Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-11/2022 09.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X6 iştirakı ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, «Amazon» şirkətində mexanik işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07.03.2022-ci il tarixdə Zəngilan rayonu ərazisində arxa-çöl adlandırılan əraziyə qanunsuz daxil olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq avtomobillə hərəkətini davam etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 protokolu müdafiə edərək izahatında bildimişdir ki, istifadəsi qadağan olunmuş Zəngilan rayonu birinci postu yaxınlığında arxa-çöl adlandırılan ərazidə xidmət aparan polis əməkdaşı Həsənqara İbişli 07.03.2022-ci il tarixdə saat təxminən 12.30-radələrində «Prado» markalı ** KM *** dövlət qeydiyyat nişanlı və «Mitsubishi L200» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobillərin Zəngilan rayonu ərazisinə daxil olduğunu görmüş və həmin avtomobillərə saxla əmri vermiş, lakin avtomobilləri idarə edən şəxslər saxla əmrinə məhəl qoymayaraq sürüb getmişlər. O, dərhal qarşıda olan postda xidmət aparan Elgün Qarayevə məlumat vermişdir. X13 tərəfindən həmin avtomobillərin saxlanmasını və avtomobildə olan şəxslərin onunla mübahisə etmələrini görmüşdür. Bu barədə Elgün Qarayevdən soruşanda məlum olmuşdur ki, həmin şəxslərin icazəsi olmamışdır. Bundan sonra həmin şəxslər barəsində protokol tərtib edilmişdir. İşğal olunmuş ərazilərdə olan texnika və maşınların üzərində nişanlar olur. Lakin «Prado» markalı avtomobilin üzərində isə heç bir nişan olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, «Amazon» şirkətində işləyir. Həmin şirkət işğal olunmuş ərazilərdə yolların çəkilməsi ilə məşğul olur. Hadisə baş verən günü, yəni 07.03.2022-ci il tarixdə «Toyota Prado» markalı ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan tanışları X4 və X7 idarə etdikləri avtomobili şirkətə məxsus olan «Mitsubishi L200» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobillə müşayət edərək Zəngilan rayonu ərazisinə getmişlər. Zəngilan rayonu ərazisində arxa-çöl adlandırılan ərazidə birinci posta yaxınlaşmışlar, postda olan polis əməkdaşının saxla əmrinə məhəl qoymayaraq, oradan uzaqlaşsalarda qarışdakı postda xidmət aparan polis əməkdaşı tərəfindən saxlanılmışlar. Polis əməkdaşı onlardan icazələrinin olması barədə sənədi tələb etsə də, icazələri olmadığı üçün həmin sənədi polis əməkdaşına təqdim edə bilməmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən barəsində inzibati protokol tərtib edilmişdir. Sonda inzibati xəta törətmiş şəxs törətdiyi əməldən səmimi peşman olmasını və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis şöbəsinin post patrul xidməti taqımının polis nəfəri X5 ifadəsində bildirmişdir ki, həmin şəxslər qanunsuz və polislər olmayan alternativ yolla hərəkət etdikləri üçün onlara saxla əmrini vermiş, lakin hər iki avtomobildə olan şəxslər onları görsələrdə saxla əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmışlar, o, dərhal qabaqdakı posta bu barədə məlumat vermiş və həmin şəxslər postda xidmət aparan polis əməkdaşı Elgün Qarayev tərəfindən saxanılmışlar. Uzaqdan həmin şəxslərin Elgün ilə mübahisə etməsini görmüş, nə baş verməsini soruşduqda Elgün onların icazəsinin olmamasını və şöbəyə getmək istəmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis şöbəsinin post patrul xidməti tağımının polis nəfəri X10 ifadəsində bildirmişdir ki, ərazidə xidmətdə olarkən polis əməkdaşı X2 verdiyi məlumata əsasən həmin şəxsləri saxlamış, saxlanılan zaman onların icazəsinin olmaması müəyyən edilmişdir və vəsiqələrini aldıqdan sonra şöbəyə dəvət etmişlər. Lakin onlar mübahisə edərək polis şöbəsinə getməkdən imtina etdiyindən onları qolundan tutub polis avtomobilinə əyləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 07.03.2022-ci il tarixdə qardaşı oğlu X9 ilə birlikdə Zəngilan rayonu ərazisində aparılan yenidən qurma işlərində işləmək üçün əraziyə baxmağa getmişlər. Avtomobili o idarə etmişdir. Həmin ərazini tanımadıqları üçün İlham adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışlar. Fizuli-Horadiz qəsəbəsinə çatdıqda İlham onlara yeni salınan dəmir yolunun kənarı ilə gəlmələrini demişdir. Onlarda avtomobillə deyilən yolla hərəkət etmişlər. Sonradan İlham onlarla əlaqə saxlayaraq həmin yolla hərəkət etmələrini və onları köhnə körpünün yanında gözlədiyini demişdir. Körpə körpünün yanına çatanda ağ rəgli «Mitsubishi L-200» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin gözlədiyini görmüş və İlham onlara onun arxasınca hərəkət etməklərini söyləmişdir. Postda çatdıqda polis onlara saxla əmri vermiş, lakin onlar saxlamayaraq həmin yerdən uzaqlaşsalarda, qabaq postda olan polis əməkdaşı onları saxlamış, saxlanılan zaman onların icazəsinin olmadığından polis şöbəsinə dəvət olunmuşlar,lakin onların heç bir qanun pozuntusu etmədiklərinə görə onlar polis şöbəsinə getmək istəməmişlər,sonradan vəsiqələrini təqdim etditkdən sonra özləri avtomobilə əyləşərək polis şöbəsinə getmişlər. Şöbədə məlum olmuşdur ki, onların portaldan icazələri olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını və şahid ifadələrini dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Şəxs 07.03.2022-ci il tarixdə Zəngilan rayonu ərazisində arxa-çöl adlandırılan əraziyə qanunsuz daxil olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla yanaşı, heç bir qanun pozuntusu etmədiyini bildirərək polis şöbəsinə qetməkdən də imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, 07.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-11/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-11/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver