Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-111/2025 29.09.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərini pozması barədə material adiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X1 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-41737/2025 nömrəli məkiubda nəzərdə tutulmuş tədbirləri görməmiş, nəticədə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək, izahatında bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şəxs barəsində olan inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X1 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-41737/25 nömrəli məktub göndərilmiş, lakin məktubda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Şəxs vəzifəli şəxs qismində təqsirli bilinmiş və barəsində 1500 manat inzibati cərimə tətbiq edilmişdir. Sonda protokolu tətbiq etmiş orqanın nümayəndəsi məhkəmədən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X1 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-41737/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirləri görməmiş, nəticədə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat cərimə tənbeh növü tətbiq şedilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şəxs göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/2-B61441/2024 nömrəli məktubun məzmunudan aydın olur ki, xidmət tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Məcəllənin 150.5-ci və 150.6-cı maddəsinin tələbinə əsasən icra edilməsi üçün göndərilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şəxs göndərilmiş, xx.xx.2024-cü il tarixli, 3-17-5/2-30640/2024 nömrəli məktubun məzmunundan görünür ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, qeyd olunanları nəzərə alaraq 7 təqvim günü ərzində iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək cərimə edilməsi, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 531.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişin və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq İcra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində: ünvan sahibinə çatdırılmamasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilməsi bildirilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbərliyinə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-17-5/2-45620/2024 nömrəli məktubunun surətidən görünür ki, şirkət ilə fiziki şəxslər arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb editlməsi faktı ilə bağlı sənədlərə tərəflərindən baxılmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Şəxs ünvanlanmış xx.xx.2024-xxü il tarixli məktubundan aydın olur ki, xidmət tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icra olunması üçün göndərilməsi qeyd edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə ünvanlan xx.xx.2025-ci il tarixli məktubun məzmunundan aydın olur ki, 3000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi, 3 gün ərzində xidmətə yazılı formada məlumat verilməsi, qeyd olunan müddət ərzində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər həyata keçirilmədiyi haldaAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanacağı bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib hesab edir ki, hüquqi şəxs «Dost Agropark” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərini pozduğundan, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri olan Şəxs şirkət ilə vətəndaşlar arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaşları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, həmin fakt X1 Xidməti tərəfindən araşdırılmış və xx.xx.20224-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati tənbeh tətbiq edilmiş, qərar icra olunması üçün şirkət rəhbərliyinə göndərilmişdir. Lakin, qərar icra olunmadığından X1 Xidməti tərəfindən qərarın 3 gün müddətində icra olunması və bu baradə qərarı qəbul etmiş orqana məlumat verilməsi, əks halda qeyd olunan müddət ərzində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər həyata keçirilmədiyi halda hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanacağı barədə bildiriş göndərilmiş, bildirişə hüquqi şəxs «Dost Agropark” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən heç bir münasibət bildirilmədiyindən «Dost Agropark” Məhdud Məsuliyyəti Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi hüquqi şəxs olan "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını nəzərə alıb hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ğb maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-111/2025
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-111/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver