Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-112/2022 19.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və onun vəkili X4 iştirakları ilə, xx.xx.1963-cü ildə Ağdam rayonu, Sarhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağdam rayonu, Sarhacılı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 7, mənzil 55-də məskunlaşmış X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib etdilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN 11085535 nömrəli inzibati xəta haqqında protokoladan görünur ki, X7 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 7-ci binanın qarşısında Babək adlı şəxslə aralarında baş vermiş mübahisə zamanı üz nahiyəsindən bir zərbə vurmuşdur. Bununla da X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X10 izahatında bildirmişdir ki,xx.xx.2022-ci il tarixli təhqiqat qrupundan X1 Şəmsəddin Qabil oğlunu döyməsi ilə bağlı raport icraatına daxil olmuşdur. Hər iki şəxsin izahatı alınmış, hadisəni təsdiq etmişlər. Babək Şəmsəddini yumruqla vurmasını təsdiqləmiş, araşdırma aparılmışdır. İnzibati xətanı törədən şəxs təqsirini etiraf etmişdir. Məhkəmədən şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 özünü təqsirli bilərək izahatında bildirmişdir ki,yuxarıda göstərilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00-da yaşadığı binanın həyətinə çıxan zaman qonşusu Babəkin onun avtomobilinə baxdığını görmüşdür. O, ondan avtomobilinə niyə baxdığını soruşmuş, Babək onun avtomobilini cızılmasını, bu səbəbdən onun avtomobilində olan cızığa baxaraq, avtomobilinə onun avtomobilinin sürtünməsi nəticəsində cızılmasını dəqiqləşdirmək məqsədi ilə baxdığını bildirmişdir. O, Babəkə avtomobilini onun cızmadığını bildirmişdir. Bu mövzuda söhbət zamanı aralarında mübahisə yaranmış və Babək onun yaxasından tutaraq gödəkcəsini başına çevirmişdir. Mübahisə zamanı o, əsəbləşmiş və əli ilə Babəkin üz nayihəsinə bir zərbə vurmuşdur. Mübahisə zamanı Babək yerdə olan daşı götürərək onu vurmaq istəmiş, həmin zaman oğlu qaçaraq yaxınlaşmış və Babəkin əlindən daşı alaraq yerə atmışdır. Babək həmin yerdən uzaqlaşaraq yaxınlıqdakı kafeyə tərəf qaçmışdır. O, Babəkin arxasınca qaçmış, lakin ona çatmadığı üçün geri qayıtmışdır. Babəklə aralarında barışıq olmuş və bununla bağlı ərizə də yazmışdır. Törətdiyi əməldən səmimi olaraq peşmandır, barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə özünə məxsus “Mersedes” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilini naməlum şəraitdə cızılmasını aşkar etmişdir. Onun avtomobilinin harda əzilməsi barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində yaşadığı binanın həyətinə çıxan zaman Şəmsəddin adlı qonşusunun “Mersedes” markalı avtomobilinin üzərində cızıq izləri görmüşdür. Həmin an fikirləşmişdir ki, onun və Şəmsəddinin avtomobilini eyni avtomobil çızmışdır. Bu səbədən o, Şəmsəddinin avtomobilinə yaxınlaşaraq həmin cızıqlara baxmaq istəmişdir. Şəmsəddin onu görüb onun avtomobilinə nəyə görə baxmasını soruşmuşdur. O, ona avtomobilinin bir neçə gün əvvəl naməlum şəraitdə cızılmasını bildirmiş və onunda avtomobilində çızıq olmasını demişdir. Bundan əlavə Şəmsəddinə onların avtomobillərinin eyni avtomobil tərəfindən çızılmasında şübhələnməsini bildirmişdir. Şəmsəddin ona nalayiq ifadə işlədərək əvvəllər onun həyat yoldaşı ilə dava etməsini bildirmiş və yaxasından tutaraq əli ilə dodaq nahiyəsindən bir zərbə vurmuşdur. Onların mübahisələrini görən Şəmsəddinin oğlu qaçaraq onlara yaxınlaşmış və sinəsinin sağ tərəfinə bir neçə təpik zərbəsi vurmuşdur. O, həmin yerdən qaçaraq yaxınlıqdakı kafeyə getmişdir. Sonra Zəngilan RPŞ-nə yaxınlaşaraq bu barədə ərizə ilə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxs X7 ilə barışdıqlarını və ona qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X16 tərəfindən sağlamlığa dair zərər vurmanın təyini ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli 2876 nömrəli ekspert rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərindən aşkar olunmuş xəsarətlər-alt dodağın selikli qişasının səhti əzilmiş yarası küt əşyanını (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əl zərbəsi ilə vurulma əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə X3 və Şəxs Şəmsəddin oğlunun əməlində cinayət tərkibi olmağından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında X7 ərizə ilə məhkəməyə müraciət edərək, zərəçəkmiş şəxs ilə barışdıqlarına görə barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 ilə barışdıqlarını, ona qarşı heç bir tələb və şikayətin olmamasını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, tərəflərin ərizələrini araşdırıb, hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin qeyd hissəsində deyilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxs ilə barışmalarını nəzərə alıb, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-112/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-112/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver