Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-10/2023 13.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında məskunlaşmış Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoladan görünur ki, Şəxs 04 aprel 2023-cü il tarixində şəxsi istehlak miqdarından artıq olmayan 2.156 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X5 izahatında bildirmişdir ki, göründüyü kimi Şəxs tərəfindən törədilmiş əməllə bağlı Zəngilan rayon təhqiqat qrupu tərəfindən əməliyyat aparılmış, 11 aprel 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə inzibatı xəta haqqında tədbir görülməsi üçün qərarın surəti onlara göndərilmişdir. Zəruri sənədlər toplandıqdan sonra şəxs öz əməlini səmimi etiraf etmiş, ekspertizanın rəyindən də göründüyü kimi şəxsi istehlak miqdarından artıq miqdarda deyil, az olaraq yəni 2.156 qram qurudulmuş marixuananı üzərində saxlamış və daşımışdır. Əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 3-cü dərəcə əlil olması, özünün xəstə olması, himayəsində azyaşlı əlil körpəsinin olması barədə sənədlər təqdim edilmişdir. Hal-hazırda şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokol əsasında tərtib edilmiş qərardadı Zəngilan Rayon Məhkəməsinə göndərmişlər. Təqsirlənirən şəxs izahatı alınarkən bildirmişdir ki, onun əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olmuş, cəzasını şəkib azadlığa çıxmışdır. Ondan sonra mütəmadi olmasa da, arada bir ağrılarına görə qurudulmuş marixuanadan istifadə etmişdir. Şəxsin dediyinə görə narkotik vasitəni yerdən tapmışdır. Şəxs narkotik vasitəni üzərində saxlayarkən Zəngilan rayon polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilmişdir. Şöbədə olarkən şəxsin üzərində axtarış müdafiəçinin iştirakı ilə olmuş və onun üzərindən həmin marixuana aşkar edilərək götürülmüşdür. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və bunun sonuncu olmasını guman etməsini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, etdiyi əməldən peşmandır. Ondan aşkar edilərək götürülmüş marixuananı isə yerdən tapmışdır. Evdə yoldaşı və xəstə uşaqları var. Ailəsini tək o, dalandırır, taksi fəaliyyəti ilə məşğul olur, gününə 20-25 manat qazanır. Yoldaşı isə işləmir. Birdə bu səhvi etməyəcəyinə söz verir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 7/480 nömrəli 05 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd gümüşü kağız bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 0,2 qram və 0,208 qram, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 1.748 qram ümumi çəkisi 2.156 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd kağız bükülüdə olan tütün və cuzi miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulumuş marixuananın hissəcikləri vardır. Marixuana cuzi miqdarda olduğu üçün həmin obyekt ilə müqayisəli təhqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş Zəngilan rayon X4 Qrupunun təhqiqatçısı Emil Səfərlinin 11 aprel 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Zəngilan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılan Şəxs barəsində toplanmış materialın nəticələri üzrə sonuncunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, xx.xx.1998-cı ildə Bakı şəhərində anadan olan, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, Zəngilan şəhərciyi bina 1, mənzil 25-də yaşayan Şəxs əməlində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta “narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında daşınması” olduğundan onun barəsində həmin maddənin tələbinə müvafiq tədbir görülməsi, qərarın surəti icra olunmasından ötrü Zəngilan RPŞ-nin İTB-nə verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zəngilan rayon prokuroruna, habelə maraqlı tərəflərə göndərilməsi, rədd materialı saxlanılması üçün Zəngilan rayon PŞ-nin dəftərxanasının arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Abşeron rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 0420 nömrəli, 05 aprel 2023-cü il tarixli arayışından görünür ki, Əlifov X3 rayonundan məcburi köçkündür və ünvan 1-də müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Masazır Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, vətəndaş Şəxs barəsində Abşeron rayonu Masazır Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs müddətsiz olaraq üçüncü dərəcəli əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəində deyilir ki, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Həmin Məcllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Eyni Məcəllənin 30.3-cü maddəsinin tələbənə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Bundan başqa «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təstiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 1 saylı cədvəldən görünür ki, çəkisi 5 qramdan 500 qramadək olan narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən tərəflərin izahatları, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını Şəxs şəxsiyyətini, himayəsində azyaşlı xəstə uşağının olmasını, ailənin tək dolandıranan o olmasını, həmçinin İİİ qrup əlil olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-10/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-10/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver