi ilə daşınmalıdır onu müəyyən edirlər. Onlara daşınan qum, çınqıl və yaxud nə daşıyacaqları barədə məlumat verirlər. Onlar müqavilə əsasında sifariş verirlər. Onlar sifarişlərində həcmini müəyyən edirlər, qalan məsələləri "xxxx" müəyyən edir və sifariş əsasında torpaq sahəsini və yol vərəqəsini verirlər. Onlar bildirirlər ki, Ağalı kəndində nə qədər qum, çınqıl lazımdırsa artıq onu hardan necə daşıyacağını “AS Nəqliyyat» müəyyən edir. Onlar yekunda həcmə, sifarişə verilən uyğunluğu müəyyən edirlər, ola bilər ki, o torpağı onların ehtiyacları olan azad olmuş ərazidən yox, başqa bir ərazidən gətirsinlər. Onların ehtiyaclarını daşımaq üçün onlara qazma nəqliyyat vasitəsi lazımdır. Torpaq sahəsinin götürülməsinə "xxxx" cavabdehdir, çünki icraçı və daşıyıcı odur. Onlardakı müqavilədə, nədə müqaviləyə əlavələrdə müqavilə çərçivə müqaviləsidir, Müqaviləyə əlavələrsə konkret ehtiyacları üçün tərtib olunan əlavələrdir. Heç bir halda göstərilmir ki, layihə icraçısı kimin nə torpaq gətirdiyini deyə bilsin. Onlara gətirilən torpağın hara tökülməsini deyə bilərlər. Müqavilədə göstərilmişdir ki, 33-40 markalı maşın bir ay onlara xidmət edəcək və ona 5000 manat pul veriləcəkdir. Onlar tərəfdən torpaqla bağlı “AS Nəqliyyat»-a yer göstərilir deyəndə ki, heç bir halda Şəxs nə müqavilə üzrə, nədə faktiki olaraq onun seçim müəyyən etməkdə hüququ yoxdur. Şəxs-a ehtiyacı olan torpaq, çınqıl lazımdır. "xxxx" mümükündür ki, onların ehtiyaclarını işğal olunmuş ərazidən yox, kənardan gətirsin. «AS İnşaat”-ın ittiham olunduğu maddə üzrə inzibati xətanı törətməsinə dair heç bir sübut yoxdur. Dövlət qurumu inzibati araşdırma aparmadan protokol tərtib etmişdir. «AS İnşaat” və "xxxx" arasında müqavilə xidmətləri varsa qüvvəsindədir. Münbit torpaq olmasını onlar müəyyən etmirlər. Onlar dövlətin qarşısında podratçıdırlar, “AS Nəqliyyat» isə onların qarşısında icraçıdır. Onlar inzibati xəta hadisəsinin olmasına inkar etməmişlər. İnzibati xəta varsa təqsirli şəxslər müəyyən olmalıdır. Nümayəndənin nəzərinə çatdırır ki, inzibati xəta deyərkən törətmiş şəxs, təqsir, obyektiv və subyektiv cəhəd başa düşülür. Qanunçuluq prinsipi deyir ki, inzibati xətaya görə inzibati tənbeh bu məcəlləyə uyğun olaraq tətbiq edilir .Təqsirsizlik prezumpsiyası onlar bütün proseslər zamanı təqsirsiz olduqlarını sübut etmək üçün bəzən məhkəmə, bəzən nümayəndə, bəzən də şahidlə gərgin anlar yaşamışlar. İXM-nin 53-cü maddəsində inzibati xətanı istisna edən halları sadalamışlar. Onlar ittiham olunan tərəf olaraq hesab edirlər ki, tərtib olunmuş protokolla inzibati xəta tərkibi yoxdur. Şəxs heç bir halda torpaq daşınması həyata keçirməmiş, bununla bağlı hər hansı yazılı göstəriş verilməmişdir. Müəyyən telefon danışıqlarının olması heç bir halda sübut kimi sayıla bilməz. Onların gərgin keçən yeddi prosesləri İXM-nin 102-ci maddəsinə X9 Nazirliyi riayət etsəydi proseslər bu qədər uzun çəkməzdi. İXM-nin 101-ci maddəsində protokolun tərtib olunması var, dərhal və işin hallarının, eləcə də, barəsində inzibati iş aparılan əlavə məlumatların araşdırılması tələb olunduğu halda. Bütün proses boyu nümayəndə inzibati xəta hadisəsini nə vaxt aşkar olunduğuna dair heç bir dəqiq cavab verə bilməmişdir. Hesab edir ki, protokol düzgün tətbiq olunmamışdır. Tərtib olunan protokol tələsik və formal olmuşdur. Torpaq daşınması "xxxx" tərəfindən həyata keçirilmişdir. Bütün proses boyu onların vacib vəsatətləri nəzərə alınmamışdır. Məhkəmə onların əleyhinə bilə-bilə qanunsuz qərar çıxararsa, hökm çıxaran hakim barəsində məsuliyyətin olduğuna dair maddəni xatırlatmaq istəyir. Bu maddə ilə ölkə ictimaiyyətinədə cinayət işi açılan hakimdə olmuşdur. Bilə-bilə hər şey ortada ola-ola “AS İnşaat“-ın heç bir hüquq pozuntusuna yol verməməsi, əgər “AS İnşaata” qarşı bu günkü yekun nəticədə tənbeh tədbiri tətbiq ediləcəksə onlar bu barədə gərəkən addımları atacaqlar. Məhkəmədən xahişi isə protokolun təmin olunmaması, başlanmış inzibati iş üzrə icraata xitam verilməsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, tərəfləri bu işlə bağlı tanıyır. "xxxx" hüquqi şirkətdir. Onların işləri texnikaların təmirindən ibarətdir. Məhsul şəxs odur. Yol vərəqəsini verərkən kimin harda nə daşıyacaqlarına məlumatlı olmurlar. 15 noyabr 2023-cü ildə yol vərəqəsi verilmişdir. 13-15 noyabr tarixində torpaq daşınmasını müəyyən edib operator, yəni ekskavator işlədən zəng vuraraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən nümayəndə gəlməsini bildirmiş, o, da getmiş, Ramin müəllimin nömrəsini vermiş və torpaq daşımaq olmaz demişlər. Ekologiyanın nümayəndəsi ilə telefonda danışıq olmuşdur. Ramin müəllimin nömrəsini ekologiya nümayəndəliyinə verməkdə məqsəd o, olmuşdur ki, o, rəhbərliklə tez əlaqə saxlaya və məlumat verə bilir. Sonradan nə olması barədə hər hansı bir məlumatı olmamışdır. Həmin günü neçə maşın aparmışlar, onun qeydiyyatını aparmamışdır. Onlar tək torpaq deyil, qumda daşıyırlar. Onlar hər yerdən torpaq daşıya bilərlər. Onlar tək Şəxs-la deyil, başqa şirkətlərlə də işləyirlər. Onlar sifarişlə tək işğaldan azad olmuş bölgələrdə deyil, başqa bölgələrdə işləyirlər. Ekologiyanın nümayəndəliyi gələndə onlar heç bir torpaq daşımamışlar. Ekskavator həmin vaxt maşını torpaqla doldurmamışdır. Aktın tərtibində o, iştirak etməmişdir. Yalnız bu işlə bağlı ekologiyanın nümayəndəsi ilə telefonda danışmışlar. Sifarişi icra texnikalarını təmirdən çıxarıb istifadəyə verirlər. Maşınları sifarişçiyə o, göndərir. Onlar sadəcə maşını verirlər və ünvan dedikləri yerə aparırlar. Onlar yol vərəqəsini aylıq verirlər. Onlara nə qədər torpaq daşınacağı deyilmir. Yol vərəqəsində hara getməkləri göstərilmir. Yol vərəqəsi polisə təqdim etməkdən ötrü verilir. İşçi olaraq maşının hara çıxdığını bilmir, onu başqa məsul şəxslər bilir. İşçinin necə iş gördüyünü onlar izləmirlər, bilən məsul şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, tərəfləri bu işdən tanımışdır. Bu işlə bağlı onların şirkətdə baş verən bütün işlərdən məlumatlıdır. Nəqliyyat üzrə mütəxəssis ona zəng etmişdir ki, onların işçilərini saxlamışlar. "xxxx" onların törəmə şirkətləridir. "xxxx"-la Şəxs arasında müqavilənin olub-olmaması barədə məlumatı yoxdur. O, sifarişi vermir, sifarişi tikinti müdürü, layihə rəhbəri verir. Akt tərtib olunanda orda olmamışdır. Ona akt tərtib olunmasını demişlər, o isə bu işlə bağlı səlahiyyətli şəxs deyil demiş və imza etməkdən imtina etmişdir. Sərəncamı torpağın daşınmasına aidiyyəti olan şəxs verir. O, təhlükəsizlik xidmətinin rəisidir. Onlardan fərqli olaraq o, heç bir telefon yazısı qeyd etməmişdir. Səlahiyyətini aşan məsələ olanda rəhbərliyə məlumat verir. O, Şəxs-ın işçisidir. O, hər-hansı bir işlə bağlı problem olanda Şəxs-ın rəhbəri Azad Bağırlıya bildirir. Faktı Bəhruz vasitəsilə aşkar etmişdir. Şəxs-ın torpaq daşımasından məlumatı yoxdur. Ümumi olaraq bilir ki, Ağalı layihəsi üzrə torpaq daşınması var. "xxxx" hər yerə daşınmalar edir. Aktı imza etməməsinin səbəbi odur ki, akt ona yazılı şəkildə deyil, şifahi olaraq bildirilmişdir. Ona aktın tərtib olunacağını telefonla məlumat vermişlər, etiraz etmiş və rəhbərliyə məlumat verilməsini bildirmişdir. Ona akt barədə şifahi bildirilmişdir. O, rəhbərliyə akt barədə məlumat verməmiş, ekologiyanın nümayəndəliyinə özlərinin bildirməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini vəzifəsində işləyən X19 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Bu iş üzrə şəhərsalma nümayəndəliyindən onlara Şəxs-la bağlı məlumat daxil olmuşdur. Məlumat əsasında sözü gedən əraziyə baxış keçirən zaman "xxxx"-ın texnikaları vasitəsilə ərazidən torpaq qazılaraq daşınması faktını müəyyən etmişlər. Həmin ərazidə işləyən sürücülərlə danışıq zamanı rəhbərinin Bəhruz müəllim olması bildirilmişdir. Onlar Bəhruz müəllimi həmin əraziyə dəvət edərək görüşmuş, sonra Bəhruz müəllim Ramin müəllimin tapşırığı əsasında Ağalıda evlərin həyətindən torpaq daşıdığını bildirmişdir. Ramin müəllimlə danışıq apararkən ona göstərişin bu olduğunu və torpağın həmin ərazilərə daşınacağının zəruri olduğunu bildirmişlər. Lakin hər-hansı bir icazənin olub-olmamasından məlumatsız olduğunu bildirmişdir. Ancaq ona icazə var ki, həmin əraziyə torpaq daşınmalıdır. Akt noyabr ayında tərtib olunmuş, vaxtı dəqiq yadında deyildir. O, əraziyə gələndə proses gedirdi. Ona sürücülər bildirmişdir ki, onların rəhbəri Bəhruz müəllimdir və Bəhruz müəllimdə Ramin müəllimin tapşırığı əsasında torpaq daşınmasını etdiklərini bildirmişdir. Ramin müəllimdə torpaq daşınmasını dövlət proqramı əsasında etdiklərini bildirmişdir. İcazələri yoxdur. Yoxlama aparanda aktı onların əməkdaşlar tərtib etmişdir. Akt tərtib ediləndə o, olmamışdır, sadəcə olaraq prosesin gedişatında iştirak etdiyi üçün iş barədə məlumatlıdır. Şirkətin rəhbəri ilə aktı tərtib edən Möhübbət müəllim əlaqə saxlamışlar. «AS Nəqliyyat” Şəxs üçün qazma və daşınmanı həyata keçirir. Ekskavator "xxxx"-ın olmuşdur. Şəxs-ın rəhbərliyi Bakı şəhərindədir. Araşdırmanı Möhübbət müəllim davam etdirmişdir. Regional idarədə rəis bir nəfər Vüsal İbrahimovdur. Noyabr ayının ortaları idi şəhərsalmanın nümayəndəliyi bildirmişdir ki, ərazidən torpaq daşınır. O, Laçında olmuş, məlumatı alandan sonra əraziyə gəlmişdir. Akt tərtib olmamışdan öncə əraziyə gəlib baxmışdır. Ona məlumat verən şəxs Şadman olmuşdur. Torpaq daşınması barədə ilk onun məlumatı olmuş, sonra həmin gün rəhbərliyə Vüsal müəllimə telefonla məlumat vermişdir. Xidməti məruzə səlahiyyəti var. Sistem vasitəsilə ona məlumat daxil olmamışdır. Şifahi məlumat daxil olanda yerində araşdırmaya başlayırlar. Onun Laçın rayonunda işi rəsmiyyətə salmağa sistemi olmamışdır. Dövlət orqanının gmaili idarədədir. Araşdırmanı davam etdirmiş və sənədləşdirmişlər. Ərazidə aktı tərtib edən orqan olmuşdur. O, sistemə idarədə baxa bilir. İdarədə təxmini sənədləşmə aparandan sonra növbəti həftə olmuşdur. Akt tərtib olunur, rəhbərin adına (idarə rəisinin) yüklənir. Bəhruz müəllim göstərişin Ramin müəllimin verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 2021-ci ilin may ayından Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında X8 və Şəhərsalma İdarəsində Şərqi Zəngəzur üzrə aparıcı məsləhətçi vəzifəsində işlədiyini bildirərək ifadəsində göstərmişdir ki, o, kəndin yaxınlığından keçəndə nəqliyyatların işlədiyini, yaxınlaşanda dağıdılmış kəndin ərazsinin bərbad hala salmalarını görmüşdür. Ərazidə nümayəndələr olmamışdır, sürücülər olmuşdur. Ekskavator sürücülərindən məlumat almışdır ki, maşınlar “AS” Qrupun maşınlarıdır. Yaxınlaşıb məlumat alanda Ağalı kəndinə torpaq daşıdıqlarını bildirmişlər. Texnikanın “AS İnşaat»-a aid olmasını Razi müəllim bildirmişdir. Ümumilkdə "xxxx" şirkətini bilir, “AS Nəqliyyat»-da“ ”AS İnşaat”-da” ona aid olduğunu bilir. O, ad olaraq dəqiq “AS Qrupu” bilir ki, "xxxx"-da ”AS İnşaat”-a torpaq daşıyırlar. Ağalı kəndinin tikintisində Şəxs çalışır. O, evakuator sürücüsü və yükləri daşıyan sürücülərlə danışmış, sonra o, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən Həsən müəllimə məlumat vermişdir. İşlər dayanandan sonra görüntüləri çəkib Həsən müəllimə göndərmişdir. O, icazənin olubolmamasını aydınlaşdırmaq istədiyi üçün çəkilişi Həsən müəllimə göndərmişdir. Bu hadisə noyabr ayında olmuş, amma hansı gün olduğunu xatırlamır. Vəzifə öhdəliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə verilən sərəncamla qanunsuz tikintilərə nəzarət, torpaq ayırma, tikinti sənədləşməsi, faydalı qazıntılara nəzarətdir. O, Həsən müəllimlə əlaqə saxlamış, icazənin olub-olmaması ilə bağlı sonra işi dayandırıb video çəkiliş etmişdir. O, maşının ərazidən çıxıb torpağı aparmasını görmüşdür. O, orda ekskavatorun və yük daşıyan texnikanın üzərində "xxxx"-ın nişanı olan yazını görmüşdür. Hadisəni aşkar etdiyi vaxtda Həsən müəllimlə əlaqə saxlayanda günün ikinci yarısı olmuşdur. Noyabr ayında olmuş, amma günü yadında deyildir. O, təkrar olaraq deyir ki, video görüntünü sübut kimi çəkməmiş, icazənin olub-olmaması ilə bağlı çəkmişdir. O, həmin video görüntünü Həsən müəllimə vatsap vasitəsilə göndərmişdir. Hal-hazırda vatsapdan istifadə etsə də, Həsən müəllimə videonu göndərməsi ilə bağlı vatsapda yazışma qalmamış, silinmişdir. O, videoda əli ilə ərazini göstərə-göstərə çəkiliş etmişdir. Video görüntüdəki kölgə onundur. Onun telefonuda hal-hazırda həmin videonun qalıbqalmamasını indi bilmir, çünki telefonunda olan videolara gərək bir-bir baxmalıdır. O, Zəngilandan dünən gecə gəlmişdir. Bu iş üzrə video görüntü göndərməsinə görə şahid kimi dəvət olunduğunu bilir. Həqiqətəndə video çəkiliş onun tərəfindən çəkilib Həsən müəllimə göndərilmişdir. Həsən müəllimə icazənin olub-olmaması ilə bağlı danışdıqdan sonra videonu göndərmişdir. O, öz vəzifə öhdəliyi üzrə hesabatı Fərid Babayeva verir. Fərid Babayev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında X8 və Şəhərsalma İdarəsində rəisdir. O, bu iş üzrə rəisə yazılı heç bir sənəd verməmişdir. Qarabağda gedən işlərlə əlaqədar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional idarəsində hər-hansı bir akt tərtib olunmur. O, bu hadisədən sonra Möhübbət müəllimlə görüşməmişdir. Onlarda elektron sənəd dövriyəsində gmail var, sadəcə orada istifadə etməyə şərait yoxdur. O, həftənin 5 günü ərazidə olur. Tər-tərdə regionalın idarəsi var, amma onların Zəngilanda ofisləri yoxdur. Onlarda noutbook ekektron sənəd dövriyəsinə qoşulmamışdır. Hesabat cədvəlinə müəyyən kəndlərin tikintisi başladığı halda kəndlərə torpaqların ayrılması qeyd olunmuş, tikintiyə müraciət olunub-olunmayıb, sərəncamlardır, şəhərsalmanın özünə aid olan sənədlərdir. Ümumilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Torpaq ayrılması ilə olan məsələləri onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verirlər və onlar gəlib öz işlərini icra edirlər. “AS Qrupu” Ağalı kəndinin tikintisindən tanıyır. Torpağın Ağalıya daşınmasını ona AS Qrupun nümayəndəsi Razi adlı şəxs demişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını, şahidləri dinləyib, hesab edir ki, barəsində inzibati xəta haqıqnda iş üzrə icraat aparılan Şəxs Məhdud Mzsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərətib edilmiş xx.xx.2023-cü il tarixli, 82182 nömrəli aktın məzmunundan görünür ki, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli 52 nömrəli sərəncamına əsasən Zəngilan rayonu ərazisində X15 haqqında qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyəti ilə bağlı reyd kecirilmiş, reydin keçirilməsi zamanı Zəngilan rayonu, Rəbənd kəndi ərazisində kəndin içərisində keçmiş dövrə məxsus həyətyanı əraziyə məxsus xüsusi mülkiyyətdə olan, hal-hazırda tam dağılmış evlərin torpaq sahəsinin üst münbit qatının strukturunun pozularaq daşındığı aşkar edilmişdir. Aparılan araşdırma zamanı üzərində "xxxx" MMC-nin işçisi kimi özünü təqdim edən Bəhruz adlı şəxsin “A SNəqliyyat” eblemini daşıyan AŞ X 340 SL markalı ekskavatorla “** JD ***” dövlət nömrə qeydiyyat nişanlı “Mercedes AX-OR-3340” markalı yükünü özü boşaldan nəqliyyat vasitəsinə torpağın yüklənməsinə rəhbərlik etdiyi aşkara çıxmışdır. Araşdırılma zamanı həmin şəxsin əsas təşkilat olan "xxxx" MMC-nin törəmə təşkilatı Şəxs MMC-yə xidmət etdiyi məlum olmuşdur. Bəhruz yazılı izahat verməyərək sifahi şəkildə verdiyi məlumatına əsasən Şəxs MMC tərəfindən münbit torpaq və qarşıq suxurun yaxın vaxt ərzində əhalinin istifadəsinə veriləcək olan Ağalı kəndi ərazisindəki evlərin həyatyanı sahəsinə yayılmaq üçün daşındığını və daşınma üçün Şəxs MMC-nin mühafizə bölməsinin rəisi Ramin Qulamovla görüşdüyünü bildirmişdir. “DP 851” dövlət nömrə qeydiyyat nişanlı “Mitsibuşi” markalı sedan minik maşını idarə edən Ramin Qulamov şifahi şəkildə sorğularına cavab olaraq torpağın daşınmasına dair səlahiyyətli orqanlar tərəfindən heç bir icazə sənədinin olmamasını yerli nümayəndəliklə razılıq əsasında daşıdığını bildirmişdir. Torpağın üst qatının strukturunun pozulması nəticəsində korlanmasının dərhal dayandırılması və qeyribərabər vəziyyətə salınmış relyefin nizamlanması tələb edilmişdir. Korlanmış torpaq sahəsinin münbit qatı 4 yerdə dağıdılmışdır: 1) 32metr x 43 metr=1376 kv metr 2)12 metr x 30 metr= 360 kv metr 3) 69 metr x 18 metr= 1342 kv metr 4)71 metr x 15 metr =1065 kv metr olmaqla cəmi 4043 kv metr ərazidə torpaq sahəsi korlanmışdır. Həmin korlanmış ərazinin torpaq kadastr ilə münbit qatınının qalınlığını təyin etmək üçün təsdiqlənmiş metodika olmadığı üçün münbit torpağın həcmini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 iyun tarixli “695-İG” fərmanına əsasən təsdiq edilmiş Torpaq Məcəlləsinin 6-cı, 34-cü və 38-ci maddələrinin tələbləri pozulmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 12 may tarixli 421-li fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.10, 3.0.55.3.0.64 və 3.0.65-ci maddələrinə əsasən torpaq qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1999-cu il 30 dekabr tarixli 785-İG nömrəli «Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı və 12-ci maddələrin tələblərinə əməl edilməlidir. Reyd zamanı əvvəllər naməlum şəxslər tərəfindən üst münbit qatı götürülmüş sahələrdən əlavə olaraq torpağın 4 yerdən suxur qarışıq daşınması faktı da müəyyən edilmişdir. Şəxs MMC tərəfindən Ağalı kəndində istifadə olunmaq üçün daşınmış suxurların həcmi hesablanmış: 1-ci sahə üzrə 33 metr uzunluğu 22 metr eni, 2.10\5 dərinliyi olmaqla 1811 kv kub metr, 2-ci sahədə 30 metr x 12 metr x 1,3 metr= 468 kub metr,3-cü sahədə 59 metr x 12 metr x 1 metr dərinlik= 708 kv metr 4-cü sahədə 51 metr x 15 metr x 2,5 metr= 1.912,5 kv kub metr olmaqla, ümümilikdə 4900,5 kub metr qarışıq suxur daşınmışdır. Bu isə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 fevral tarixli 439-İG “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 46-cı maddəsinə uyğun olaraq yerin təkindən istifadə halıdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 101 nömrəli yerin təkindən istifadə olunmasına, onun mühafizə və istifadə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə tədbirlərin gücləndirilməsi haqqında Fərmanın tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 09 mart tarixli 119 nömrəli qərarı ilə təsdiq edlmiş normativlərə uyğun olaraq təbiətə zərər dəymişdir. Bu araşdırma zamanı "xxxx" MMC-nin nümayəndəsi Bəhruz adlı şəxs və Şəxs MMC-nin mühafizə bölməsinin rəisi Ramin Qulamov iştirak etsələr də, onlar yazılı izahat verməkdən və avtoimza çəkərək sürətlərini götürməkdən imtina etmişlər. Ramin Qulamov daşınan materialın özünün şəxsi mənafeyi üçün deyildə işlədiyi Şəxs MMC-nin mənafeyi üçün daşıdığını bildirərək, araşdırmaya şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmişdir. X10 tağşırığı ilə Şəxs MMC-nin inşa edilən Ağalı kəndində istifadə olunmaq üçün Zəngilan rayonu Rəbənd kəndi ərazisində olan 4043 kv.metr sahədən münbit torpaq qatının strukturu pozularaq daşınmış və digər sahələrdən isə müvafiq icazə olunmadan 4900,5 kv.kub metr qarışıq suxur əldə edilərək özbaşına istifadə edilmişdir. 4 oktyabr 2023-cü il tarixli 646 nömrəli Şəxs MMC-nin X18 Rayonun Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə lahiyənin tamamlanması işləri üçün yolların yataqları və kənarları, tikilmiş evlərin həyətyanı sahələrində bərkitmə və düzənləmə işlərinin aparılması ilə əlaqədar tikinti materialı qismində torpaq daşınması ehtiyac yarandığını və X11 Nazirliyinə icazə verilməsi üçün müraciət olunmasını xahiş etmişdir. X18 Rayonuna daxil olan Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə 2023-cü il 23 oktyabr ayında 1.1, 1-1-28\2-144\23 nömrəli məktubla köməklik göstərilməsi xahiş edilməsinə baxmayaraq, hal-hazirki vaxta qədər heç bir rəsmi olaraq icazə verilməmişdir. Beləliklə də, Şəxs MMC- tərəfindən icazə verilmədən torpağın daşınılması faktı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törədilməsinin nəticəsidir. Araşdırılma zamanı sübut qismində işləyən maşın və mexanizmlər tərəfindən münbit torpaq və qarışıq suxur götürülmüş yerlərin fotoşəkilləri çəkilərək akta əlavə edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Zəngilan rayonu, Rəbənd kəndində fərdi həyətyanı sahə almış ərazilərdən lisenziya və icazə olmadan yerin təkindən əldə olunmuş 4903,5 kub metr qarışıq suxur daşımışdır. İş materiallarında olan Zəngilan rayonu, Rəbənd kəndi ərazisində Şəxs MMC tərəfindən yerin təkindən qanunsuz istifadə zamanı ətraf mühitə dəymiş ziyanla bağlı hesabatdan görünür ki, cəmi dəymiş ziyan 61784,10 manat müəyyən edilmişdir. İş materiallarında olan X18 Rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 1-1-28/2- 144/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Ağıllı kənd’ layihəsi çərçivəsində kənddaxili yolların yataqları və kənarlarının, həmçinin, tikilmiş evlərin həyətyanı sahələrində bərkitmə-düzləşdirmə işlərinin aparılması ilə əlaqədar tikinti materialı qismində torpaq daşınmasına ehtiyac arandığı vurğulanmış, qeyd olunanları nəzərə alaraq, Şəxs MMC-nin məktubuna aidiyyəti üzrə baxılmasına köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ASN/X/006/21 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında xidməti müqavilə bağlanmışdır. Eyni ilə tərəflər arasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ASN/X/006/21 nömrəli xidmət müqavilələrinə 1,2,3 nömrəli əlavələrə əsasən qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respubdlikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X22 X1 X18 Rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə ünvanlanmış 3-14-19/2- 1560/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan aydın olur ki, «Ağıllı kənd” layihəsi çərçivəsində kənd daxili yolların yataqları və kənarlarına, həmçinin tikilmiş evlərin həyətyanı sahələrində bərkitmə düzləşdirmə işlərinin aparılması ilə əlaqədar Şəxs MMC tərəfindən tikinti materialı qismində torpaq daşınmasına köməklik göstərilməsinə" dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciətə X22 X2 baxılmış, bununla əlaqədar, X22 X1 və 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri tərəfindən Zəngilan rayonunun Əlibəyli kəndi ərazisində tələb olunan xammalın mövcud olduğu sahəyə baxış keçirilmiş, baxış zamanı torpaq qarışıq gil və gilcə xammalının olduğu ərazidə faydalı qazıntı yatağının balansa alınmadığı müəyyən edilmiş, bu səbəbdən ayrılmış koordinatlar daxilində 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti altında daşınmadan sonra rekultivasiya olunması şərti ilə 300 m3 həcmdə xammalın Şəxs MMC tərəfindən götürülməsinə etiraz etməmələrini və bunun nəzərə alınmasını xahiş etmişlər. İş materiallarında olan yük avtonəqliyyat üçün yol vərəqələrindən görünür ki, həmin yol vərəqələri "xxxx" tərəfindən cavabdeh olan şəxs Bəhruz Haıcyev tərəfindən verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyinin xx.xx.2023-cü il tarixli BER-22/295 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Agentliyi planlaşdırılan işlərin sosial əhəmiyyətini nəzərə alaraq, X18 Rayonunda 1 saylı Bərpa, Tikinti və idarəetmə Xidməti tərəfindən Zəngilan rayonunun Ağalı kəndi ərazisində “Ağıllı kənd'in İ fazasının İİ mərhələsinin tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədlərini aşağıdakı ekoloji tələblərə ciddi riayət edilməsi şərtilə razılaşdırır: Torpaqın üst münbit qatının sıyrılaraq götürülməsi, ekoloji tələblərə müvafiq qaydada saxlanılması, tikinti başa çatdıqdan sonra abadlaşdırma və yaşıllaşdırma işlərində istifadə olunması; İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-1704157/23 nömrəli məktubundan görünür ki, «Mercedes Benz 3340» yük markalı avtomobilin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İş materiallaırnda olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxsnə ünvanlanmış 3- 14-26/2-100/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zəngilan rayonu, Rəbənd kəndi ərazisində “AS İnşaat" MMC-yə məxsus 340SL markalı ekskavator və ** JD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə icazəsiz qazıntı işlərinin aparılaraq lisenziya və ya icazə olmadan yerin təkindən istifadə edilməsi nəticəsində “X15 Haqqında” Qanunvericiliyin və AR İXM-nin 228-ci maddəsinin tələbləri pozulmuş, gözü gedən faktla əlaqədar olaraq Şəxs MMC təqsirli bilinərək, barəsində tərtib edilmiş 2023-cü il tarixli MN ******* nömrəli protokolun nüsxəsi MMC-yə göndərilmiş, protokol və toplanmış digər sənədlər İXM-nin 18.5-ci maddəsinin tələbinə uyğun olaraq müvafiq qərar qəbul olunması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməsi bildirilmişdir. İş materiallaırnda olan «poçt göndərişinin verilməsi haqqında» xəbəranmədən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs direktoru Azad Bağırlıya ünvanlanmış məktubu xx.xx.2023-cü il tarixdə “Məməmdova” adlı şəxs tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində qeyd edilmişdir ki, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.(İXM-nin 101.1 maddəsi)İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. .(İXM-nin 101.2 maddəsi) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli sərəncamına əsasən Zəngilan rayon ərazsində X15 haqqında qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı reyd keçirilmiş, reyd zamanı Şəxsnə məxsus 340SL markalı ekskavator və ** JD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə icazəsiz qazıntı işlərinin aparılaraq lisenziya və ya icazə olmadan yerin təkindən istifadə edilməsi nəticəsində “X15 Haqqında” Qanunvericiliyin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Faktla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılaraq hüquqi şəxs Şəxs barəsində akt tərtib olunmuş və akt əsasında Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi ilə bağlı 15 noyabr 2023-cü il tarixində inzibati protokol tərtib olunaraq baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin bildirdiyinə görə və 15 noyabr 2023-cü il tarixlı inzibati aktdan göründüyü kimi, Zəngilan rayonunun Rəbənd kəndi ərazisində kəndin içərisində keçmiş dövrə məxsus həyətyanı əraziyə məxsus xüsusi mülkiyyətdə olan, hal-hazırda tam dağılmış evlərin torpaq sahəsinin üst münbit qatının strukturunun pozularaq daşındığı aşkar edilmişdir. Aparılan araşdırma zamanı üzərində "xxxx" emblemini daşıyan AŞ X 340 SL markalı ekskavatorla “** JD ***” dövlət qeydiyyat nişanlı “Mercedes AX-OR-3340” markalı yükünü özü boşaldan nəqliyyat vasitəsinin torpağın yüklənməsinə "xxxx" MMC-nin əməkdaşı X16 rəhbərlik etməsi məlum olmuşdur. X16 ilə söhbət aparıldığı zaman yazılı izahat verməyərək sifahi şəkildə daşınmaların Şəxs MMC tərəfindən münbit torpaq və qarşıq suxurun yaxın vaxt ərzində əhalinin istifadəsinə veriləcək olan Ağalı kəndi ərazisindəki evlərin həyatyanı sahəsinə yayılmaq üçün daşındığını və daşınma üçün rəhbərliyi Şəxs MMC-nin mühafizə bölməsinin rəisi Ramin Qulamovun olmasını bildirmişdir. Ramin Qulamov da şifahi şəkildə torpağın daşınmasına dair səlahiyyətli orqanlar tərəfindən heç bir icazə sənədinin olmamasını, yerli nümayəndəliklə razılıq əsasında daşındığını bildirmişdir.Torpağın üst qatının strukturunun pozulması nəticəsində korlanmasının dərhal dayandırılması və qeyri-bərabər vəziyyətə salınmış relyefin nizamlanması tələb edilmişdir. Zəngilan rayonu Rəbənd kəndi ərazisində olan 4043 kv metr sahədən münbit torpaq qatının strukturu pozularaq daşınmış və digər sahələrdən isə müvafiq icazə olunmadan 4900,5 kv. kub metr qarışıq suxur əldə edilərək özbaşına istifadə edilmişdir ki, nəticədə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “AS İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil Etibar oğlu hüquqi şəxs olaraq ittiham olunduqları İXM-nin 228-ci maddə ilə tərtib olunan protokol və aktın qanunsuz olduğunu, protokolun araşdırma aparılmadan tərtib olunduğunu,“AS İnşaat» MMC-nin torpaq və digər materialların daşınması ilə məşğul olmadığını, "xxxx" MMC ilə aralarında olan müqaviləyə əsasən bütün matarialların daşınmasını sifarış əsasında "xxxx" MMC-nin yerinə yetirdiyini, şəkildə göstərilən nəqliyyat vasitələrinin “AS İnşaat» MMC-yə aid olmadığını, həmin nəqliyyat vasitələri ilə daşınan daşınmalarda “AS İnşaat» MMC tərəfindən göstəriş verilmədiyini müxtəlif usullarla sübuta yetirməyə çalışsa da, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi faktı məhkəmə araşdırılması zamanı tam sübuta yetmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq tərtib edilmişdir ki, hadisənin baş verdiyi yerinə baxılıb apaşdırma aparıldığı zamanı “AS İnşaat» MMC-nin əməkdaşı xidmət rəisi, təhlükəsizlik xidmətinin rəisi X21 məhkəmə iclasında ifadəsində Ekologiyanın nümayəndələri akt tərtib olunacağını bildirəndə onun akta imzalamaq səlahiyyətinin olmadığını əsas gətirərək aktı imzalamayacağını bildirmişdir. Şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini vəzifəsində işləyən X19 ifadəsində bildirmişdir ki, sözü gedən ərazidə baxış keçirilərkən ərazidə işləyən sürücülərlə danışıq zamanı rəhbərin Bəhruz müəllim olduğu bildirilmişdir, sonra Bəhruz müəllim də Ramin müəllimin tapşırığı əsasında Ağalıda evlərin həyətindən torpaq daşıdığını bildirmişdir. Şahiq qismində dindirilmiş X13 da ifadəsində, kəndin yaxınlığından keçəndə dağılmış kəndin ərazisinin bərbad hala salındığını, ərazidə nümayəndələrin olmadığını, yalnız sürücülərin olduğunu, ekskavator sürücülərindən maşınların “AS Qrupun” maşınları olduğunu və Ağalı kəndinə torpaq daşıdıqlarını, Ağalı kəndinin tikintisində “AS İnşaat»-ın çalışdığını, "xxxx"-ın Şəxs-a torpaq daşıdığını bildirmiş, bu da onu göstərir ki, ŞəxsMMC "xxxx" MMC-nin nəqliyyat vasitələri və texnikaları ilə Zəngilan rayonunun Rəbənd kəndi ərazisində dağılmış evlərin torpaq sahəsində icazəsi olmadan yerin təkindən istifadə etmişdir. Məhkəmə araşdırılması zamanı X13 tərəfindən mobil telefonuna çəkilib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini X14 vatsapla göndərilmiş video görüntüyə baxış keçirilmiş, video görüntüdə Zəngilan rayonu Rəbən kəndi ərazinində qazılmış torpaq sahəsi, "xxxx" loqitipi olan ** AJ *** dövlət geydiyyat nişanlı “Mersedes” markalı özüboşaldan və sarı rəngdə “Hyundai” markalı ekskavatorun dayandığı görünür. Eyni zamanda məhkəmə onu da qeyd edir ki,“AS İnşaat» MMC-nin torpaq və digər materialların daşınması ilə məşğul olmadığı, "xxxx" MMC ilə aralarında olan müqaviləyə əsasən bütün matarialların daşınmasını sifarış əsasında "xxxx" MMC-nin yerinə yetirildiyini bildirsə də, şahid qismində dindirilmiş "xxxx" MMC-nin əməkdaşı sahə kordinatoru vəzifəsində işləyən X16 ifadəsində sifarişçiyə maşınları və texnikaları aylıq verildiyini, yol vərəqəsini özü tərtib etdiyini və "xxxx" MMC-nin yalnız sifarişçiləri nəqliyyat və texnikalarla təmin etdiklərini, onların özbaşına gedib haradansa torpaq və sair materialların daşıması səlahiyyətinin olmadığını, torpağın, materialların haradan alınmasını sifarişçinin özü tərəfindən sürücülərə göstəriş verildiyini bildirmişdir. Eyni zamanda, "xxxx" MMC ilə ŞəxsMMC aralarında bağlanmış və hal-hazıda da qüvvədə olan xx.xx.2021-ci il tarixlı ASN/X/006/21 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən "xxxx" MMC sifarişçinin sifarişilərinə əsasən nəqliyyat vasitələri(texnika) ilə Zəngilan rayonu ərazisində “Smart village” lahiyəsində xidmət göstərməyi, sifarişçi isə xidməti qəbul edib, bu Müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə icraçıya ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqaviləyə edilmiş 1,2,3,4,5,6 nömrəli əlavələrə əsasən isə "xxxx" MMC-nin sifarişçiyə hansı texnikaların təqdim edilməsi və qiymətləri barədə razılaşdırma protokolu imzalanmışdır. Göründüyü kimi nə müqavilədə, nədə müqaviləyə edilmiş əlavələrdə "xxxx" MMC tərəfindən hər hansı bir torpaq, qum, çinqıl və s. materialların "xxxx" MMC tərəfindən sifarişçiyə daşınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını nəzərə alıb hesab edir ki, «AS İnşaat” Məhdud Msuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-1/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-1/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver