Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-107/2024 14.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə adiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ona yazılan protokol olan ərazidə həmin vaxt heç bir üfuqi nişanlama xətti olmamışdır. Birtərəfli 2 zolaqlı yolda hərəkətini 2-ci zolaqda davam etdirmiş, işıqforun yaşıl işığında hərəkətini düzünə və sağa əmr edici nişanın tələbinə uyğun düzünə davam etdirmişdir. Qarşıdan gələn yolda heç bir nəqliyyat vasitəsi olmadığı üçün ötmə əməliyyatı etmişdir və qarşıdan gələn əks istiqamətli yola çıxmışdır. Həmin yerdə qırıq-qırıq xətt buna imkan verdiyi üçün yol kənarında sağ tərəfdə də ötməni qadağa edən heç bir nişan olmamışdır.Həmin yolda xx.xx.2024-cü ildə nişanlama işləri aparılması barədə onda video sübut var.Tovuz rayon Yol Polisinə və Baş X6nə müraciət etsə də, ona cavab verilməmişdir. Qərarı xx.xx.2024-cü ildə almışdır. Rəsmi qaydada Daxili İşlər Nazirliyinə müraciət etmişdir.Yol iki zolaqlı olduğu üçün dayanma xətti var. O, düzünə hərəkət etmişdir. Ona protokol 5 avqusta yazılmış, amma yol xətt 7 avqusta çəkilmişdir. Sonda şikayətçi məhkəmədən qərarın ləğv olunmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin məhkəmənin sorğusu əsasında X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati protokolu, kamera ilə aparılmış video görüntülərin məhkəməyə göndərilməsi tələb olunsa da, məhkəmənin bu tələbləri cavabsız qalmışdır. Məhkəmə işə nümvayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş və Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, 22785809 nömrəli protokol üzrə cərimə artıq ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 11:33 radələrində idarə etdiyi “Hyundai Accent” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz şəhəri, M.Şəhriyar küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmçinin araşdırma zamanı o da müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli elektron qərar üzrə cəriməni artıq ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə əsas ola biləcək hallar olmadığından qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-107/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-107/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver